SİS-9-OKTADETSEN VƏ OKTADEKAN TURŞULARININ TRİETANOLAMİNLƏ ƏMƏLƏ GƏTİRDİYİ DÖRDLÜ AMMONİUM DUZLARININ MÜQAYİSƏLİ TƏDQİQİ
Journal Title: Nature & Science - Year 2024, Vol 6, Issue 2
Abstract
Xülasə Təqdim olunan tezisdə sis 9-oktadetsen və oktadekan turşusunun trietanolaminlə (TEA) əmələ gətirdiyi dördlü ammonium duzlarının müxtəlif fiziki göstəriciləri müəyyən edilmiş, quruluşları İQ- spektroskopiya vasitəsilə identifikasiya edilmişdir. Bu maddənin səthi-aktiv xassəsi tenziometr vasitəsilə su-hava sərhədində reagentin müxtəlif qatılıqlı məhlullarından istifadə etməklə yoxlanılmışdır. Həmçinin alınmış maddənin müxtəlif qatılıqlı sulu məhlullarının xüsusi elektrik keçiriciliyi konduktometr vasitəsilə tədqiq edilmişdir. Sintez edilmiş maddənin neftyığma və neftdispersləmə qabiliyyəti müxtəlif minerallaşma dərəcəsinə malik suların səthində öyrənilmiş, yığıcılıq və neftdispersləyicilik qabiliyyətləri tədqiq edilmişdir. Neftyığma və neftdispersləmə qabiliyyətinə neft təbəqəsinin qalınlığının, suyun codluğunun, suda olan ionların, neftin sıxlığının və karbohidrogen zəncirinin uzunluğunun və s. amillərin təsiri öyrənilmişdir. Sis 9-oktadetsen və oktadekan turşularının trietanolaminlə əmələ gətirdikləri dördlü ammonium duzlarının xassələrinin müqayisəli tədqiqi göstərir ki, oktadekan turşusunun TEA ilə əmələ gətirdiyi dördlü ammonium duzu sis 9-oktadetsenın TEA ilə əmələ gətirdiyi dördlü ammonium duzundan daha çox səthi aktivlik xassəsi göstərir, hər iki duz antimikrob xassəsi, yüksək elektrik keçiriçilik xassəsi, yaxşı neftyığıcı reagent xassəsinə malikdir.
Authors and Affiliations
Asya Şahverdiyeva
IMPLEMENTED REFORMS ON PHARMACOVIGILANCE IN AZERBAIJAN
Abstract Pharmacovigilance, an essential procedure in healthcare, encompasses the identification, assessment, and prevention of adverse drug effects and other undesirable outcomes. Despite rigorous clinical trials con...
BAKI ŞƏHƏRİNDƏ COVİD-19 PANDEMİYASI FONUNDA YUXARI TƏNƏFFÜS YOLLARININ ÇOXSAYLI VƏ YA QEYRİ-MÜƏYYƏN LOKALİZASİYALI KƏSKİN İNFEKSİYALARININ BƏZİ EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ
Xülasə ÜST məlumatına əsasən bütün yoluxucu xəstəliklərin 90-95%-i müxtəlif etiologiyalı kəskin respirator virus infeksiyaları və qripin payına düşür. Tədqiqat işinin məqsədi Bakı şəhərinin rayonlarında Covid-19 pande...
The Optimization and Mechanism of Textile Dye Adsorption on the Surface of Pine Sawdust Biomass: Thermodynamic, Isotherm and Kinetic Studies
Abstract Due to increasing problems of freshwater availability and wastewater treatment and management, there is a dire need to control water pollution. A major portion of wastewater is produced through dye contaminat...
Parasitology ‒ As an Important Scientific Field of Medicine
Abstract Medical parasitology is the science that studies human parasites, diseases caused by them, and measures to combat these diseases. Medical parasitology is an important part of the science of parasitology (whic...
CLASSIFICATION OF FILLING MATERIALS
Abstract After a brief review of current restorative materials and classifications, this article discusses the latest developments in polymer-based direct filling materials, with emphasis on products and studies avail...