COCA-COLA VƏ AZERCELL NÜMUNƏSİNDƏ ŞƏXSİ SATIŞ VƏ SATIŞ TƏŞVİQİNİN MÜQAYİSƏLİ ANALİZİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 3
Abstract
Xülasə Şəxsi satış və satışın təşviqi iş dünyasında ən çox istifadə edilən marketinq kommunikasiyası alətlərindən ikisidir. Şəxsi satış, fərdiləşdirilmiş məhsul və ya xidmətlər təklif edən şirkətlər üçün yüksək təsirli bir vasitədir, satışın təşviqi isə yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərin saxlanması üçün effektivdir. Azercell və Coca-Cola timsalında Azərbaycan bazarında Azercell üçün şəxsi satış, qlobal bazarda isə Coca-Cola üçün satışın təşviqi daha effektivdir. Bununla belə, hər iki şirkət müştəriləri ilə emosional əlaqələr yaratmaq və marka sədaqətini artırmaq üçün müəyyən vəziyyətlərdə hər iki üsuldan istifadə edir. Məqalə 4 əsas başlıqdan ibarətdir. Məqalədə Şəxsi satış və Satış təşviqi müqayisəsi, Azercell nümunəsində Şəxsi satış və Satış təşviqi, Coca-Cola nümunəsində Şəxsi satış və Satış təşviqi və Coca-Cola üçün şəxsi satış və satış təşviqinin əhəmiyyətindən bəhs edilir. Şəxsi satış və Satış təşviqi arasındakı fərqlər cədvəl şəklində vizuallaşdırılmışdır. Azercell satıcılarının sayı qrafikdə əks etdirilmiş, performansın kəmiyyət ölçüsü olaraq KPI indeksindən istifadə edilmişdir. Coca-Cola şirkətinin reklam və promosyonlarına bölgələr üzrə xərcləri və buna bağlı olan satış gəlirləri qrafiklərdə öz əksini tapmışdır. Satış gəlirləri şəxsi satış və satış təşviqinin tətbiqinin nəticəsi kimi göstərilmişdir.
Authors and Affiliations
Cavid Soltanov
KOMMUNİKATİV PROSESDƏ DİNLƏMƏNİN POZİTİVLİYİ
İnsan danışanda yox, dinləyəndə ucalır. Danışmağı hamı bacarır, dinləmək isə səbirli və pozitiv insanların işidir. Danışanı dinləmək – bacarıq, üstünlük, müdriklik tələb edir. Danışanı dinləmək – danışana dəyər vermək de...
Respublikamızda məktəb yaşında öyrənməyi öyrənmək şəriştəsinin formalaşmasının psixoloji-pedaqoji imkanlarının müəyyən edilməsi
Məqalədə ümumtəhsil müəssisələrində şagirdlərin öyrənmə qabiliyyətlərinin inkişafına kömək edə biləcək psixoloji və pedaqoji amillərə nəzər salınır. Məqalədə erkən yeniyetmə məktəblilərin öyrənmə qabiliyyətləri üzrə in...
Azerbaijan-Israel Relations in the Field of Science and Education
Azerbaijan and Israel maintain strong diplomatic, economic, and strategic relations, with education and science serving as key pillars of their cooperation. This article examines the evolution of academic exchanges, sc...
XARİCİ ÖLKƏLƏRDƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ VƏ SOSİAL TƏHLÜKƏSİZLİYİN İDARƏ EDİLMƏSİNİN HÜQUQİ TƏNZİMLƏNMƏSİNIN MAHİYYƏTİ
Xülasə Xarici ölkələrin yerli özünüidarəetməsi müxtəlif model və yerli təşkilat növlərindən ibarətdir. Yerli özünüidarəetmə sistemlərinin quruluşundakı fərqlər bir çox amillərdən asılıdır: siyasi rejim, ölkədə hökm sü...
İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ İNNOVASİYALI İQTİSADİ İNKİŞAF PLANLARININ QURULMASI VƏ İCRASI
Xülasə İqtisadi potensialı yüksək olan Qarabağ iqtisadi rayonunun inkişafını təmin etmək və onun gələcək iqtisadi potensialını artırmaq üçün atılan addımlar dövlətimiz üçün zəruri tədbirlərdən biridir. Belə ki, region...