ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ İNFORMATİKA FƏNNİNDƏN ŞAGİRDLƏRİN OLİMPİADALARA HAZIRLANMASINDA İSTİFADƏ OLUNAN PROQRAM VASİTƏLƏRİ
Journal Title: Ancient Land - Year 2023, Vol 5, Issue 12
Abstract
Xülasə Məqalədə ümumtəhsil məktəblərində informatika fənni üzrə keçirilən olimpiadaların məqsədi və xüsusi istedadlı şagirdlərin olimpiadalara hazırlanması zamanı istifadə olunan proqram vasitələri qeyd olunub. Orta məktəb fənləri arasında informatika aparıcı rol oynaması hər kəsə məlumdur. Riyaziyyat fənninin də bir sıra funksiyalarını artıq bu fənn yerinə yetirir. Ona görə də İnformatika üzrə ənənəvi fənn olimpiadalarından olan Respublika və Dünya səviyyəli olimpiadalara maraq və diqqət artmışdır. Aydındır ki, informatikanın məzmununa uyğun proqram məhsulları çoxdur və sürətlə artır. Tədqiqatın aparılmasında əsas məqsəd dünya praktikasında proqram məhsullarının hansı növlərindən istifadə edilməsini araşdırmaqdır. Bu proqram növləri olimpiada hazırlığı ilə məşğul olan müəllimlər üçün çox vacibdir. Onların əməyinin nəticələrinin yüksək olması üçün əvvəlcədən olimpiadaları hansı proqramlar üzərində aparılmasını bilmək daha əhəmiyyətlidir. Məqalədə bu proqram vasitələrinin təsnifatı verilmiş və onun hansı cəhətlərinə üstünlük verilməsi tövsiyyə edilmişdir.
Authors and Affiliations
Gülnar Hüseynova
QAZAXISTAN VƏ TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI ÖLKƏLƏRİ ARASINDAKI XARİCİ TİCARƏT ƏLAQƏLƏRİNİN TƏHLİLİ
Xülasə Günümüzdə Türk Dövlətləri Təşkilatının regionda rolu artmaqdadır. Məqalədə Qazaxıstan ilə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında mövcud xarici ticarət əlaqələri rəqəmlərlə təhlil edilib...
XƏTTİ FƏZA, QRUP, HALQA VƏ MEYDAN ANLAYIŞLARININ ÖYRƏDİLMƏSİ METODİKASI
Xülasə Məqalə qrup, halqa və meydan anlayışlarının öyrədilməsi yollarına həsr olunub. Məlumdur ki, riyaziyyat elmi inkişaf edir. Müasir riyaziyyat qruplar nəzəriyyəsi üzərində qurulan cəbri sistemləri öyrənir. Ona gör...
Bədii mətnlərdə üslubi fiqurların rolu
Xülasə Məqalədə fransız dilində yazılmış bədii mətnlərdə ən çox istifadə olunan üslubi fiqurlardan bəhs olunur. Elmi, publisistik mətnlərdən fərqli olaraq bədii mətn daha rəngarəngdir. Bədii mətnlər daha zəngin dil xü...
İNGİLİS DİLİNİN LÜĞƏT TƏRKİBİNDƏ ALINMA SÖZLƏRİN ROLU
Xülasə Məqalə ingilis dilinin lüğət tərkibində alınma sözlərin rolundan bəhs edir. Müəllif müxtəlif dillərdən sözlərin fərqli yollarla alınmasını araşdırır. Qeyd olunur ki, ingilis dili beynəlxalq dildir və bütün düny...
DEVELOPMENT OF DIGITAL TECHNOLOGIES IN THE BANKING SECTOR
Abstract At this time, digitalization represents a significant trend in the progression of the economy. Digitization refers to the extensive implementation of interconnected digital services by various entities, inclu...