AZƏRBAYCANDA KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN İNKİŞAFI

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 1

Abstract

Xülasə Azərbaycanda kiçik və orta sahibkarlığın (bundan sonra – KOS) inkişafı iqtisadiyyatın diversifikasiyası, rəqabətqabiliyyətliliyinin artırılması, məşğulluğun təmin edilməsi, istehlak mallarına olan tələbatın yerli resurslar hesabına ödənilməsi və iqtisadi inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından, fəaliyyət növündən və sahəsindən asılı olmayaraq Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı, Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi haqqında Konstitusiya Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu, bu Qanun və bunların əsasında qəbul edilmiş digər qanunvericilik aktları ilə tənzimlənir. Sahibkarlığın subyektləri. Sahibkarlıqla Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə aşağıdakılar məşğul ola bilərlər: fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı; mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər; hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs; xarici hüquqi şəxslər.

Authors and Affiliations

Asim Rüstəmov

Keywords

Related Articles

Kənd təsərrüfatında yerüstü suvarma texnikalarının və üsullarının əhəmiyyəti

Xülasə Tədqiqatın məqsədi: yerüstü suvarma üsulunun tədqiq olunması, həmçinin tədqiq olunarkən lazım olan optimal suvarma rejimləri haqqında lazımi nəticələrin əldə olunması, bununla yanaşı, bu üsulun və bu üsula aid...

İSTİSMAR QUYULARINDA QUM TƏZAHÜRÜNÜN YARANMASI VƏ ONLARLA MÜBARİZƏ ÜSULLARI

Xülasə İstismar quyularında qum təzahürünün yaranması neft və qaz hasilatında ciddi problemlərdən biridir. Bu problemlər quyunun məhsuldarlığının azalmasına, avadanlıqların zədələnməsinə və hətta quyunun bağlanmasına sə...

AZƏRBAYCAN DİLİNDƏKİ YİYƏLİK HALIN ÇİN DİLİNDƏ İFADƏ VASİTƏSİ

Xülasə Azərbaycan dilində hal kateqoriyası var. Çin dili isə kök dil olduğuna görə qrammatik kateqoriya yoxdur və hal anlayışı da yoxdur, amma hal kateqoriyasının ifadə vasitəsi var. Azərbaycan dilində yiyəlik halın i...

ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ DİSTANT TƏHSİLİN İDARƏOLUNMASINDA YENİ PERSPEKTİVLƏR

Xülasə Məqalədə distant təhsilinin səmərəli idarəolunmasında virtual öyrətmə sistemləri üzrə yeni tövsiyələr təklif olunur və hər birinin əsas xüsusiyyətləri göstərilmiş, təlim prosesində tətbiqi modelləri haqqında ye...

MÜSTƏQİLLİK DÖNƏMİNDƏN SONRA REGİONAL İQTİSADİYYATIN XÜSUSİYYƏTLƏRİ

Xülasə Cənubi Qafqaz coğrafiyasının bir hissəsi olan Azərbaycan həm regionunun geostrateji aspektləri, həm də öz torpaqlarının yerləşməsi baxımından böyük əhəmiyyətə və geostrateji mövqeyə malikdir. Cənubi Qafqaz resp...

Download PDF file
  • EP ID EP749523
  • DOI 10.36719/2663-4619/98/87-91
  • Views 12
  • Downloads 0

How To Cite

Asim Rüstəmov (2024). AZƏRBAYCANDA KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN İNKİŞAFI. Scientific Work, 18(1), -. https://europub.co.uk/articles/-A-749523