XARİCİ ÖLKƏLƏRDƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ VƏ SOSİAL TƏHLÜKƏSİZLİYİN İDARƏ EDİLMƏSİNİN HÜQUQİ TƏNZİMLƏNMƏSİNIN MAHİYYƏTİ
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 9
Abstract
Xülasə Xarici ölkələrin yerli özünüidarəetməsi müxtəlif model və yerli təşkilat növlərindən ibarətdir. Yerli özünüidarəetmə sistemlərinin quruluşundakı fərqlər bir çox amillərdən asılıdır: siyasi rejim, ölkədə hökm sürən yerli hakimiyyət və idarəetmənin təşkili ideyası, dövlət quruluşu və dövlətin inzibati-ərazi bölgüsü, milli ənənələr və s. Yerli özünüidarəetmənin əsas məqsədi yerli məsələlərin həlli üçün yerli əhalinin səylərini birləşdirməkdir ki, bu da, nəticə etibarı ilə, dövlətimizin demokratikliyini, sabitliyini və bütövlüyünü təmin edir. Azərbaycan Respublikasın Konstitusiyasında yerli özünüidarəetmənin təsis edildiyi vaxtdan bu günə kimi kifayət qədər zaman keçməsinə baxmayaraq, nəticələr hələlik nə mütəxəssisləri, nə də əhalini tam qane etmir. Bu baxımdan qərb ölkələrində özünüidarəetmənin təşkili böyük maraq doğurur. Sosial təhlükəsizliyə gəldikdə isə, burada həyatın, sağlamlığın, rifahın, insan hüquq və azadlıqlarının qorunması əsas, bilavasitə məqsəddir. Bu, insanlar arasındakı münasibətlərin tənzimlənməsi, onların həyat dəstəyi və sosiallaşması üçün sosial sistemin mahiyyətidir. Məqalədə yerli özünüidarəetmə səviyyəsində sosial təhlükəsizliyin təmin edilməsi ilə bağlı xarici ölkələrin təcrübəsi araşdırılır.
Authors and Affiliations
Nailə Qəhrəmanova
HƏRƏKƏT EDƏN OBYEKTLİ NAQİLSİZ RABİTƏ VASİTƏSİ
Xülasə XX əsrin 30-cu illərində çoxlu radiostansiya mövcud idi. İkinci dünya müharibəsindən sonra naqilsiz rabitə sahəsində bir çox milli və beynəlxalq layihələr dayandırıldı. İlk alman şəbəkəsi olan ANetz (1958) anal...
AZƏRBAYCANDA ENOTURİZM (VİNİTURİZM) POTENSİALI ÜZƏRİNƏ TEORİK BİR ARAŞDIRMA
Xülasə Azərbaycan coğrafiyasında şərab istehsalı üzrə ixtisaslaşan bəzi bölgələrdən Göygöl, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ digər bölgələrlə müqayisədə enoturizm (viniturizm) baxımından potensiallı bölgələrdir.Ölkə üz...
MYOMECTOMY DURING PREGNANCY
20-30% of uterine myomas grow during pregnancy, and this growth is most common in the first 10 weeks. In most women with fibroids, there is no change in the size of the fibroid after becoming pregnant until delivery. In...
IKHLAS AND SINCERITY ACCORDING TO VERSES AND HADITHS
Abstract The subject of this study is ikhlas and sincerity, which are the basic elements of all our worship in daily life. Coquetry and worship performed without ikhlas and sincerity have no value in the sight of Alla...
FOLKLOR VƏ ORTA ƏSRLƏR AZƏRBAYCAN ƏDƏBİYYATININ QARŞILIQLI ƏLAQƏLƏRİ
Xülasə Folklor və orta əsrlər Azərbaycan yazılı ədəbiyyatının qarşılıqlı əlaqələrinin nəzəri əsasları bir sıra araşdırmaların tədqiqat obyekti olmuş, müxtəlif istiqamətlərdə təhlil edilmişdir. Lakin folklor formul, o...