DRAMATİK TEATRDA MUSİQİNİN ROLU VƏ VƏZİFƏLƏRİ
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 5
Abstract
Məlum olduğu kimi, musiqi və teatr sənətlərinin rüşeymləri paralel şəkildə inkişaf etmiş, zaman keçdikcə müəyyən müstəqil formalara ayırlmışlar. Lakin teatr sənəti yaranışından tamaşalarda musiqidən istifadə edilmişdir. Teatra xorla daxil olan musiqi tamaşanın strukturunda getdikcə daha geniş funksiya daşımağa başlamışdır. Belə ki, məqalədə teatr sənətində, xüsusən də dramatik teatrda musiqinin rolu və vəzifələrindən bəhs olunur. Həmçinin dünya teatrından və Azərbaycan teatr tamaşalarından nümunələr çəkilərək həmin tamaşalardakı musiqi tərtibatı haqqında mözvulara toxunulmuşdur. Musiqinin əslində tamaşanın ideya mahiyyətinin açılmasında, obrazların daxili aləmlərinin, hiss və duyğularının necə əks olunduğunu adı çəkilən teatr tamaşalarının nümunələrində aydın şəkildə başa düşmək olur. Teatr tariximizin ən görkəmli rejissorları onların fikir və ideyalarını əks etdirməyi bacaran, sırf o tamaşalar üçün musiqi əsərləri bəstələyə biləcək dahi bəstəkarlarla çalışmışlar. Teatr tamaşalarının uğurlu olmasının amillərindən biri rejissorun verdiyi qurulşdursa, digəri bəstəkarın bəstələdiyi musiqinin tamaşanın ab-havasına uyğun olması, aktyorların obrazlarını əks etdirməsi və tamaşaçının qavrayışına təsir edə bilməsidir. Buna görə də rejissorun fikir və ideyaları bəstəkarın fikirləri ilə üst-üstə düşməlidir.
Authors and Affiliations
Arzu Quliyeva
The Status of the Category of Comparison in Modern Linguistic Research
Abstract The study of the category of comparison is a traditional topic of linguistics, which is acquiring particular relevance in connection with the interest of modern linguistics in comparative studies of languages...
DAXİLİ TURİZMİN İNKİŞAF PERSPEKTİVLƏRİ
Xülasə Tədqiqatın məqsədi: Azərbaycan Respublikasında daxili turizmin inkişaf perspektivlərini araşdırmaq, yerli turizm potensialını artırmaq üçün stratejilər təklif etmək və bu sahədə mövcud imkanların daha effektiv is...
İT İNNOVASİYALARININ LOGİSTİKA VƏ TƏCHİZAT ZƏNCİRİNİN İDARƏ EDİLMƏSİNİN EFFEKTİVLİYİNƏ TƏSİRİNİN TƏDQİQİ
Müəssisələrdə istifadə olunan internet və bizneslərarası e-ticarət kimi texnologiyalar təchizat zəncirinin eyni vaxtda və effektiv istifadəsini təmin edir. Logistika və təchizat zəncirinin idarə edilməsində informasiya t...
MÜASİR İNGİLİS DİLİNDƏ CAVAB AKTINDA İŞLƏNƏN NİTQ FEİLLƏRİNİN SEMANTİK XÜSUSİYYƏTLƏRİ
Məqalə cavab aktında işlənən nitq feillərininin semantik xüsusiyyətlərinə həsr olunur. Nitq feilləri dildə sayca azlıq təşkil etsələr də onların tədqiq edilməsinin əhəmiyyəti böyükdür. Çünki cavab prosesində işlənən nitq...
ŞİGELLOZUN HEMOKOLİT SİNDROMLU BƏZİ İNFEKSİON VƏ QEYRİ-İNFEKSİON XƏSTƏLİKLƏRDƏN FƏRQLİ XÜSUSİYYƏTLƏRİ
Digər kəskin bağırsaq infeksiyalarına nisbətən daha çox rast gələn şigelloz kliniki formalarının, ağırlıq dərəcələrinin və nəticələrənin müxtəlifliyinə, bir sıra spesifik ağırlaşmalarına görə də fərqlənir. Bəzən kliniki...