TƏHSİL PROSESİNDƏ İKT-NİN İSTİFADƏSİ VƏ TƏTBİQİNƏ DAİR YANAŞMALAR

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 2

Abstract

Xülasə XX əsrin ikinci yarısında bəşəriyyətin inkişafında yeni bir mərhələ - sənaye cəmiyyətindən informasiya (postindustrial) cəmiyyətinə keçid etdi. Bu keçidi təmin edən cəmiyyətin inkişaf mərhələsinin ən vacib xüsusiyyəti onun informasiyalaşdırılmasıdır. Müasir informasiya cəmiyyətində sivilizasiyanın inkişafının əsasını informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunduğu informasiya prosesləri təşkil edir. İnsan fəaliyyətinin bütün sahələrində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi qlobal informasiyalaşdırılma prosesinin yaranmasına və inkişafına kömək etmişdir. Təhsil sistemi, günümüz informasiya cəmiyyətinin ən əhəmiyyətli tələblərindən biri olan müasir informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqi ilə ciddi dərəcədə əlaqəlidir. Həqiqətən, dünya üzrə qlobal nailiyyətlərə nail olmaq və rəqabətdə qalmaq üçün ölkələr arasında İKT-dən səmərəli şəkildə istifadə etmək çox vacibdir. Bu anlamda təhsil sahəsi də informasiyalaşma prosesini sürətləndirir və inkişaf etdirir. Müstəqil ekspertlərin mülahizəsinə görə, Azərbaycanın təhsil sistemi digər sahələri üstələyir, çünki İKT-dən istifadə edilməsi və çoxşaxəlilik bacarığı ilə fərqlənir. Bu məqalədə, informasiya texnologiyalarının təhsil prosesində göstərdiyi təsir və müxtəlif ölkələrdə tətbiq edilən texnologiya və metodlar ətraflı şəkildə araşdırılır.

Authors and Affiliations

Məhriyyə Hacıyeva

Keywords

Related Articles

İNGİLİS DİLİ DƏRSLƏRİNDƏ ATALAR SÖZLƏRİNİN LEKSİK İFADƏLƏR OLARAQ İŞLƏDİLMƏSİ VƏ MAHİYYƏTİ MƏSƏLƏLƏRİ

Xülasə Xarici dilin tədrisinə kommunikativ münasibətin mövcud olduğu dövrdən danışarkən, mənimsənilən və ya tədris olunan leksik ifadə ilk növbədə kommunikativ prizmadan əhəmiyyətli olub-olmaması nəzərə alınmalıdır. T...

Naxçıvan musiqi folklorunun özünəməxsus cəhətləri

Xülasə Naxçıvan – yaşı min illərlə ölçülən çoxəsrlik tarixə, zəngin maddi və mənəvi mədəniyyətə, bəşər tarixinin ilk dövrlərinə və sonrakı yüzilliklərə aid özünəməxsus arxeoloji və etnoqrafik abidələrə malik olan qədi...

POEZİYA MƏTNLƏRİNİN SİNTAKTİK PARALELİZMLƏRİNDƏ QƏNAƏT PRİNSİPİNİN LİNQVOKULTUROLOJİ XÜSUSİYYƏTLƏRİ

Xülasə Poeziya mətnlərində ən çox istifadə edilən linqvistik fiqurlardan, modellərdən biri də sintaktik paralelizmlərdir və bu kateqoriyaya daxil olan təkrar növləri şeir dilində intensiv çıxış edərək poetik fikri dah...

INTERNATIONAL JURISDICTION OF THE COURTS OF THE REPUBLIC OF AZERBAIJAN IN COMMERCIAL DISPUTES WITH FOREIGN ELEMENTS

Abstract When citizens and legal entities of the Republic of Azerbaijan, foreign persons need judicial protection, they should first of all pay attention to the issues of jurisdiction and take into account the limits...

All-Turkish Lexical Layer in Turkic Languages and Uzbek Language Dialects

Abstract It is known that the study of dialects is one of the urgent issues of today's linguistics. World linguistics has made significant progress in the field of dialectology in the study of dialects, in creating a...

Download PDF file
  • EP ID EP749608
  • DOI 10.36719/2789-6919/30/70-74
  • Views 41
  • Downloads 0

How To Cite

Məhriyyə Hacıyeva (2024). TƏHSİL PROSESİNDƏ İKT-NİN İSTİFADƏSİ VƏ TƏTBİQİNƏ DAİR YANAŞMALAR. Scientific Research, 4(2), -. https://europub.co.uk/articles/-A-749608