Kənd təsərrüfatında yerüstü suvarma texnikalarının və üsullarının əhəmiyyəti

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 8

Abstract

Xülasə Tədqiqatın məqsədi: yerüstü suvarma üsulunun tədqiq olunması, həmçinin tədqiq olunarkən lazım olan optimal suvarma rejimləri haqqında lazımi nəticələrin əldə olunması, bununla yanaşı, bu üsulun və bu üsula aid növlərin layihələndirilməsində xüsusi səmərənin əldə edilməsi haqqında fikir anlayışlarının məcmusunu, eləcə də konsepsiyasını hazırlamaqdır. Tədqiqatın metodologiyası: tədqiqatın metodologiyasında yerüstü suvarmaya aid ədəbiyyatların nəzərdən keçirilməsi, yerüstü suvarma və növlərinin tətbiqinin araşdırılması və bunlara əsasən ən optimal rejimə, eləcə də tətbiq olunacağı bitkiyə və hansı ərazilərə uyğunluq göstəricilərinin təyin edilməsi nəzərdə tutulur. Tədqiqatın tətbiqi əhəmiyyəti: tədqiqatın tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, müəyyən ərazilər və kənd təsərrüfatı bitkilərinə uyğun optimal yerüstü suvarma üsulunun seçilməsi və yerüstü suvarma üsulunun layihələndirilməsinə görə səmərə əldə edilərək bu üsulun layihələndirilməsindən sonra da davamlılığın təşkil olunması səciyyələrini öyrənmək. Tədqiqatın nəticələri: yerüstü suvarma üsulunun və növlərinin tədqiqində və layihələndiril­məsində alınan xüsusiyyətlər və göstəricilər, bu üsulun və növlərin xüsusiyyətlərinin mənfi və müsbət cəhətləri, eləcə də layihələndirilməsində yaranan problemlərin həlli yolunda görülməli olan addımlar, bu üsulun üsulları zamanı suyun hopma xüsusiyyətlərindəki dəyişikliklər. Elmi yenilik: yerüstü suvarma üsulunda hidroaqreqatların tətbiqi ilə səmərini və məhsuldarlığı yüksəltmək, bu üsulun və bu üsulun suvarma texnikalarının birgə fəaliyyətini təşkil etmək, bununla yanaşı olaraq digər suvarma növləri və suvarma növlərinin aqreqatları ilə inteqrasiyalı tətbiqini icra etməklə yeni inteqrasiyalı tətbiq texnikasını hazırlamaq. Həmçinin yeni innovasiya təzahürü yaradaraq bu suvarma üsulunun təşkilində yeniliklər əldə etmək.

Authors and Affiliations

Ülvi Sultanov Azərbaycan Dövlət Aqrar Universiteti magistrant

Keywords

Related Articles

Normal Impact by the Dulled Wedge on the Viscous-Elastic String (A Subsonic Mode)

Abstract In the work i tis investigated the intense coudition of lirnear viscoelastic (Maxwell type) thread at a cross-section blow by wedge havig flat frontal part. I tis supposed that a defeectiv part of the thread...

Milli mədəniyyətimizin və ədəbiyyatımızın müqəddəs ocağı - Şuşa

Xülasə İşlədiyim mövzu Şuşanın azad olunmasında Müzəffər Ali Baş Komandanımızın gərgin əməyi və ordumuzun qəhrəmanlığından bəhs edir. Qarabağın baş tacı Şuşa artıq azaddır. Şuşamızı addım-addım gəzərək bizə fəxarət bə...

Uşaqlarda nekrotik enterokolitin etiologiyası və yayılması

Xülasə Məqalədə uşaqlarda nekrotik enterokolitin etiologiyası və yayılmasına dair qısa məlumatlar verilmiş və son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübə paylaşılmışdır. Yenidoğulanlarda nek...

Uşaqlarda nekrotik enterokolit zamanı müalicə taktikasının xüsusiyyətləri və reabilitasiyası

Xülasə Məqalədə uşaqlarda nekrotik enterokolit (NEK) zamanı müalicə taktikasının xüsusiyyətləri və reabilitasiyasına dair qısa məlumatlar verilmiş, son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrüb...

YARIMKEÇİRİCİ OPTİK KVANT GENERATORU VƏ ONUN ELEKTROENERGETİKA SİSTEMLƏRİNƏ TƏTBİQİ

Xülasə Optik kvant generatorların köməyi ilə böyük intensivlikli nöqtəvi və ya müstəvi işıq mənbələri almaq mümkün olur. Elektrik enerjisi yarımkeçirici kvant generatorları vasitəsi ilə işıq enerjisinə çevrilir. Belə...

Download PDF file
  • EP ID EP747407
  • DOI 10.36719/2663-4619/105/62-67
  • Views 6
  • Downloads 0

How To Cite

Ülvi Sultanov Azərbaycan Dövlət Aqrar Universiteti magistrant (2024). Kənd təsərrüfatında yerüstü suvarma texnikalarının və üsullarının əhəmiyyəti. Scientific Work, 18(8), -. https://europub.co.uk/articles/-A-747407