Modernləşən Naxçıvanın sənaye iqtisadiyyatı: tədarük zəncirinə sistemli yanaşma
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 8
Abstract
Xülasə Məqalədə qloballaşan dünyada ticarətin tədricən sərbəstləşdirilməsi rəqabətin və təşkilatların artması ilə yanaşı, daşıma yollarının uzanması sürət amilini önə çıxarmışdır. Qloballaşmanın hökm sürdüyü müasir dünyada iqtisadiyyat çox sürətlə istiqamət dəyişdirməkdədir. Bu, ilk növbədə, şirkətlərin müştəri məmnuniyyətini artırmaq üçün yol verilən itkilərin və nəqliyyat xərclərinin azaldılması ilə bu uğura nail olmağın tərəfdarıdırlar. Bütün bunlar isə tədarük zəncirinin düzgün qurulmasından xeyli asılıdır. Məqalədə əsas məqsədlərdən biri də tədarük zəncirinin sistemli idarə edilməsi prosesinə nəticə etibarilə maya dəyərini azaltmaq və xidmət səviyyəsini yaxşılaşdırmaq üçün təsirli təchizat zəncir strategiyaları, tədarük zəncirindəki müxtəlif səviyyələrdə qarşılıqlı əlaqələrdən istehlakçının zövqünə və tələbinə uyğun aşağı xərclə və vaxtında alıcılara çatdırılması əhəmiyyətindən bəhs edilmişdir. Məqalədə Naxçıvan MR-in sosial-iqtisadi inkişafının yüksəldilməsi, özünün əlverişli coğrafi üstünlüklərindən və mövcud potensialından səmərəli istifadə etməklə ticarət dövriyyəsinə cəlb edilməsinə, tədarük zəncirinə sistemli yanaşmaqla xarici ölkələrlə beynəlxalq iqtisadi əlaqələri genişləndirməklə, müştəri razılığına nail olunması önəmindən bəhs edilmişdir. Tədqiqat işində Muxtar Respublikada xarici ticarət və tədarük zənciri logistik xidmət və logistik mərkəzlərin yaradılmasının müasir vəziyyətinin tədqiqi problemlərinin öyrənilməsi və bu istiqamətdə işlərin aparılması bir məqsəd kimi qarşıya qoyulmuş və araşdırılmışdır. Həyata keçirilən siyasətin başlıca məqsədlərindən biri də xammal və işlənmiş məhsulların tranzit yükdaşımalar vasitələri ilə vaxtında keyfiyyətli çatdırılmasının təmin edilməsidir. Elmi məqalədə logistik xidmət sektorunun inkişafı istiqamətində reallaşan kompleks və sistemli tədbirlərin, özəl bölmənin inkişafının sürətləndirməsi, bölgədə sahibkarlığın inkişafına əlverişli şəraitin, biznes mühitinin yaradılması, ixrac potensialının artırılması məsələləri də araşdırılmışdır.
Authors and Affiliations
Əbdülhüseyn Zamanov Naxçıvan Dövlət Universiteti
Qərbi Azərbaycana qayıdış
Xülasə Qərbi Azərbaycan torpaqlarında hər daş, hər qaya sanki: “Mən qədim oğuz eli, türk yurduyam”- deyir. Yerin altından da, yerin üstündən də türk izləri çıxır. Yerin üstündəkiləri saxtalaşdıran ermənilər yerin altı...
KİBERHÜCUMLARDAN MÜDAFİƏ VƏ ONUNLA MÜBARİZƏ
Xülasə Kiberhücum- kiberinsident yaratmaq üçün informasiya sistemlərinə qarşı kiber silahın və ya kibersilah kimi istifadə edilə bilən sistemin bilərəkdən istifadəsidir. Başqa sözlə desək, kiberhücum kompüterlərdə və...
VƏTƏNDAŞLIĞIN ƏLDƏ EDİLMƏSİ ƏSASLARI
Xülasə Müasir demokratik cəmiyyətdə vətəndaşlığın mahiyyətini vətəndaşla dövlət arasında hüquqi münasibət dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, ölkənin siyasi sistemi və.s məsələlər təşkil edir.Vətəndaşlı...
POEZİYA MƏTNLƏRİNİN SİNTAKTİK PARALELİZMLƏRİNDƏ QƏNAƏT PRİNSİPİNİN LİNQVOKULTUROLOJİ XÜSUSİYYƏTLƏRİ
Xülasə Poeziya mətnlərində ən çox istifadə edilən linqvistik fiqurlardan, modellərdən biri də sintaktik paralelizmlərdir və bu kateqoriyaya daxil olan təkrar növləri şeir dilində intensiv çıxış edərək poetik fikri dah...
AZƏRBAYCAN, TÜRK VƏ UKRAYNA ATALAR SÖZLƏRİNİN “DİLDÖNMƏZ” DAVRANIŞ MODELLƏRİ
Xülasə Bu araşdırmada indiyədək heç bir akademik mənbədə rast gəlinməyən Azərbaycan, türk və ukrayna atalar sözlərinin “dildönməz” davranış modelləri tədqiq edilir. “Dildönməz” “l” və “r” samitləri işlənməyən sözlərdə...