TÜRKİYƏNİN İĞDIR VƏ QARS BÖLGƏLƏRİNİN FOLKLORUNDA UNUDULMUŞ MÖVSÜM MƏRASİMLƏRİ

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 4

Abstract

Xülasə Məqalədə Türkiyənin İğdır və Qars bölgələrində qədim zamanlarda keçirilən mövsüm mərasimlərindən bəhs edilir. Tədqiqatın əsas məqsədi araşdırmaya cəlb edilən mərasimlərin səciyyəvi xüsusiyyətlərini və müasir dövrümüzdə icra edilməsi və ya unudulmasını ortaya çıxarmaqdır. Tədqiqata məhz bu bölgələrin cəlb edilməsinin əsas səbəbi bölgənin folklorik xüsusiyyətləri baxımından zəngin olması və müasir dövrdə də müəyyən mənada bu xüsusiyyətlərin qorunub saxlanılmasıdır. Araşdırma zamanı məlumat toplama vasitəsi kimi müvafiq mənbələrdən, internet reasusrlarından məlumatlar əldə olunmuş, eyni zamanda müsahibə metodundan istifadə edilmişdir. İnformatorlardan əldə edilən məlumatlar elmi ədəbiyyatlarda yazılanlara daha yaxşı işıq tutmaq üçün önəmli vasitə olmuşdur. Tədqiqatda əsas problem olaraq İğdır və Qarsda icra edilən mövsüm mərasimləri və bu mərasimlərdə ifa olunan nəğmələrin əsas xüsusiyyətləri nəzərdən keçirilir. Qədimdə icra edilən mərasimlərdən “Kepşegelin”, “Üzərliksalma”, “Dodu”, “Musalla”, “Hıdır Ellez” kimi mövsüm mərasimləri Azərbaycan türklərinin yaşam tərzində önəmli yeri olan ayinlər olmuşdur. İğdır-Qars bölgəsinin folklorunun, xüsusən məişət və mərasim ayinlərində istifadə edilən ayrı-ayrı janrların dil, forma, ifa üslubları onların musiqi ilə sıx bağlı olmasını üzə çıxarır. Ona görə də bu bölgələrin, ümumiyyətlə götürüldükdə Türkiyənin Şərq bölgəsinin zəngin və rəngarəng ənənəvi mədəniyyətinin araşdırılıb üzə çıxarılmasında folklorun öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

Authors and Affiliations

Günay Məmmədova

Keywords

Related Articles

ARE THE BELT AND THE ROAD PROJECT AN ALTERNATIVE TO HISTORIC SILK WAY?

Abstract Asia, Europe and beyond… This article critically examines whether the Belt and Road Initiative (BRI) constitutes a viable alternative to the historic Silk Way. By synthesizing existing literature and analyzin...

BƏDİİ DİSKURSDA DİNİ METAFORALAR

Xülasə Bədii mətn bədii diskursun əsasını təşkil edir. Bədii nitqin yaranması prosesi digər nitq növləri ilə müqayisədə müəyyən fərqli cəhətə malikdir. Onun yaradıcısı yazıçı və ya şairdir. Bədii diskursda kommunikati...

FUNCTIONS OF ADJECTIVES

Abstract The syntactic roles of adjectives in English are examined in this work. An adjective in grammar is a word whose primary syntactic function is to modify a noun or pronoun and provide additional context for the...

ASSESSMENT OF SYSTEMIC RISKS IN THE FINANCIAL SYSTEM OF AZERBAIJAN

Abstract This article undertakes an in-depth examination of systemic risks pervasive within the financial system, employing a multidimensional approach to assess and mitigate potential vulnerabilities. Systemic risk,...

NAXÇIVANDA ƏNƏNƏVİ YEMƏKLƏR: MƏTBƏX MƏDƏNİYYƏTİ VƏ XALQ YEMƏKLƏRİ

Xülasə “Naxçıvanda ənənəvi yeməklər: mətbəx mədəniyyəti və xalq yeməkləri” məqaləsi Naxçıvanın zəngin və müxtəlif mətbəx mədəniyyətini araşdırır. Məqalədə Naxçıvan mətbəxinin tarixi, əsas yeməkləri, xüsusi yeməkləri v...

Download PDF file
  • EP ID EP748711
  • DOI 10.36719/2706-6185/34/6-11
  • Views 28
  • Downloads 0

How To Cite

Günay Məmmədova (2024). TÜRKİYƏNİN İĞDIR VƏ QARS BÖLGƏLƏRİNİN FOLKLORUNDA UNUDULMUŞ MÖVSÜM MƏRASİMLƏRİ. Ancient Land, 6(4), -. https://europub.co.uk/articles/-A-748711