FOLKLOR VƏ ORTA ƏSRLƏR AZƏRBAYCAN ƏDƏBİYYATININ QARŞILIQLI ƏLAQƏLƏRİ

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 1

Abstract

Xülasə Folklor və orta əsrlər Azərbaycan yazılı ədəbiyyatının qarşılıqlı əlaqələrinin nəzəri əsasları bir sıra araşdırmaların tədqiqat obyekti olmuş, müxtəlif istiqamətlərdə təhlil edilmişdir. Lakin folklor formul, obraz və motivlərinin orta əsrlər Azərbaycan ədəbiyyatina transformasiyası əsaslı şəkildə tədqiq edilməmişdir. Tədqiqat işində əsas məqsəd qeyd etdiyimiz araşdırma əsasında orta əsrlər Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şifahi xalq ədəbiyyatının rolunu öyrənib tədqiq etmək, onların bir-birinə bağlı­lı­ğını araşdırıb üzə çıxarmaqdır. Folklorun və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqində aparılan nəzəri-təcrübi araşdırmaların əsas istiqaməti hər iki ədəbiyyatın qarşılıqlı əlaqələrinin nəzəri əsaslarını öyrənmək, eləcə də sənətkarların bədii yaradıcılığında folklor formul, obraz və motivlərindən bəhrələnmə mə­qam­larını aşkar etməkdir. Klassik ədəbiyyat və xalq sənətinin mənşəyi ilə bağlı tədqiqatçıların mülahizələri , onların bu problemin elmi-nəzəri və bədii estetik əhəmiyyətinə yanaşmaları da tədqiqatımızda özünə yer almışdır. XIII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmalara ümumi şəkildə nəzər saldıqda görürük ki, bu dövr yazıb-yaradan sənətkarlarımızın yaradıcılığının öyrənilməsi, bu istiqamətdə görülən işlər, tarixi-müqayisəli və nəzəri tipoloji təhlillər əsasında işıqlandırılmışdır. Klassika, ənənə və müasirliyin vəhdəti başlıca elmi-nəzəri prinsip kimi ön planda dayanır.

Authors and Affiliations

Sevinc Əliyeva

Keywords

Related Articles

HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCAN RESPUBLİKASININ QURUCUSU VƏ BÖYÜK MEMARI

Məqalədə tarix səhnəsində iz buraxan qüdrətli şəxsiyyət cənab Heydər Əliyevin illər ərzində formalaşan dövlətçilik praktikasının inzibati amirlik sistemindən bazar iqtisadiyyatına keçid prosesinində düzgün qərarların qəb...

SABİT RƏHMANIN YARADICILIĞINDA CƏMİYYƏT VƏ ŞƏXSİYYƏT PROBLEMİ

Xülasə Sabit Rəhman ilk qələm təcrübəsindən başlayaraq öz ideyalarını gülüş, satira və yumor vasitəsilə ifadə etmişdir. İlk qələm təcrübəsi olan felyetonlarını o satirik əsərlər kimi qələmə alır. Üç felyetonu; “Ordan...

YENİ ƏHDİ EHTİVA EDƏN İNCİLLƏRİN YAZILMASININ MÜQAYİSƏLİ TƏHLİLİ

Xülasə Məqalədə Yeni Əhdə daxil olan kitablar, onların əhatə etdiyi mövzular və İncillər arasında olan fərqlər araşdırılıb. İncillərin yazılma tarixi və müasir zəmanəmizə necə çatması maraq doğuran məsələlərdəndir. Əl...

FACTORS FOR THE OCCURRENCE OF SMALL-FOCUS EARTHQUAKES IN THE MIDDLE AND LOWER KURA DEPRESSIONS

The hypocenters of the earthquakes that occurred in the Kura depression are confined to the zones of its junction with the surrounding mountain structures of the Lesser Caucasus and the Greater Caucasus, where tectonic f...

CURRENT PROBLEMS IN THE PROTECTION OF HUMAN RIGHTS IN THE CONTEXT OF CORPORATE SOCIAL RESPONSIBILITY

This article discusses the issue of protecting human rights in the context of corporate social responsibility. The author argues that although CSR has been recognized as an important concept, it is not always effectively...

Download PDF file
  • EP ID EP749534
  • DOI 10.36719/2663-4619/98/19-26
  • Views 49
  • Downloads 0

How To Cite

Sevinc Əliyeva (2024). FOLKLOR VƏ ORTA ƏSRLƏR AZƏRBAYCAN ƏDƏBİYYATININ QARŞILIQLI ƏLAQƏLƏRİ. Scientific Work, 18(1), -. https://europub.co.uk/articles/-A-749534