Xarici dilin tədrisində orijinal materialların əsas vasitələri

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 10

Abstract

Xülasə Dünyaya inteqrasiyanın nəticəsi olaraq, xarici dillərin tədrisi metodlarında, tədrisin forma və vasitələrində köklu dəyişikliklər baş verir. Son zamanlarda dilin tədrisində və öyrənilməsində materialların əhəmiyyəti geniş şəkildə qəbul edilmişdir. Bəzi tədqiqatçıların fikrincə, bu gün bütün dünyada hər hansı bir xarici dil tədrisi orijinal dil materiallarından geniş istifadə etmədən uğurlu ola bilməz. 1970-ci illərin əvvəllərindən başlayaraq, köməkçi dərs vəsaiti olaraq istifadə olunan lentlər, disklər kimi audio alətlər; filmlər, fotoşəkillər, slaydlar kimi vizual alətlər və jurnallar, qəzetlər kimi nəşrlər orijinal materiallar adlandırıldı. Məqalədə xarici dilin tədrisində orijinal materialların istifadəsi, orijinal dil materiallarının resursları, orijinal dil materiallarının nümunələri, tədris vasitəsi kimi faydaları, problemləri və on­ların dil öyrənənlər üçün əhəmiyyəti haqqında məlumat verilir. Həmçinin məqalədə sinifdə tədrisi təkmilləşdirmək məqsədilə istifadə olunan sosial media və şəbəkələrin müsbət və mənfi cəhət­lərindən bəhs edilir, son zamanlar xarici dilin tədrisində orijinal materiallardan daha çox istifadə olunması, bu materiallar olmadan dil tədrisində uğur qazanmağın mümkün olmaması vurğulanır. Məqalədən aydın olur ki, orijinal materiallar xarici dilin tədrisində mühüm rol oynayır, ənənəvi dərsləri zənginləşdirir və öyrənənlər üçün çox maraqlı ola bilər.

Authors and Affiliations

Rübabə Məmmədova

Keywords

Related Articles

BİOLOGİYANIN TƏDRİSİNDƏ RƏQƏMSAL TƏHSİL KONSEPSİYASI

Xülasə Məqalədə XXI əsr bacarıqlarının, STEAM metodunun, həmçinin rəqəmsal bacarıqların bioloji təhsildə rolundan, konsepsiyasından bəhs edilir. Müasir dövr üçün aktual olan bacarıqların formalaş­dırılması imkanları g...

UNDERSTANDING USA-AZERBAIJAN RELATIONS WITHIN THE FRAMEWORK OF SOUTH CAUCASUS POLICY

Abstract This article analyzes the United States' policy in the South Caucasus, particularly its relations with Azerbaijan. It explores geopolitical, geoeconomic, and security interests shaping US approaches to the re...

KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN İQTİSADİ MEXANİZMİ VƏ ONUN TƏRKİB ELEMENTLƏRİNİN FORMALAŞMASININ BƏZİ MƏSƏLƏLƏRİ

Xülasə Tədqiqatın məqsədi – KOS-ın inkişaf etdirilməsi ilə bağlı dünya təcrübəsinin öyrənilməsindən ibarətdir. Tədqiqaytın metodologiyası – tədqiqat işində təhlil, ümumiləşdirmə metodlarından istifadə edilmişdir....

İRANIN NÜVƏ BÖHRANININ HƏLLİ CƏHDLƏRİ

Xülasə Məqalədə İranın nüvə böhranının həllinə yönəlmiş fəaliyyətinin əsas inkişaf mərhələləri nəzərdən keçirilir. Müəllif İran ətrafında yaranmış nüvə böhranının əsas məqamlarına aydınlıq gətirir. İranın beynəlxalq...

XÜSUSİ TƏHSİLƏ EHTİYACI OLAN TƏLƏBƏLƏRİN İKT-DƏN İSTİFADƏ ETMƏKLƏ TƏBİƏT ELMLƏRİNİN ÖYRƏNMƏSİ METODİKASI

Xülasə Xüsusi təhsilə ehtiyacı olan şəxslərin digərləri kimi həyatlarının bütün sahələrində eyni keyfiyyətdə xidmətlərdən istifadə etmək, heç bir çətinlik çəkmədən həmsöhbətləri ilə bərabər məlumat və bilik əldə etmək...

Download PDF file
  • EP ID EP751903
  • DOI 10.36719/2706-6185/40/41-45
  • Views 2
  • Downloads 0

How To Cite

Rübabə Məmmədova (2024). Xarici dilin tədrisində orijinal materialların əsas vasitələri. Ancient Land, 6(10), -. https://europub.co.uk/articles/-A-751903