Big data texnologiyalarının tədris prosesinin idarə olunmasında tətbiqi
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 4
Abstract
Məqalədə Big Data texnologiyaları ilə məlumatların emalında olan problemlər və onun hərbi təhsildə və universitetlərdə tədris prosesinin keyfiyyətinə daxili nəzarət və attestasiyanın monitorinqi məsələlərinin həllində istifadə imkanları araşdırılmışdır. Bütün təhsil müəssisələrində təhsilalanların attestasiyasının operativ və obyektiv şəkildə aparılmasının təmin edilməsi üçün nəticələrin avtomatik intellektual analizinə imkan verən informasiya-axtarış sisteminin yaradılması günün ən aktual məsələlərindəndir. Respublikamızdakı bir çox universitetlərdə, o cümlədən, hərbi təhsil müəssisələrində tələbələrin attestasiyası bu və ya digər dərəcədə informasiya texnologiyalarının tətbiqi ilə həyata keçirilsə də, vahid, elmi əsaslandırılmış metodika mövcud deyil. Attestasiya prosesində tələbələrin nəticələrinə həm elmi-metodiki, həm də psixoloji amillər təsir edir. Bu prosesin elmi əsaslandırılmış və sistemli analizinin aparılması praktiki tətbiqi baxımından maraq kəsb edir. Hərbi təhsil müəssisələrində kursantlarda praktiki vərdişlərin aşılanması strukturlaşmamış, çox böyük həcmli informasiyalardan istifadə olunmasını tələb edir. Bu isə öz növbəsində o deməkdir ki, mürəkkəb struktura malik müasir təhsil müəssisələrinin fəaliyyətlərinin optimallaşdırılması üçün idarəetmə modellərinin qurulmasını Big Data texnologiyalarından istifadə etmədən aparmaq mümkün deyil.
Authors and Affiliations
Sənan Valehov, Elnurə Məhəmmədova
“Multikulturalizm”, “avrosentrizm” və “avropaçılıq”
Xülasə Azərbaycanda multikultural dəyərlərə hörmət edilməsi dövlət siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir. Bu gün multikulturalizm probleminə marağın artması bütün dünyada olduğu kimi, bizim öl...
DAXİLİ TURİZMİN İNKİŞAF PERSPEKTİVLƏRİ
Xülasə Tədqiqatın məqsədi: Azərbaycan Respublikasında daxili turizmin inkişaf perspektivlərini araşdırmaq, yerli turizm potensialını artırmaq üçün stratejilər təklif etmək və bu sahədə mövcud imkanların daha effektiv is...
TURİZM DESTİNASİYALARININ İNFRASTRUKTURUNUN FORMALAŞMASINA VƏ İNKİŞAFINA TƏSİRİ
Xülasə Turizm destinasiyalarının formalaşması və inkişafı turizm fəaliyyətini asanlaşdırmaq üçün əsas rol oynayan infrastrukturdan ciddi şəkildə təsirlənir. Bu sənəd turizm destinasiyalarının əlçatanlığının, cəlbedici...
İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİN MÜASİR İNKİŞAF PERSPEKTİVLƏRİ
Yüksək iqtisadi potensiala sahib olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının müasir inkişaf perspektivlərinin nəzəri əsasları onun regional inkişaf xüsusiyyətləri və iqtisadi inkişafı şərtləndirən amilləri ilə i...
Bioremediation Effect of P.australis, P.aeruginosa, and B.subtilis on Heavy Metals
Abstract Water is essential for life and if water is polluted with heavy toxic metals, it needs to purify to clean the environment. Biological remediation is an effective and eco-friendly way to get rid of metallic co...