ÜRƏYİN İŞEMİYA XƏSTƏLİYİNİN İNKİŞAFININ RİSK AMİLLƏRİ

Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 11

Abstract

Məqalədə ürəyin işemiya xəstəliyinin inkişafının risk amillərin epidemiologiyasına dair qısa məlumatlar verilmiş, son illər bu xəstəliklərin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübədə risk amillərin aşkar edilməsi paylaşılmışdır. Ürəyin işemiya xəstəliyi (ÜİX) daxili xəstəliklər klinikasında başlıca problem sayılır və XXI əsrin epidemiyası kimi xarakterizə olunur. Müxtəlif yaş qruplarında insanların ürəyin işemiya xəstəlikləri ilə xəstələnməsinin tezliyinin getdikcə artması, iş qabiliyyətinin itirilməsinin yüksək payı, həmçinin onun letallığının aparıcı səbəblərindən biri olması buna zəmin yaradır. Əhalinin ürək-damar xəstəlikləri, o cümlədən stenokardiya və miokard infarktı ilə xəstələnmənin çoxillik dinamikasının təhlili onların sayının artmasına doğru cüzi meyllik aşkar etmişdir. Əhalinin ürək-damar xəstəliklərinin insidentliyi nəzərə çarpan regional fərqlərə malikdir ki, bu da çoxsaylı amillərlə bağlıdır. İndi artıq ənənəvi olaraq risk amilləri adlandırılan tam bir sıra amillər kifayət qədər məlumdur ki, onlar həqiqətən ÜİX-dən xəstələnmə və ölüm riskini artırırlar.

Authors and Affiliations

İbadulla Ağayev, Xatirə Xələfli, Məhərrəm Niftullayev, Bayram Əsədov, Dəstə Qasımova

Keywords

Related Articles

PHYSICO-CHEMICAL PROPERTIES OF COMPLEX SALTS FORMED BY HEXADECANE, OCTADECANE AND CIS-9-OCTADECENE ACIDS WITH MONOETHANOLAMINE

Abstract In the article, the results of the study of the quaternary ammonium salt formed by hexadecanoic acid, a monobasic carbonic acid, with monoethanolamine, in laboratory conditions, in distilled, drinking, and se...

ŞİRVAN RAYONUNUN NEFTLƏ ÇİRKLƏNMİŞ TORPAQLARINDA RAST GƏLİNƏN YARIMSƏHRA BİTKİLİYİNİN FİTOEKOLOJİ XARAKTERİSTİKASI

Xülasə Əhalinin sağlamlığının, ərzaq təhlükəsizliyinin təmin olunmasında ətraf mühitin, ekologiyanın çox mühüm rolu nəzərə alınaraq ekoloji tarazlığın qorunması yönündə ölkəmizdə ardıcıl və səmərəli dövlət siyasəti...

RADİOAKTİV ÇİRKLƏNMƏ ZONALARINDA ƏHALİNİN HƏRƏKƏTİ

Xülasə Təqdim olunan işdə yaşayış məntəqələrində radioaktiv maddələrin yayılma təhlükəsi və onlardan mühafizə yollarının araşdırılmasının nəticələri göstərilmişdir. Radioaktiv çirklənmə zonalarının xarakteristikaları...

Azərbaycan Xalq Cümhurİyyətİ tarİxİndə aqrar İslahatların layİhələndİrİlməsİ

Xülasə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Cənubi Qafqaz regionunun keşməkeşli tarixində mühüm səhifə kimi dayanır. Birinci Dünya Müharibəsinin və 1917-ci il Rusiya İnqilabının baş verməsində sonra yaranan AXC müstəqil...

ÜRƏYİN İŞEMİK XƏSTƏLİYİNİN İNKİŞAFINDA APOPTOZ FAKTORU KİMİ QRANZİM B-NİN ROLU

Ürəyin işemik xəstəliyi (İHD), həmçinin koronar arteriya xəstəliyi (CAD) və ya koronar ürək xəstəliyi (CHD) olaraq bilinir. Dünya miqyasında xəstələnmə və ölümün aparıcı səbəbi olaraq qalır. Ürək əzələsinə kifayət qədər...

Download PDF file
  • EP ID EP753397
  • DOI 10.36719/2707-1146/38/7-11
  • Views 4
  • Downloads 1

How To Cite

İbadulla Ağayev, Xatirə Xələfli, Məhərrəm Niftullayev, Bayram Əsədov, Dəstə Qasımova (2023). ÜRƏYİN İŞEMİYA XƏSTƏLİYİNİN İNKİŞAFININ RİSK AMİLLƏRİ. Nature & Science, 5(11), -. https://europub.co.uk/articles/-A-753397