XXI ƏSRİN İDEAL KƏND TƏSƏRRÜFATI BİTKİSİ OLAN AMARANTIN (AMARANTHUS) BİOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ

Journal Title: Nature & Science - Year 2024, Vol 6, Issue 2

Abstract

Xülasə Amarantın tərkibi digər yem bitkilərindən fərqli olaraq zəngindir. Amarantın vegetativ orqanları gövdəsi, yarpağı, çiçəyi və toxumu zülallarla, vitaminlərlə, lipidlərlə və mineral maddələrlə zəngindir. Amarantın digər yem bitkisi ilə birlikdə istifadəsi (xüsusən sarqo ilə) heyvanların yemlənməsində xüsusi əhəmiyyət kəsb edir. Yemin tərkibi zənginləşir, heyvanlar bu qarışıq yemi yaxşı mənimsəyir, süd və ət məhsuldarlığının kəmiyyət və keyfiyyət göstəricilərinə müsbət təsir edir. Amarant bitkisi istənilən torpaqda bitən, istiyə və soyuğa davamlı çoxillik bitkidir. Toyuqların yemlənməsində toyuğun çəkisinin artırılmasında, yumurtanın keyfiyyətinin yaxşılaşdırılmasında bu bitki əvəzedilməzdir. Amarant bitkisinin toxumunda olan doymamış yağ turşularının (olein, linol, linolein) miqdarı digər yem bitkilərindən üstünlük təşkil edir. Antioksidant xassəyə malik ikiqat rabitələrlə zəngin skvalen maddəsi amarant toxumunda geniş yayılmışdır. Bizim apardığımız tədqiqat da isə vegetativ orqanlarda gövdəsində, yarpağında, çiçəyində və toxumunda əvəzolunmayan (valin, leysin, izoleysin, treonin, lizin, metionin, fenilalanin və s.), əvəzolunan (alanin, asparagin, asparagin turşusu, qlisin, qlutamin, qlutamin turşusu, prolin, serin, tirozin və s.), neytral (alanin, qlisin), hidroksi (hidroksilizin, tirozin), kükürdlü (sistin, metionin), əsasi (lizin, arginin, histidin), turşu (asparagin və qlutamin turşuları), homosiklik (fenilalanin, triozin) və heterotsiklik (triptofan, prolin) aminturşuların miqdarı kifayət qədər kəmiyyət göstəricilərinə malikdir. Amarant bitkisi müxtəlif növ aminturşularla zəngindir.

Authors and Affiliations

Kamandar Daşdəmirov, Tamara Abbasova, Həcər Novruzova , Aysel Əsgərova

Keywords

Related Articles

Assessment of the Hazard Risk That May Arise During the Transportation of Hazardous Chemicals by Vehicle Transport

Abstract During our modern era, there are various types and numbers of chemically dangerous objects in the territory of our Republic, and they are constantly in operation. Thus, during the operation of these objects,...

ALBİZA JULİBRİSSİN DURAZZ. NÖVÜNÜN ABŞERON ƏRAZİSİNDƏ BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİNİN TƏYİNİ

Xülasə Bitkilər müxtəlif ekoloji şəraitlərdə yaşamağa uyğunlaşmışdır. Onları səhradan tropik yağış meşələrinə qədər müxtəlif mühitlərdə görmək olar. Bitkilərin bioekoloji xüsusiyyətlərini təyin etmək və həmin xüsusiyy...

THE NATURE OF THE CONCEPT OF PRIMARY MEDICAL AID AND ITS PSYCHOLOGICAL ASPECTS

Abstract Healthcare reform is perhaps one of the most discussed topics in social policy today. In the 1990s, the health care reforms carried out in many countries of the world mainly separated the provision and financ...

Plasma Chemical Synthesis Research

Abstract When using uranium - 238, thorium - 232 and plutonium - 239 isotopes, there is no need for expensive isotopic enrichment, and the use cycle of such nuclear fuel can be extended to 10-15 years. At the same tim...

XƏSTƏXANADAXİLİ İNFEKSİYALARIN QARŞISININ ALINMASI YOLLARI VƏ MÜBARİZƏ TƏDBİRLƏRİ

Xülasə Məqalədə xəstəxanadaxili infeksiyaların qarşısının alınması yolları və mübarizə tədbirlərinə dair qısa məlumatlar verilmiş, son illər bu xəstəliklərin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübədə risk ami...

Download PDF file
  • EP ID EP749552
  • DOI 10.36719/2707-1146/41/47-52
  • Views 30
  • Downloads 0

How To Cite

Kamandar Daşdəmirov, Tamara Abbasova, Həcər Novruzova, Aysel Əsgərova (2024). XXI ƏSRİN İDEAL KƏND TƏSƏRRÜFATI BİTKİSİ OLAN AMARANTIN (AMARANTHUS) BİOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ. Nature & Science, 6(2), -. https://europub.co.uk/articles/-A-749552