ƏLAVƏ DƏYƏR VERGİSİNİN AZƏRBAYCAN RESPUBLİKASINDA TƏTBİQİ TARİXİ VƏ BU SAHƏDƏ APARILMIŞ İSLAHATLARA DAİR
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 4
Abstract
Xülasə Dəyər vergisi Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə müəyyən edilmiş dolayı vergi növlərindən biri olan əlavə dəyər vergisi 1992-ci ildən tətbiq edilir. Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən Əlavə Dəyər Vergisi (bundan sonra − ƏDV) vergi tutulan dövriyyədən hesablanmış vergi məbləğindən və bu Məcəllənin müddəalarına uyğun olaraq verilmiş elektron qaimə-fakturalar üzrə müvafiq qaydada əvəz edilməli olan vergi məbləğindən hesablanır. Bu vergi növünün digər vergilərdən əsas fərqlərindən biri onun əlavə haqqdan, yəni məhsulun maya qiymətinə qoyulan əlavədən hesablanmasıdır. Malların satışını həyata keçirən satıcıların heç biri faktiki olaraq vergi yükünü daşımır, çünki vergi hər dəfə yeni alıcı tərəfindən ödənilir, yəni əvəz olunur. Yalnız sonuncu istehlakçı məhsulu satmadığına, özü istehlak etdiyinə görə ödənişini başqasının vasitəsilə ödəyə bilməz, yəni əvəz edə bilməz. Bu vergi sisteminin üstünlüyü ondan ibarətdir ki, satış vergisi olduqda, satıcıların alıcılarının son istehlakçı olub-olmadığını yoxlamaq üçün heç bir həvəsi yoxdur. Yəni vergi ödəyicisinin vergi tutmağa meyli yoxdur. Amma əlavə dəyər vergisi olanda bütün satıcılar vergini yığıb dövlətə göndərirlər. Alıcı ödədiyi vergini geri tələb etmək istəyir, lakin bunu etmək hüququnu təsdiq etməlidir. Buna görə də onun köçürməni və təchizatçının qeydiyyat nömrəsini göstərən qəbzi olmalıdır.
Authors and Affiliations
Hüseyn Paşazadə
DƏNİZ SUYUNUN ŞİRİNLƏŞDİRİLMƏSİ ÜÇÜN GÜNƏŞ ENERJİLİ MEMBRAN DİSTİLLƏ TEXNOLOGİYASI
Məqalədə günəş enerjili membran distillə üsulu ilə Xəzər dənizi suyunun şirinləşdirilmə texnologiyasının tədqinin nəticələri gətirilir. Birbaşa kontaktlı membran modulunun istifadəsi və membran üzərində ərpin yaranmasını...
Quba-Xaçmaz bölgəsində müşahidə olunan zərərvericilər
Quba-Xaçmaz bölgəsindəki zərərvericilərin müşahidəsi yalnız yerli kənd təsərrüfatı və bağçılıq üçün deyil, ümumiyyətlə, regional ekosistem üçün də əhəmiyyətlidir. Bu bölgədəki müsbət iqlim şəraiti və torpaq resursları kə...
D.İ.Mendeleyevin pedaqoji irsi və onun ali təhsilin inkişafında rolu
Məqalədə dövrünün böyük kimyaçı alimi D.İ.Mendeleyevin pedaqoji fikirlərinə geniş yer ayrılmışdır. D.İ.Mendeleyev kimyaçı alim olmaqla həm də pedaqoji fəaliyyət göstərmiş, onun bu sahədə xüsusi xidmətləri olmuşdur. Döv...
DAŞINMAZ ƏŞYANIN İPOTEKAYA QOYULMASI İLƏ BAĞLI SİSTEMLƏRİN MÜQAYİSƏLİ TƏHLİLİ
Məqalədə bir daşınmaz əşya üzərində birdən çox ipoteka hüququ olduqda sıranın müəyyən edilməsi zamanı iki fərqli sistem nəzərdən keçirilmişdir: irəliləmə və dərəcə sistemi. Bu iki sistemin ayrı-ayrı xüsusiyyətlərini araş...
GLOBAL ENERGY POLICIES AND ENERGY CONTRACTS
Abstract This article examines global energy policies and energy agreements, discusses the importance of energy to countries, identifies and substantiates problems in global energy policy. Today, global energy policy...