Ulu Öndər Heydər Əliyevin terrorizmlə mübarizə siyasəti və onun tarixi əhəmiyyəti
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 3
Abstract
Terrorizm müasir dövrümüzdə hələ də qarşısı alına bilinməyən, kütləvi şəkildə insan ölümlərinə səbəb olan, bütün dünya ölkələrinin ən təhlükəli ortaq problemlərindən biridir. Tarixində terrorun hər növünə dəfələrlə məruz qalmış Azərbaycan Respublikası, terrorizimə qarşı mübarizədə hər zaman ön cərgələrdə yer alır. Azərbaycan Respublikasının terrorizmlə uğurlu mübarizə strategiyası Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi dövründə ölkədə təhlükəsizlik sistemləri gücləndirilmiş, hüquq-mühafizə orqanları yenidən təşkil edilmiş və terror təhdidlərinin qarşısının alınması üçün milli və beynəlxalq səviyyədə əhəmiyyətli addımlar atılmışdır. Əsasən də, 1999-cu ildə qəbul edilən “Terrorçuluğa qarşı mübarizə haqqında Qanun” və Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı Heydər Əliyevin siyasətinin əsas dayaqlarını təşkil etmişdir. Heydər Əliyevin terrorizmə qarşı həyata keçirdiyi tədbirlər Azərbaycanın həm daxili, həm də xarici təhlükəsizliyini əhəmiyyətli şəkildə təmin etmişdir. Onun siyasəti sayəsində Azərbaycan həm regionda həm də beynəlxalq arenada güclü bir tərəfdaş olaraq tanınmış, milli və qlobal təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli rol oynamışdır. Heydər Əliyevin terrorizmlə mübarizə siyasətinin əsas istiqamətləri və onun tarixi əhəmiyyəti məqalədə geniş şəkildə təhil edilmişdir.
Authors and Affiliations
Reyhanə Səfərova
TRANSLATION MECHANISMS OF ARUZ POETIC MEASURE BAHR FROM UZBEK INTO ENGLISH
Abstract This article is devoted specifically to the translation mechanisms of aruz poetic measure bahr in the ghazals of Alisher Navoi from classic Uzbek into Modern English. As we have displayed by this article the...
XARİCİ TİCARƏT ƏMƏLİYYATLARININ MALİYYƏLƏŞDİRİLMƏSİ: PROBLEMLƏR VƏ HƏLL YOLLARI
Xülasə Xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsi xüsusilə beynəlxalq ticarət üçün tələb olunan maliyyə resursları və təcrübədən məhrum olan kiçik və orta sahibkarlıq (KOS) üçün mürəkkəb və çətin prosesdir. B...
İNKLÜZİV TƏHSİLDƏ UŞAQYÖNÜMLÜ TƏLİM MÜHİTİNİN XÜSUSİYYƏTLƏRİ
Xülasə İnklüziv təhsilin əsas məqsədini xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maneəsiz təlim mühitinin yaradılması və onların psixoloji hazırlığının təmin olunması təşkil edir. İnklüziv təhsil alan uşaqların öz ya...
NAXÇIVANA QARŞI İDDİALAR VƏ KİLSƏ TƏBLİĞATI
Xülasə Qriqorian kilsəsinin XIX əsrdən bəri daha fəal şəkildə erməni terror siyasi təşkilatlarının, Ermənistan dövlətinin, eləcə də xarici ölkələrin dəstəklədiyi erməni lobbisinin siyasi alətinə çevrildiyi bəllidir. X...
TELEKOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİNDƏ MƏLUMATLARIN TƏHLİLİ HAQQINDA
Xülasə Məqalədə telekommunikasiya şəbəkələri və telekommunikasiyanın növləri haqqında ətraflı məlumat verilir. Qeyd edək ki, müasir dövrdə texnologiyanın inkişaf etdiyi bir zamanda telekommunikasiya şəbəkələrinin tədq...