NAZİK BAĞIRSAQ DİVERTİKULYOZUNUN RADİODİAQNOSTİKASI
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 4
Abstract
Nazik bağırsağın divertikulyozu nadir və diaqnozu çətin qoyulan patologiya olub, bağırsaq divarı boyu birdən artıq kisəşəkilli qabarmalar – divertikullar ilə xarakterizə olunur. Adətən bu patologiya simptomsuz keçir, ilk klinik təzahürlər isə artıq ağırlaşmaların inkişafını göstərir. Nazik bağırsağın divertikulozunun diaqnozunda aparıcı yeri radioloji müayinə metodları tutur: ultrasəs müayinə, barium ilə kontrastlı enteroqrafiya, kompyuter tomoqrafiya və ya maqnit rezonans tomoqrafiya. Təqdim olunan məqalədə adı keçən metodların nazik bağırsaq divertikulyozunun və ağırlaşmalarının diaqnostikasında rolu, ayrı-ayrı müayinələrdə izlənilən radioloji əlamətlər qeyd olunmuşdur. Həmçinin bir xəstə üzərində aparılmış kliniki müşahidənin nəticələri yuxarıda adı keçən metodların diaqnostik dəyərini göstərmək məqsədi ilə təqdim edilmişdir.
Authors and Affiliations
Aytən Ağamalıyeva , Lalə Ağabəyli, Hicran Əsgərova, Zərqələm Ömərova, Fatma İsmayılova
AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ PROSESSUAL QANUNVERİCİLİYİNDƏ PROSES İŞTİRAKÇILARININ HÜQUQİ VƏZİYYƏTİ
Tərəflərin anlayışını müəyyənləşdirmək problemi hüquq sahəsində mütəxəssislərin ən çox diqqətini cəlb edir ki, problemlərin özü çox genişdir, mübahisəli xarakter daşıyır və həm məhkəmə icraatının mahiyyəti, həm də iddia...
EMOSİONAL SÜNİ İNTELLEKT VƏ ÜNSİYYƏT
Xülasə Emosional Süni İntellekt (ESI), insan emosiyalarını anlamaq, təhlil etmək və hətta bəzən emosional cavablar vermək üçün istifadə olunan texnologiyalardır. Bu texnologiyalar geniş spektrumdakı mətn, səs və görün...
AZƏRBAYCAN RESPUBLİKASI VƏ DİGƏR MDB ÖLKƏLƏRİNİN ƏMƏK QANUNVERİCİLİYİ ÜZRƏ FƏRDİ ƏMƏK MÜBAHİSƏLƏRİNİN ANLAYIŞI, YARANMA SƏBƏBLƏRİ VƏ ŞƏRTLƏRİ (QAZAXISTAN VƏ RUSİYANIN TİMSALINDA)
Xülasə Əmək münasibətlərində işəgötürənin və onun işə götürdüyü işçinin maraqları həmişə üst-üstə düşmür. Bu maraqların toqquşması əmək münasibətlərinin istənilən mərhələsində baş verə bilər ki, həmin vəziyyət isə tər...
SEVİNC NURUQIZININ UŞAQ NƏSRİ XEYİRXAHLIĞIN TƏCƏSSÜMÜ KİMİ
Xülasə Təşəkkül və inkişafı müxtəlif faktorlarla şərtlənən Azərbaycan uşaq ədəbiyyatı yeni ideya-estetik axtarışlardan və bədii üslub rəngarəngliyindən keçərək formalaşıb müstəqil sahə kimi təsdiqini tapmışdır. Çağdaş...
BASIC CONCEPTS OF TAXATION
Each state has the sovereign right to exercise jurisdiction over its own territory. However, double taxation belongs to a category that is regulated not only by national legal instruments but also by international ones....