Süni intellektin ədəbiyyata təsiri: inkişaf, inteqrasiya və etik istiqamətlər

Journal Title: Ancient Land - Year 2025, Vol 7, Issue 4

Abstract

Son illərdə süni intellektin müxtəlif sahələrə inteqrasiyası sürətlə artmaqdadır. Belə sahələrdən biri də ingilis ədəbiyyatıdır. Süni intellekt sürətlə inkişaf edən bir sahə olduğu üçün ədəbiyyat dünyasına əhəmiyyətli təsir göstərir. Bu məqalə süni intellektin ingilis ədəbiyyatında çoxistiqamətli rolunu təhlil edir, onun ədəbi əsərlərin yaradılması, təhlili və şərhindəki tətbiqlərini araşdırır. Tədqiqat həmçinin ədəbiyyatda süni intellektin istifadəsinin etik təsirlərini, yazıçıların və oxucuların roluna olan təsirini araşdırır. Bu konteksdə, süni intellekt həm ədəbi əsərlərin təhlili, həm də yaradılmasında istifadə olunur. Təqdim olunmuş məqalə süni intellektin ingilis ədəbiyyatına təsirini təhlil edir, onun müxtəlif tətbiqlərini və belə inteqrasiyanın üstünlüklərini və mənfi cəhətlərini müzakirə edir. Həmçinin, süni intellektlə yaradılmış ədəbi əsərlərlə bağlı etik narahatlıqlar və insan yaradıcılığı ilə texnoloji inkişaflar arasında tarazlığın qorunmasının vacibliyi vurğulanır, texnoloji inkişaflara açıq yanaşmanın və insan yaradıcılığını qorumağın əhəmiyyəti qeyd olunur. Bu aspektləri araşdırmaqla, tədqiqat süni intellektin ingilis ədəbiyyatına olan transformasiyaedici təsirlərini daha dərindən anlamağa kömək edir. Açar sözlər: süni intellekt, ədəbiyyat, insan fəaliyyəti, inteqrasiya, ədəbi təhlil

Authors and Affiliations

Zümrüd Qasımova

Keywords

Related Articles

İNGİLİS DİLİNİN LÜĞƏT TƏRKİBİNDƏ ALINMA SÖZLƏRİN ROLU

Xülasə Məqalə ingilis dilinin lüğət tərkibində alınma sözlərin rolundan bəhs edir. Müəllif müxtəlif dillərdən sözlərin fərqli yollarla alınmasını araşdırır. Qeyd olunur ki, ingilis dili beynəlxalq dildir və bütün düny...

Visbaden toplantısından Münhen sövdələşməsinə Azərbaycan mühacirəti

Xülasə XX əsrin 20-ci illərində qurulan Sovet hakimiyyəti istilaya məruz qoyduğu xalqlarla yanaşı, Rusiya içərilərində yeni rejimlə ayaqlaşmaq istəməyən siyasi xadimlərin mühacirət dövrü başladı. Həmin siyasi mühacirl...

Ali məktəblərdə kimyanın tədrisində laboratoriya dərslərinin rolu

Xülasə Gələcəkdə müəllim olacaq tələbə namizədlər üçün laboratoriya bacarıqlarına sahib olmaq çox vacibdir. Ona görə də tələbələrin laboratoriyadan istifadə səviyyəsinin artırılması məsələsi pro­fessor-müəllim heyəti...

BLOKÇEYN: FƏLSƏFƏ, TEXNOLOGİYA, TƏTBİQ VƏ RİSKLƏR

Xülasə Blokçeynin əsas ideyaları və xassələri nəzərdən keçirilir: arxitekturalar, blokçeyn tətbiqi modelləri, xüsusən də mərkəzləşdirilməmiş muxtar təşkilatlar və tətbiqlər, özəl blokçeyn sistemləri və blokçeyn xidmət...

The Phenomenon of International Terrorism and the Right of Self-Defense – Armed Struggle

This study aims to explore the points of overlap between terrorist acts and armed resistance or the right of self-defense and self-determination as recognized by the United Nations, in order to eliminate any misinterpret...

Download PDF file
  • EP ID EP766519
  • DOI 10.36719/2706-6185/46/290-293
  • Views 13
  • Downloads 0

How To Cite

Zümrüd Qasımova (2025). Süni intellektin ədəbiyyata təsiri: inkişaf, inteqrasiya və etik istiqamətlər. Ancient Land, 7(4), -. https://europub.co.uk/articles/-A-766519