AZƏRBAYCANDA İNNOVASİYAYÖNÜMLÜ İQTİSADİYYATIN İNKİŞAFINDA NAXÇIVAN İQTİSADİ RAYONUNUN YERİ VƏ ROLU

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 7

Abstract

Xülasə Məqalədə Naxçıvan iqtisadi rayonunda yaxın illər ərzində təhsil, elm və digər intellektual sahə­lərdə ciddi dönüş yaratmaq istiqamətində atılan addımlardan, informasiya və bilik iqtisadiyyatının qurulması prosesinin sürətləndirilməsinə nail olunmasından bəhs edilmişdir. Tədqiqat işində muxtar respublikada innovasiyayönümlü iqtisadiyyatın bütün sahələrinin inkişafı, elmi-texniki infra­struk­turun modernləşdirilməsi, elmin, təhsilin və istehsalın inteqrasiyasının təmin edilməsi, idarə­etmə strukturunun təkmilləşdirilməsi, innovasiya infrastrukturunun yaradılması, texnoparkların, biznes mərkəzləri şəbəkəsinin yaradılması, onların müasir vəziyyətinin tədqiqi problemlərinin öyrənilməsi və bu istiqamətdə işlərin aparılması bir məqsəd kimi qarşıya qoyulmuşdur. Məqalədə Naxçıvan iqtisadi rayonunda son illərdə əldə olunmuş nailiyyətlər, eyni zamanda mövcud problemlər kompleks şəkildə araşdırılmış, region iqtisadiyyatının gələcək inkişafının investisiya cəlbediciliyini artırmaqla, sürətli inkişafı təmin etməyi, daxili bazarın tələbatının ödə­nilməsi və əhalinin rifah halının yaxşılaşdırılması məsələlərindən bəhs edilmişdir. Araşdırmada başlıca məqsədlərdən biri də "qara qızıl" sərvətini intellektual sərvətə çevirməkdir. Digər əsas məqsəd isə elm və innovativ layihəli yeni fikir və ideyaların dəstəklənməsi hesabına iqti­sadiyyatın dayanıqlı və davamlı inkişafının sürətləndirilməsi, rəqabətqabiliyyətli və ixracyö­nümlü məhsul istehsalının artırılmasına nail olmaqdır.

Authors and Affiliations

Əbdülhüseyn Zamanov

Keywords

Related Articles

THE INTERNATIONALIZATION OF THE HIGHER EDUCATION POLICY IN AZERBAIJAN: SCHOLARSHIP PROGRAMS AND RANKINGS

Abstract This article examines the internationalization of higher education in Azerbaijan – with a particular focus on scholarship programs and university rankings. It explores how Azerbaijan's educational policies ai...

TAM ORTAQLIĞIN XÜSUSİYYƏTLƏRİ VƏ ÜSTÜN CƏHƏTLƏRİ

Xülasə Məqalədə kommersiya təşkilatlarının bir növü hesab edilən tam ortaqlığın xüsusiyyətləri və üstünlüklərindən bəhs olunur. O, ortaqların hər birinin idarəetmədə iştirakı rahatlığı və risklərin bölüşdürülməsi məsə...

Ethical Implications of AI in Data Collection: Balancing Innovation with Privacy

Abstract This article examines the ethical and legal implications of artificial intelligence (AI) driven data collection, focusing on developments from 2023 to 2024. It analyzes recent advancements in AI technologies...

Ali məktəblərdə kimyanın tədrisində laboratoriya dərslərinin rolu

Xülasə Gələcəkdə müəllim olacaq tələbə namizədlər üçün laboratoriya bacarıqlarına sahib olmaq çox vacibdir. Ona görə də tələbələrin laboratoriyadan istifadə səviyyəsinin artırılması məsələsi pro­fessor-müəllim heyəti...

THE ROLE OF THE FINANCIAL SYSTEM IN SOCIO-ECONOMIC DEVELOPMENT OF THE REGIONS

Abstract In order to develop a country, its individual regions must be developed. Developing the regions can be possible by eliminating the inequalities between them. In accordance with world experience, fundamental s...

Download PDF file
  • EP ID EP747673
  • DOI 10.36719/2706-6185/37/89-97
  • Views 1
  • Downloads 0

How To Cite

Əbdülhüseyn Zamanov (2024). AZƏRBAYCANDA İNNOVASİYAYÖNÜMLÜ İQTİSADİYYATIN İNKİŞAFINDA NAXÇIVAN İQTİSADİ RAYONUNUN YERİ VƏ ROLU. Ancient Land, 6(7), -. https://europub.co.uk/articles/-A-747673