MÜASİR DÖVR AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA MİLLİ ƏNƏNƏLƏR

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 5

Abstract

Məqalədə müasir dövr Azərbaycan heykəltəraşlığında milli ənənələrdən bəhs edilir. Müasir dövrdə yaradıcılıqlarında milli ənənələrə müraciət edən görkəmli heykəltəraşlarımız kifayət qədərdir. Bu mənada Əsgər Kərimovun “Muğam” (1991), “Kuzəli qız” (2003), Xanlar Əhmədovun “Ana” (1993), Arif Qazıyevin “Qarabağ şikəstəsi” (1993), “Quşbaz” (1995), “Kamanın naləsi” (2010), Sahib Quliyevin “Muğam” (1999), “Möminəxatun” (2003), “Şanapipik” (2005), “Bahar” (2012), Akif Əsgərovun “Məğrur qız” (2002), Zakir Əhmədovun “Heyvagülü” (1998), “Üçlük” (2005), Vüqar Quliyevin “Qobustan keçisi” (2007), Nurlan Məmmədovun “Gəmiqaya” (2012) və s. əsərlərini qeyd etmək olar. Adları qeyd olunan bu əsərlər özündə tarixi keçmişimiz və milli kimliyimizi, eyni zamanda ənənə və müasirliyi ehtiva edən maraqlı heykəltəraşlıq əsərləridir. Müasir dövr dəzgah heykəltəraşlığı eyni zamanda özünün bədii ifadə və forma-biçim axtarışları ilə seçilir. Bütün bu məziyyətlər hələ XX əsrin ortalarında dəzgah heykəltəraşlığımızda müşahidə olunan ifadə və mövzu zənginliyinin müasir dövrdə daha yeni və daha maraqlı bir dönəmə keçid etdiyini deməyə əsas verir. Müəyyən mənada Qərbdə mövcud olan “izm”lər Azərbaycan heykəltəraşlığında təsir qoysa da, lakin Azərbaycan heykəltəraşlığının xüsusilə yaşlı və orta nəsil nümayəndələri öz yaradıcılıqlarında milli ənənələrə sadiqliyini nümayiş etdirmişlər.

Authors and Affiliations

Nərgiz Rzayeva

Keywords

Related Articles

İNSAN HÜQUQLARI HAQQINDA AVROPA KONVENSİYASININ 3-CÜ MADDƏSİNİN ÜMUMİ XARAKTERİSTİKASI

Xülasə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi işgəncənin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qadağan edilməsinə zəmanət verir. İnsan hüquq və azadlıqlarını qoruyan Konvensiyanın ə...

Kənd təsərrüfatında yerüstü suvarma texnikalarının və üsullarının əhəmiyyəti

Xülasə Tədqiqatın məqsədi: yerüstü suvarma üsulunun tədqiq olunması, həmçinin tədqiq olunarkən lazım olan optimal suvarma rejimləri haqqında lazımi nəticələrin əldə olunması, bununla yanaşı, bu üsulun və bu üsula aid...

AZƏRBAYCAN MEMARLIĞININ DÜHASI ƏCƏMİ NAXÇIVANİ YARADICILIĞINDA ORNAMENTASİYA ZƏNGİNLİYİ

Xülasə Məqalə Naxçıvan memarlıq məktəbinin banisi, Azərbaycan memarlığının dühası Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi memarlıq abidələri üzərində həkk olunan ornamentlərdən bəhs etmişdir. Göstərilir ki, dahi m...

LİZİNQ ƏMƏLİYYATLARININ UÇOTU

Xülasə Biznes sahəsi sayılan lizinq vacib əhəmiyyəti olan iqtisadi hadisədir. Məhz buna görə dünya kommersiya praktikasında “lizinq” terminindən geniş şəkildə istifadə edilir. Lizinqin əhəmiyyəti bununla müəyyən edili...

DÜZGÜN YAZI QAYDALARINA (ORFOQRAFİYA) YİYƏLƏNMƏYİN BAŞLICA ŞƏRTLƏRİ

Xülasə Düzgün orfoqrafiya və qrammatika standartlarına nail olmaq üçün dilimizi yaxşı qavramaq və onun əsasları öyrənmək üçün fədakarlıq tələb olunur. Hər şeydən əvvəl sözləri düzgün yaza bilmək onların fonetikasını h...

Download PDF file
  • EP ID EP752936
  • DOI 10.36719/2663-4619/90/81-86
  • Views 1
  • Downloads 0

How To Cite

Nərgiz Rzayeva (2023). MÜASİR DÖVR AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA MİLLİ ƏNƏNƏLƏR. Scientific Work, 17(5), -. https://europub.co.uk/articles/-A-752936