Müasir informasiya cəmiyyətinin formalaşması ilə cəmiyyətdə yaranan informasiya təhlükəsizliyi problemləri

Journal Title: Scientific Research - Year 2025, Vol 5, Issue 2

Abstract

Məqalədə müasir informasiya cəmiyyətinin formalaşması ilə cəmiyyətdə yaranan informasiya təhlükəsizliyi problemlərindən bəhs olunur. Belə ki, təcrübə göstərir ki, informasiya cəmiyyətinə qədəm qoymuş ölkələrdə formalaşmış informasiya mühiti, informasiya ehtiyatları və informasiya texnologiyaları sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafın həm səviyyəsini, həm də dinamika­sını müəyyən edir. Cəmiyyətin informasiyalaşdırılması texniki, texnoloji, sosial, iqtisadi, siyasi və mədəni kompo­nentlərin üzvi qarşılıqlı əlaqədə olduğu, sosial orqanizmin bütün strukturunu keyfiyyətcə dəyişdirən çoxşaxəli prosesdir. İnformasiya cəmiyyətinin formalaşması sosial-iqtisadi, siyasi münasibətlərdə köklü dəyişikliklərlə yanaşı, mədəniyyətdə, mənəvi həyatda və məişətdə də dəyişiklikləri əks etdirir. Yuxarıdakıları ümumiləşdirərək deyə bilərik ki, informasiyalaşdırma, yaxud informasiya cəmiyyəti­nin formalaşması təkcə texniki və texnoloji deyil, bütün ictimai münasibətlər sisteminin sosial-texnoloji və intellektual-humanitar transformasiyasıdır. Məqələdə sosial şəbəkələrdə istifadəçilərin qurbana çevrilməsinin qarşısının alınması və risklərin minimuma endirilməsi üçün ölkənin təhsil sistemində informasiya texnologiyaları və informasiya təhlükəsizliyi üzrə ixtisasların effektli tədrisinin təşkil edilməsinə, müasir tələblərə cavab verən ixtisaslı kadrların hazırlanmasına dövlət dəstəyinin gücləndirilməsi, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə ali təhsil müəssisələrində ixtisaslaşmış fiziki laboratoriyaların, maliyyə imkanlarının məhdud olduğu ali təhsil müəssisələrində və təşkilatlarda isə analoji virtual laboratoriyaların yaradılması və bu laboratoriyalarda elmi-tədqiqat xarakterli praktiki işlərin icrasının geniş şəkildə aparılması, yetkinlik yaşına çatmayan istifadəçilərin sosial şəbəkələrdən istifadəsinin mümkün qədər məhdudlaşdırılması, bu mümkün olmadıqda isə təhlükəsiz şəkildə istifadə qaydalarının onlara öyrədilməsi və s. hərəkətlərin icrasını məqsədəuyğun hesab edilmişdir.

Authors and Affiliations

Ziyafət Əmirov, Müjkan Məmmədzadə

Keywords

Related Articles

OVERDRAFT CREDIT: ITS HISTORY, FEATURES, TYPES, PROS AND CONS

Abstract The asset operation of the bank is one of its primary functions. Banks fulfill their role as creditors by allocating the money they raise to charitable organizations and individuals in need. A relationship be...

Üslubiyyatın tədrisi və dilin funksional istifadə prinsipləri: düzgünlük, dəqiqlik və aydınlıq

Müasir Azərbaycan ədəbi dilinin xarakterik cəhətlərindən biri də onun müxtəlif üslublara malik olmasıdır. Həmin üslubları öyrənən, spesifik xüsusiyyətlərini fərqləndirən bölmə isə üslubiyyat adlanır. Məqalədə elmi-metodi...

KİBERHÜCUMLARDAN MÜDAFİƏ VƏ ONUNLA MÜBARİZƏ

Xülasə Kiberhücum- kiberinsident yaratmaq üçün informasiya sistemlərinə qarşı kiber silahın və ya kibersilah kimi istifadə edilə bilən sistemin bilərəkdən istifadəsidir. Başqa sözlə desək, kiberhücum kompüterlərdə və...

İBTİDAİ ARAŞDIRMA

Xülasə Cinayətkarlığa qarşı mübarizə və ədalət mühakiməsinin həyata keçirilməsi törədilmiş cinayətlərin və onu törədən şəxslərin aşkar edilməsini, sübutların toplanmasını və cinayət-prosessual qanunvericilikdə nəzərdə...

İnteqralın kimyaya tətbiqi

O, elmin ki, riyaziyyatla əlaqəsi yoxdur və oraya riyazi elmlərdən birirsi tətbiq oluna bilməz, onda o elmdə heç bir dəyişiklik edilə bilməz. Xülasə Məqalədə riyazi analizin əsas bölmələrindən olan inteqral...

Download PDF file
  • EP ID EP761234
  • DOI 10.36719/2789-6919/42/28-34
  • Views 20
  • Downloads 0

How To Cite

Ziyafət Əmirov, Müjkan Məmmədzadə (2025). Müasir informasiya cəmiyyətinin formalaşması ilə cəmiyyətdə yaranan informasiya təhlükəsizliyi problemləri. Scientific Research, 5(2), -. https://europub.co.uk/articles/-A-761234