XALÇAÇI-RƏSSAM HACI ELDAR MİKAYILZADƏ YARADICILIĞINDA “ŞƏKİ XALÇA QRUPU”NUN TƏHLİLİ

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 5

Abstract

Sənətkarın “Şəki xalçaları” silsiləsini dəyərləndirməli olsaq, öncə müəllifin gələcək çeşnilərinin bədii tutumunu təşkil edəcək təsvir və naxışların seçimində bilavasitə yerli mühitin bədii qaynaqlarına tapındığını qeyd etməliyik. On üç xovlu xalçanın məna-məzmun yükünü Şəkidəki iki məşhur tikilinin – Şəki Xan sarayının və Hüseyn xan imarətinin (Şəkixanovların evi) interyerində istifadə olunmuş tərtibat ünsürləri təşkil edir. Bədii tutumlu ayrıntıları klassik xalça çeşnilərinin estetikası ilə uzlaşdıran Eldar Mikayılzadə məlum kompozisiyaların estetikasına yeni çalarlar əlavə etməklə, ənənəviləşən bədii həllin müasir səslənməsinə nail olmuşdur. Müxtəlif ölçülü bu kompozisiyaların adlarında da klassik irsə bağlılıq duyulmaqdadır. Kompozisiyanın bədii həllində miniatür üslubu estetikasından istifadə olunan və memarlıqla uğurlu sintez təşkil edən bu ünsürlər ifadə “dili”nə görə xalça dekorativliyinə də uyğun gəldiyindən, yeni toxuculuq nümunələrində onların cəlbedici və təsirli bədii dominanta çevrilmələrinə nail olunmuşdur. Bu mənada Şəki Xan sarayındakı döyüş səhnələrinin, fauna və flora ilə bağlı naxış-ayrıntıların, eləcə də Hüseyn xan imarətindəki Adəmlə Həvvanın təsvirlərinin və şəbəkə ünsürlərinin Şəki xalçalarının mərkəzi hissəsində və haşiyələrində məntiqli istifadəsinin onların uğurunun təminatçısına çevrildiyini xüsusi vurğulaya bilərik.

Authors and Affiliations

Günel Aslanova

Keywords

Related Articles

ABŞ-IN YOŞ SİYASƏTİNİN SON 5 İLƏ DAİR NƏTİCƏLƏRİ

Xülasə Birləşmiş Ştatların Yaxın Şərqdən hərbi cəhətdən uzaqlaşması ilə bağlı yüksək səslə çağırışlara baxmayaraq, region ABŞ-ın bir çox həyati maraqlarının kəsişməsindədir. Yaxın Şərqdə başlayan problemlər bütün düny...

PURPOSE AND ADVANTAGE OF CHATBOTS

10.36719/2663-4619/102/258-263

MÜSTƏQİLLİK DÖNƏMİNDƏN SONRA REGİONAL İQTİSADİYYATIN XÜSUSİYYƏTLƏRİ

Xülasə Cənubi Qafqaz coğrafiyasının bir hissəsi olan Azərbaycan həm regionunun geostrateji aspektləri, həm də öz torpaqlarının yerləşməsi baxımından böyük əhəmiyyətə və geostrateji mövqeyə malikdir. Cənubi Qafqaz resp...

İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİN MÜASİR İNKİŞAF PERSPEKTİVLƏRİ

Yüksək iqtisadi potensiala sahib olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının müasir inkişaf perspektivlərinin nəzəri əsasları onun regional inkişaf xüsusiyyətləri və iqtisadi inkişafı şərtləndirən amilləri ilə i...

MÜASİR DÖVR AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA MİLLİ ƏNƏNƏLƏR

Məqalədə müasir dövr Azərbaycan heykəltəraşlığında milli ənənələrdən bəhs edilir. Müasir dövrdə yaradıcılıqlarında milli ənənələrə müraciət edən görkəmli heykəltəraşlarımız kifayət qədərdir. Bu mənada Əsgər Kərimovun “Mu...

Download PDF file
  • EP ID EP752925
  • DOI 10.36719/2663-4619/90/150-154
  • Views 1
  • Downloads 0

How To Cite

Günel Aslanova (2023). XALÇAÇI-RƏSSAM HACI ELDAR MİKAYILZADƏ YARADICILIĞINDA “ŞƏKİ XALÇA QRUPU”NUN TƏHLİLİ. Scientific Work, 17(5), -. https://europub.co.uk/articles/-A-752925