CBDC-nin müasir ödəniş sistemlərinə təsirinə dair ədəbiyyat araşdırması və bank sektorunun adaptasiya strategiyaları
Journal Title: Ancient Land - Year 2025, Vol 7, Issue 3
Abstract
Mərkəzi bank rəqəmsal valyutaları (CBDC) müasir maliyyə sistemlərinin inkişafına mühüm təsir göstərən rəqəmsal innovasiyalardan biridir və kommersiya bankçılığının strukturunu dəyişdirə biləcək potensiala malikdir. Bu məqalədə CBDC-nin müasir ödəniş sistemlərinə təsiri və bank sektorunun bu yeni maliyyə texnologiyasına uyğunlaşma strategiyaları nəzərdən keçirilmişdir. CBDC-nin tətbiqi nəticəsində kommersiya banklarının kredit və depozit bazarlarındakı rolu dəyişə bilər, çünki bu rəqəmsal valyuta bankların vasitəçilik funksiyasına birbaşa təsir göstərir. Transsərhəd ödənişlərin sürətləndirilməsi, əməliyyat xərclərinin azaldılması və likvidliyin optimallaşdırılması CBDC-nin maliyyə bazarlarında oynaya biləcəyi əsas rollardan biridir. Bununla belə, CBDC-nin geniş miqyaslı tətbiqi tənzimləyici çərçivələrin yenilənməsini və bank sektorunda texnoloji transformasiyanın sürətləndirilməsini tələb edir. Bu araşdırmanın nəticələri göstərir ki, kommersiya banklarının rəqəmsal valyutalara uyğunlaşması üçün yeni biznes modelləri və innovativ yanaşmalar inkişaf etdirilməsi zəruridir. CBDC-nin müasir maliyyə sistemlərinə təsiri kommersiya bankçılığına dair ənənəvi yanaşmaları dəyişdirməklə yanaşı, rəqəmsal ödənişlərin və maliyyə əməliyyatlarının təhlükəsizliyini və effektivliyini artırmağa yönəlmişdir. Bu rəqəmsal valyutaların geniş miqyasda tətbiqi bank sektorunda yeni tənzimləmə çərçivələrinin və texnoloji infrastrukturun inkişaf etdirilməsini tələb edir ki, bu da maliyyə institutlarının fəaliyyət modellərində köklü dəyişikliklərə səbəb ola bilər.
Authors and Affiliations
Toğrul Mustafayev
19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində ingilis ədəbiyyatı
Kapitalizmin nisbi sabitləşməsi dövrü fəlsəfədə burjua pozitivizminin çiçəklənməsi dövrünə uyğun gəlirdi. İngiltərədə pozitivizmin ən böyük nümayəndəsi Herbert Spenser idi. İngilis burjuaziyasının aqressivliyi Spenserin...
Organization Methodology of Diagnostic Assessment in Mathematics Lessons
Abstract In-school assessment in secondary schools is carried out using diagnostic, formative, and summative assessment types. The article talks about the diagnostic type of in-school evaluation, the methods and t...
Philosophy and Progress: The Challenges and Limitations of the Critical Theory Paradigms
This research examines the relationship between philosophy and progress through the lens of the Frankfurt School's Critical Theory, exploring how its four generations criticized Western modernity's pathologies, including...
Arbitraj və mülki iddia icraatı: beynəlxalq qaydalar və Azərbaycan qanunvericiliyi
Xülasə Qeyd edilməlidir ki, arbitraj ölkəmizdə geniş tətbiq edilməsə də, dünyada mübahisələrin arbitraj məhkəmələrində baxılması daha geniş yayılmış təcrübədir. Bununla əlaqədar, dövlətlər arbitrajla bağlı müvafiq qan...
CHANGES IN MIDDLE AND EARLY MODERN ENGLISH SIMPLE SENTENCE PATTERNS (SP, SPO, AND SPC SENTENCE MODELS)
Abstract In the evolution from Middle to Early Modern English, significant changes occurred in simple sentence patterns, particularly in the SP (Subject-Predicate) and SPO (Subject-Predicate-Object) models. Middle Eng...