ŞİRVAN RAYONUNUN NEFTLƏ ÇİRKLƏNMİŞ TORPAQLARINDA RAST GƏLİNƏN YARIMSƏHRA BİTKİLİYİNİN FİTOEKOLOJİ XARAKTERİSTİKASI

Journal Title: Nature & Science - Year 2024, Vol 6, Issue 1

Abstract

Xülasə Əhalinin sağlamlığının, ərzaq təhlükəsizliyinin təmin olunmasında ətraf mühitin, ekologiyanın çox mühüm rolu nəzərə alınaraq ekoloji tarazlığın qorunması yönündə ölkəmizdə ardıcıl və səmərəli dövlət siyasəti həyata keçirilir. Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və mühafizəsi dövlətimizin bu yöndə siyasətinin əsas istiqamətlərindəndir. Müasir dövrdə neft məhsulları çıxarıldıqda antropogen və texnogen təsirlərdən torpaqlar deqradasiya prosesinə məruz qalır və floramızda olan bəzi növlər sıxışdırılır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Şirvan Neft" Neft-Qaz çıxarma İdarəsi (NQÇİ) Pirallahı neft mədənində Xam neftlə, mazutla və laysuları ilə çirklənmiş torpaqlarında ilk dəfə tərəfimizdən aparılmış fitoekoloji, yaxud ekoloji-geobotaniki tədqiqatlarda əsasən çirklənmiş bitki örtüyünün növ tərkibi və quruluşunun öyrənilməsi aktuallığa malikdir. Müasir dövrdə ölkəmizdə neftlə çirklənmiş torpaqlarda fitoekoloji tədqiqatlar və araşdırmaların aparılması ən aktual ekoloji problemlərdəndir. Odur ki, Şirvan rayonu ərazisindəki “Şirvan Neft”in mədənlərində torpaq kəsimləri götürülərkən, çirklənmiş ərazilərdə fitosenozların növ tərkibi müəyyənləşdirilmişdir. Aparılan elmi-tədqiqat işlərində seçilmiş nümunə və sahələrdə (neft quyularının ətrafında) yayılan yarımsəhra tipli formasiyaların növ tərkibi və quruluşu öyrənilmişdir. Ərazidə rast gəlinən təmiz və mazuta (neft məhsulları ilə) bulaşmış bitkilər herbariləşdirilmiş, növlərin adı dəqiqləşdirilmişdir. Aparılan fitoekoloji tədqiqatların nəticələri “Bitki örtüyünün təsnifatı”nda istifadə edilmişdir. Belə ki, “Şirvan Neft”in neftlə çirklənmiş torpaqlarında qeydə alınmış yarımsəhra bitkiliyi 1 formasiya qrupuna aid 1 assosiyasiyada təsnif olunmuşdur.

Authors and Affiliations

Elşad Qurbanov , Sənubər Aslanova ,Şahin İbrahimov

Keywords

Related Articles

PİNUS L. CİNSİNƏ AİD NÖVLƏRDƏ “BAĞ MƏLHƏMİ” PREPARATININ İSTİFADƏ PERSPEKTİVLİYİ

Qlobal miqyasda artan antropogen təsirlər və kəskin iqlim dəyişikliklərinin intensivliyi təbii ekosistemlərin deqradasiyasına səbəb olmuşdur. Respublikamızda yaşıllaşdırmada yeni növlərin tətbiqi, iqlim dəyişkənlikləri v...

TUT İPƏKQURDUNUN İSTİLİYƏ DÖZÜMLÜ HİBRİDLƏRİNİN YARADILMASI

Xülasə Azərbaycanda qeyri-neft sektoruna aid olan kənd təsərrüfatı sahələrinə: heyvandarlıq, bitkiçilik, çayçılıq, tütünçülük, arıçılıq, ipəkçilik və s. aiddir. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə...

THE OIL REFINING INDUSTRY IN AZERBAIJAN AND A BRIEF HISTORY OF THE DEVELOPMENT OF THE CATALYTIC CRACKING PROCESS

Azerbaijan is a country rich in oil in all periods of its history. This is a country that is considered the home of ”black gold “, known as one of the leaders in oil extraction in the world, rich in material and spirit...

Synthesis and Characterization of Nax/Ni Zeolite Nanocatalyst and Their Application in the Process of Oxidative Dehydrogenation Propanol

Abstract Catalyst samples were synthesized by the method of impregnation on the basis of NaX zeolite and Ni metal and their activity was studied in the oxidation process of n-propanol in the temperature range of 423-7...

AŞINMA PROSESLƏRİ. AŞINMA PROSESLƏRİNDƏ ARDICILLIQ

Xülasə Məqalədə aşınma prosesləri- fiziki aşınma ( temperatur aşınması, şaxta aşınması, insonlyasiya aşınması, mexaniki aşınma ), kimyəvi aşınma ( hidratlaşma, hidrat suyu elyüvi çöküntüləri ), bioloji və ya üzvi aşın...

Download PDF file
  • EP ID EP749566
  • DOI 10.36719/2707-1146/40/18-23
  • Views 35
  • Downloads 0

How To Cite

Elşad Qurbanov, Sənubər Aslanova, Şahin İbrahimov (2024). ŞİRVAN RAYONUNUN NEFTLƏ ÇİRKLƏNMİŞ TORPAQLARINDA RAST GƏLİNƏN YARIMSƏHRA BİTKİLİYİNİN FİTOEKOLOJİ XARAKTERİSTİKASI. Nature & Science, 6(1), -. https://europub.co.uk/articles/-A-749566