XIX əsrin sonu ‒ XX əsrin əvvəlləri uşaq şeirində özünüifadə üsulları

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 8

Abstract

Xülasə Uşaq ədəbiyyatı sahəsində gedən yaradıcılıq axtarışları bütün mahiyyəti ilə milli özünüifadənin modeli olaraq əsaslı bir müəyyənliklə, etnokulturoloji sistemin ortaya qoyduğu əxlaq və dəyər təsəvvürləri ilə spesifikləşir. Daha doğrusu, gələcəyi formalaşdırmağa, yaddaşdakı normativləri bir prinsip olaraq gəncliyə aşılamağa köklənir. S. Ə. Şirvani, M. Mahmudbəyov, S. M. Qənizadə, R.Əfəndizadə, M. Hadi, A. Səhhət, A. Şaiq, Naseh, Mir Seyfəddin Seyidov Şirvani, Yusif Əfəndizadə, Əlisəttar İbrahimov, Əlabbas Müznib, Əlimişah Hüseynzadə, Camo bəy Aciz Şirvani, Əli Nəzmi, Məhəmmədtağı Sidqi, Cabbar Əsgərzadə, İsmayıl Həqqi və s. bu kimi görkəmli ədiblərin əvəzsiz şeir örnəkləri spesifiklik aspektində əsaslı bir zənginliklə diqqət önünə gəlir. Dövrün tələblərinə köklənən ədəbi proses xalqın övladlarının təlim və tərbiyəsi, əxlaq və davranışı, milli dəyərlərin aşılanması kontekstində əsaslı addımlar atmaqla yaranmış boşluğun aradan qaldırılmasını məqsədə çevirmişlər. “Dəbistan”, “Rəhbər”, “Məktəb” və s. kimi mətbu or­qanların yaradılması da eyni aspektə, cəmiyyət səviyyəsində olan problemlərin aradan qaldırılma­sına köklənmişdi. Məktəb, tərbiyə, təhsil, uşaq dərsliyi və s. kontekstində olan çətinliklərin aradan qaldırılması ən ümdə vəzifə olaraq ziyalı mühitinin qarşısında dururdu. Nəsr, poeziya, drama­turgiya, publisistika, ədəbi tənqid sahəsində baş verən axtarış və təhlillər milli özünüifadəni prinsip olaraq əsas götürülməsinə köklənməklə gərəkli fəaliyyət konsepsiyası ilə sonrakı dönəmlər üçün nümunəyə çevrildi.

Authors and Affiliations

Şöhrət Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universiteti filologiya üzrə fəlsəfə doktoru

Keywords

Related Articles

CASPIAN REGION IN US FOREIGN POLICY

Abstract The South Caucasus region, one of the strategically important regions of the world, is surrounded by regional powers such as Russia, Iran, and Turkey and provides Europe's access and security to Asia. With th...

The Policy of the Barka Family in Spain (238-219 BCE)

The policy of the Barcid family in Spain (238–219 BCE) played a crucial role in shaping the geopolitical landscape of the Western Mediterranean during the late third century BCE. Following the end of the First Punic War,...

İbtidai sinif riyaziyyat kursunun təhsildə rolu

Xülasə İbtidai sinif riyaziyyat kursunun təhsildəki rolu olduqca vacib və aktualdır. İbtidai sinif riya­ziyyat kursu, şagirdlərin təhsilinin əsasını təşkil edir və onların gələcəkdə uğur qazanmaları üçün son dərəcə va...

Naxçıvan –Türkiyə ictimai-siyasi əlaqələrin perpektivləri (1991-2001-ci illər)

Türkiyə və Azərbaycan arasında istər siyasi, istər iqtisadi istərsə də digər sahələrdə əlaqələr qədim tarixi dayaqlar üzərində qurulmuşdur. Bu tarixi dayaqlar üzərində təşkil olunmuş siyasət günümüzdə də yüksələn xətt il...

ORGANIZATION AND IMPLEMENTATION OF ACCOUNTING IN HOTELS BUSINESS

Abstract Tourism and hotel business, which are important areas of public life and economy, were created and developed as a unity and continue to operate. The mutual activity of tourism and hotel service is closely rel...

Download PDF file
  • EP ID EP744271
  • DOI 10.36719/2706-6185/38/11-15
  • Views 58
  • Downloads 0

How To Cite

Şöhrət Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universiteti filologiya üzrə fəlsəfə doktoru (2024). XIX əsrin sonu ‒ XX əsrin əvvəlləri uşaq şeirində özünüifadə üsulları. Ancient Land, 6(8), -. https://europub.co.uk/articles/-A-744271