Çağdaş şeirimiz və Məhəmməd Füzuli
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 11
Abstract
Xülasə Məhəmməd Füzulinin fikir və sənət dünyası yeni məzmunu və bədii-üslubi tapıntıları ilə Azərbaycan türkcəsindəki şeirin fəaliyyət proqramını təsdiqləmiş, özündən sonra gələn nəsillər üçün istər forma, itərsə də ideya baxımından örnək olmuşdir. Məqalədə şeirimizin Füzulidən sonrakı mərhələsinə, xüsusilə XX əsrdə sosializm realizminin estetikasından kənarda yazıb yaratmış, həm də yaradıcılığı ilə ötürücü funksiyanı yerinə yetirmiş qəzəlxan şair Əliağa Vahidin fəaliyyətinə qısa nəzər yetirilmişdir. Füzuli irsinin təsiri çağdaş şeirdə üç istiqamətdə özünü göstərməkdədir ki, bunlar neoklassik şeirin təzahürləri kimi dəyərləndirilə bilər. Birinci xətt daha mühafizəkar fəaliyyət hesab edilir ki, burada həm forma, həm də məzmun etibarilə Füzuli dəsti-xətti qorunub saxlanılır. İkinci istiqamətdə formaca ənənəvi, məzmun və motiv etibarilə yeni poetik nümunələr diqqəti cəlb edir. Üçüncü xəttdə isə həm forma, həm də məzmun etibarilə yenilənmiş, lakin Füzuli ruhunu özündə saxlayan yaradıcı şairlərin əsərləri yer almaqdadır. Aparılan paralellər Füzuli sənətinin zahiri və daxili potensialını bir daha üzə çıxararaq çağdaş şeirdə bu poetik irsdən ideya-mövzu qaynağı kimi bəhrələnmənin daha aktual olmasını ortaya çıxarmışdır ki, buna daha çox assosiativ poeziyada rast gəlmək mümkündür.
Authors and Affiliations
Aytac Zeynalova
TƏHSİL SEKTORUNUN DİNAMİKLƏRİ VƏ TƏHSİLDƏ MARKETİNQ STRATEGİYALARI
Xülasə İstənilən müəssisədə marketinq fəaliyyətinin həyata keçirilməsi və onun tərkib hissəsi kimi strategiyanın işlənib hazırlanması marketinq kompleksinin elementlərinin əlaqələndirilməsi vasitəsilə təmin olunur. Be...
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ VEB PORTALLARIN TƏTBİQİ XÜSUSİYYƏTLƏRİ VƏ ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
Xülasə Müasir təhsil bazarında veb portallar ali təhsil müəssisələri (ATM) üçün həyati əhəmiyyət kəsb edən alətlərdən birinə çevrilmişdir. Ona görə ki, veb portallar bütün akademik heyət arasında qarşılıqlı əlaqə vas...
Yaşayış binalarındakı mikromiset göbələklərin ekoloji təsiri
Xülasə Mikromiset göbələkləri, təbiətdə və insan mühitində əhəmiyyətli rol oynayan orqanizmlərdir. Bu göbələklərin tədqiqi, ekosistemlərin sağlamlığını qorumaq, insan sağlamlığını təmin etmək və çirklənmənin azaldılma...
XİDMƏT SAHƏLƏRİNDƏ KEYFİYYƏT MENECMENTİ SİSTEMLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ
Xülasə Xidmət sahələrinə ictimai iaşə, maliyyə, məlumat, mənzil-kommunal, məişət, kirayə, turizm, hüquq, mehmanxana, mühafizə, tərcümə, təmir, ticarət, nəqliyyat, səhiyyə və rabitə xidmətləri daxildir. Qeyd etmək lazı...
IMPORTANCE OF ALTERNATIVE DISPUTE RESOLUTION MECHANISMS IN INTERNATIONAL INTELLECTUAL PROPERTY DISPUTES
The research objective of the current article is to examine the role of alternative dispute resolution mechanisms in disputes arising from international intellectual property relations that meet modern trends. It is know...