NAXÇIVAN MR-DA LANDŞAFT-EKOLOJİ MÜXTƏLİFLİYİN QORUNMASINDA XÜSUSİ MÜHAFİZƏ OLUNAN ƏRAZİLƏRİN ROLU
Journal Title: Nature & Science - Year 2024, Vol 6, Issue 1
Abstract
Xülasə Məqalədə Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan ərazilərindən: qoruqlarından, milli parklarından, ekoloji tarazlığı saxlamaq məqsədilə landşaft-ekoloji müxtəlifliyin qorunması üçün bir sıra tədbirlərin həyata keçirilməsindən danışılır. Təbiətdən düzgün və səmərəli istifadənin ən vacib komponentlərindən biri kimi xüsusi mühafizə olunan ərazilərə diqqət edilir, milli park, qoruq yaradılması ilə təbiəti mühafizə sisteminin əsasının təşkil edilməsi vacib hesab olunur. Landşaftların kompleks şəkildə öyrənilməsi və tədqiqi haqqında elmi-nəzəri fikirlər irəli sürülür. Muxtar respublikada ətraf mühitin qorunması, nadir və nəsli kəsilmək təhlükəsində olan fauna və flora növlərinin, torpaq, su ehtiyatları və digər təbiət kompleksləri, həmçinin abidələrin mühafizəsi məsələsinin zəruriliyi əsaslandırılır. Bundan başqa, məqalədə ilk xüsusi mühafizə olunan təbiət ərazisi kimi Ordubad Dövlət Təbiət Yasaqlığından, Akademik Həsən Əliyev adına Ordubad Milli Parkından, Arazboyu Dövlət Təbiət Yasaqlığından, Arpaçay Dövlət Təbiət Yasaqlığından, Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkından, qorunan heyvanlar aləmindən, bitki növlərindən də bəhs edilir.
Authors and Affiliations
Şəfəq Orucova
QİDA BORUSUNUN XƏRÇƏNGİ XƏSTƏLƏRİNDƏ ENDOSKOPİK STENTLƏŞMƏ ZAMANI BAŞ VERƏN AĞIRLAŞMALAR
Tədqiqat işində qida borusunun xərçəngi xəstələrində yaranan mənfəz daralmaların aradan qaldırılmasında özüaçılan metalik stentlərlə endoskopik stentləşmə üsulu zamanı baş verən erkən və gecikmiş ağırlaşmalar təhlil edil...
AZƏRBAYCAN XALQININ MƏNƏVİ MƏDƏNİYYƏTİNDƏ ZOOMORF KOMPONENTLƏRƏ DAİR
Mənəvi mədəniyyət insan zəkasının yaratdığı, onun iç dünyasından xəbər verən, arzu və istəklərindən doğan maddi mədəniyyətlə kəskin sərhəd ayrılığı olmayan mədəniyyətdir. Buraya adət və ənənələr, din, fəlsəfi görüşlər, i...
CHARACTERISTICS OF TEACHING THE EPIDEMIOLOGY OF CHRONIC DISEASES AND DISABILITIES
Abstract In modern times, as a result of the fact that the boundaries of prevention have gone beyond the boundaries of infectious pathology, not only infectious, but also non-infectious diseases, thanks to the applica...
ADAU-nun “BİLDİRÇİN YETİŞDİRİLMƏSİ ÜZRƏ TƏDRİS MƏRKƏZİNDƏ” TALVAR ALTINDA FARAON BİLDİRÇİNLƏRİNİN MÜXTƏLİF SİSTEMLƏRDƏ SAXLANMA TEXNOLOGİYASI
Məqalədə Gəncə-Qazax zonasında faraon cinsli bildirçinlərinin talvar altında müxtəlif sistemlərdə saxlanma texnologiyası müəyyənləşdirilmiş. Tədqiqat işi Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti və zoo...
CHEMISTRY EXPERIMENTATION IN SECONDARY SCHOOLS AS A WAY TO BUILD COMPETENCE IN STUDENTS
Abstract This article is devoted to the description of competencies as one of the important issues in developing and forming the student's personality in modern times. The article shows the types of chemical experimen...