ORTA ƏSR AZƏRBAYCAN MEMARLIĞININ ORNAMENTAL HƏLLİ

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 5

Abstract

Xülasə Orta əsr Müsəlman Şərq intibahı dövründə tikilən memarlıq əsərlərinin bütün quruluşlarının araşdırılmasında riyazi sübut dayanır. Bu elmin doğruluğunu təsdiq etmək etmək üçün tədqiqatlar aparılmışdır. Gümana söykənən və ya ənənəvi tikililər inşa edilməmişdir. Məqalədəki araşdırmanın məqsədi dövrün sənətlərində dekorativliyə və simvolizmə olan güclü tələbatın kökünün nədən ibarət olduğunu aydınlaşdırmaq və müasir dövrdə ornamental nəzəriyyə ilə əlaqəsini göstərməkdən ibarətdir. Tədqiqatın əsas məqsədi memarlıqda dekorativliyin və simvolizmin köklərini aydınlaşdırmaq və onun müasir dekorativ nəzəriyyədən təsirlərini göstərməkdir. Bu məqsədlə qədim türk sənətinin mənbəyi olan “Heyvan üslubu” və onun İslam dinini qəbul etdikdən sonra türk sənətinin formalaşmasına təsiri araşdırılmış və aydınlaşdırılmışdır. Tədqiqatlar göstərir ki, Orta əsr müsəlman intibahı dövründə memarlıq dekorunda görünməmiş bolluqla istifadə olunan həndəsi naxışların mənşəyi qədim türk sənətində “Heyvan üslubu” ilə bağlıdır. “Heyvan üslubu” türklərin içində olduğu birliklərin tətbiqi sənət tərzidir. Ən erkən nümunələri bir-biri ilə mübarizə edən heyvanlar və insan-heyvan mübarizələri səhnələridir. Bu üslubunun yaranması ən erkən dövrlərdən etibarən qayalar üzərində həkk olunan heyvan rəsmləri ilə əlaqədardır. Birdən-birə meydana çıxmayan, zaman-zaman formalaşan dini inanc və anlayışlara dayanan bir sistemə əsaslanan, Şamanizmidən qaynaqlanan, bu üslub eyni zamanda mifologiya və kosmologiya ilə bağlıdır. “Heyvan üslubu” nun Azərbaycan ərazisində e.ə. V-IV minillikdə yaranan daha qədim və daha zəngin örnəklərini özündə etiva edən “Qobustan” və “Gəmiqaya” qayaüstü təsvirlərindən qaynaqlandığını göstərir. Məqalədə Hərrəqan məqbərəsinin (1067) dekorativ fraqmentinin strukturu tədqiq edilmiş və əyani faktların köməyi ilə düzgünlüyü təsdiq edilmişdir.

Authors and Affiliations

Qadir Əliyev, Siddiqə Hacıyeva

Keywords

Related Articles

THE IMPORTANCE OF READING IN DEVELOPING SPEAKING SKILLS

Abstract There is an increasingly high relationship between reading and speaking skills. There is no question that people who develop large reading vocabularies tend to develop large speaking vocabularies. Indeed, rea...

Azərbaycan dili təlimində oxuyub-anlamanın mahiyyəti və məzmunu

Məqalədə Azərbaycan dilində oxuyub-anlama bacarıqlarının ibtidai sinif şagirdlərinin nitq inkişa­fının formalaşmasında oynadığı mühüm rolu araşdırılır. Təhsilin ilk pilləsində bu bacarıqların əsas əhəmiyyətini dərk edərə...

Modernləşən Naxçıvanın sənaye iqtisadiyyatı: tədarük zəncirinə sistemli yanaşma

Xülasə Məqalədə qloballaşan dünyada ticarətin tədricən sərbəstləşdirilməsi rəqabətin və təşkilatların artması ilə yanaşı, daşıma yollarının uzanması sürət amilini önə çıxarmışdır. Qloballaşmanın hökm sürdüyü müasir dü...

Разработка нечёткого регулятора для симметрирования нагрузки с использованием солнечных панелей в электрических сетях низкого напряжения

В данной статье представлено моделирование фотоэлектрической системы с аккумуляторной батареей, оснащённой двунаправленным преобразователем постоянного тока в постоянный (DC-DC), обеспечивающим эффективное управление эне...

Z-MƏNTİQİ ÇIХARIŞA ƏSASLANAN İNTELLEKTUAL İDARƏETMƏ SİSTEMİNİN MОDELLƏŞDİRİLMƏSİ

Xülasə Ənənəvi qeуri-səlis məntiq уanaşması qərar qəbul etmək üçün qeуri-səlis çохluqlarda üzvlük dərəcələrini təmsil edən dəqiq ədədlərdən istifadə edir. Bununla belə, aуdın ədədlər real dünуa prоblemləri ilə bağlı q...

Download PDF file
  • EP ID EP748569
  • DOI 10.36719/2789-6919/33/29-36
  • Views 50
  • Downloads 0

How To Cite

Qadir Əliyev, Siddiqə Hacıyeva (2024). ORTA ƏSR AZƏRBAYCAN MEMARLIĞININ ORNAMENTAL HƏLLİ. Scientific Research, 4(5), -. https://europub.co.uk/articles/-A-748569