TÜRKİYƏ CİNAYƏT HÜQUQUNDA İNSAN ORQAN VƏ TOXUMALARININ ALQI-SATQISI
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 3
Abstract
Xülasə Dünya ölkələri qanuni olmayan üsullarla həyata keçirilən, hüquqa zidd olan orqan transplantasiyalarının qarşısını almaq üçün daxili hüquq sistemlərində müxtəlif tədbirlər görmüşlər. Bütün bu tədbirlərin təməlində var olan səbəblərdən biri qanunsuz yollarla həyata keçirilən orqan transplantasiyalarının səbəb olduğu insan hüquqlarının pozulmasının qarşısını almaq ikən, digər səbəb bütün dünyada önəmli problem olan orqan qıtlığı və bu qıtlığın səbəb olduğu orqan ticarəti cinayəti ilə təsirli şəkildə mübarizə aparmaqdır. Bu səbəbdən, əksər ölkələr hüquqa zidd olaraq edilən, eləcə də maddi gəlir əldə etmək məqsədilə donordan orqan götürülməsini təmin edilməsini cinayət hesab edərək, cəzalar müəyyənləşdirmişdir. Bu ölkələrdən biri də Türkiyə olub, Türk Cəza Qanununda bu əməli “orqan və toxuma ticarəti” adı altında sanksiyalaşdırmışdır. Qeyd etmək lazımdır ki, Türk hüquq sistemində orqan və toxuma köçürülməsini tənzimləyən təməl qanun 1979-cu ildə qəbul edilən 2238 sayılı “Orqan və toxuma əldə edilməsi, saxlanması, peyvəndlənməsi və köçürülməsi haqqında” Qanundur. Bu Qanun canlı şəxslərdən və meyitdən orqan və toxumaların götürülməsinin şərtlərini tənzimləməklə bərabər, həmçinin Qanunun tələblərini pozan şəxslərə qarşı cəza tətbiq edilməsini də müəyyənləşdirir. Sözügedən Qanuna əsaslanaraq Türkiyə Səhiyyə Nazirliyi tərəfindən qəbul edilən “Orqan və Toxumaların Transplantasiyası Xidmətləri” Qaydaları transplantasiyanı həyata keçirəcək olan mərkəzlərlə, toxumalarla işləyəcək labaratoriyaların açılması, çalışması, eləcə də orqan və toxumaların köçürülməsi xidmətlərinin həyata keçirilməsi zamanı riayət edilməli olan üsul və qaydaları tənzimləyir. Türk Cəza Qanunun 91,92,93-cü maddələri isə insan orqan və toxumalarının qanunsuz transplantasiyasına, orqan və toxumaların ticarətinə dair məsuliyyəti və məsuliyyətdən azadetməni ehtiva edir. Məqalədə Türk Cəza Qanunun 91-ci maddəsində qeyd edilən əməllər ayrı-ayrılıqda təhlil edilməyə çalışılacaqdır.
Authors and Affiliations
Jalə Qənbərova
Trichoderma cinsinə aid göbələk növlərinin antoqonist xüsusiyyətlərinin qiymətləndirilməsi
Xülasə Aparılan tədqiqatlardan aydın olmuşdur ki, Trichoderma cinsinə aid göbələklərin bioloji aktivliyi torpaq tipindən, hidrotermiki rejimdən və həmin biotopa xas olan mikobiotanın tərkibindən asılıdır və konkret şə...
AZƏRBAYCAN DİLİNİN QLOBALLAŞAN DÜNYAYA İNTEQRASIYASI YÖNÜNDƏ TƏHLİLLƏR
Xülasə “Azərbaycan dilinin qloballaşan dünyaya inteqrasıyası yönündə təhlillər” adlı məqalə qloballaşan dünyada Azərbaycan dilinin yeri və rolu, bununla bağlı aparılan təhlillər yer almaqdadır. Aparılan araşdırmada ql...
Formation of Environmental Culture Through Learning a Foreign Language
The article touches upon the topic of developing environmental culture in young people through learning a foreign language. It also provides an example of studying environmental issues in English classes, and analyzes al...
TERMAL VƏ MİNERAL SULARDAN TƏSƏRRÜFATDA İSTİFADƏNİN MÜASİR PROBLEMLƏRİ
Xülasə Məqalə “Termal və mineral sulardan təsərrüfatda istifadənin müasir problemləri”nin tədqiqinə həsr edilmisdir. Burada termal və mineral suların xarici ölkələrdə istifadəsi, tətbiqi sahələri və əhəmiyyəti şərh e...
BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ (BMT) FƏALİYYƏTİ VƏ PRİNSİPLƏRİ
Xülasə 1945-ci il oktyabrın 24-də dünyanın 50 ən güclü dövlətləri tərəfindən yaradılmış Birləşmiş Millətlər Təşkilatı (BMT) o zaman “Ümumdünya hökuməti” adını almışdı. Baş qərargahı Nyu-York şəhərində yerləşən BMT-nin...