EVFEMİZM VƏ DİSFEMİZMLƏRİN KOQNİTİV – DİSKURSİV XÜSUSİYYƏTLƏRİ

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 5

Abstract

Xülasə Evfemizm və disfemizm istənilən diskurs növündə işlədilə bilən linqivistik paradiqma təşkil edir. Ənənəvi olaraq onlara konkret məfhumları və konseptləri bildirən söz və ifadələri digər sinonim leksemlər vasitəsilə əvəz edə bilən kateqoriyalar kimi yanaşılır. Koqnitiv prospektdən evfemizm və disfemizmlərin müxtəlif diskurs növlərində (siyasi, iqtisadi, tibbi, dini, mədəni, məişət və s. kimi kommunikativ diskurslar) işlədilməsi qeyri-ixtiyari olmayıb koqnitiv kateqoriyalarla şərtlənmişdir. İlkin olaraq evfemizmlər tabuları, kobud anlayışları və həsas mövzuları adlandırmağa xidmət edərək çox zaman obrazlı sinonimlik yaradır. Buna zidd olaraq isə disfemizm neytral sözləri və konseptləri mühün ritorik təsirə malik olan daha kobud və incidici ifadələrlə əvəz edir. Qədim zamanlardan indiyədək, demək olar ki, bütün cəmiyyətlərdə bir çox həssas mövzular adı çəkilməsi yasaq mövzular təşkil etmişdir. Bu mövzulara münasibətdə diqqətlə davranılmış, kobud və ya həsas, siyasi cəhətdən düzgün olmayan konseptləri adlandırmaq üçün, bəzən isə sadəcə nəzakət prinsipinə əməl etmək niyyətilə müxtəlif söz və ifadələr yaradılmışdır. “İntim” bədən üzvləri, cinsi əlaqə, bədənin funksiyaları, şəhvət, sosial status məfhumu, nifrət, vicdanlızlıq, dəlilik, əqli xəstəliklər, fiziki qüsurlar, təhlükəli heyvanlar, Allah və şeytanla bağlı konseptləri bildirən mövzular əksərən tabu təşkil edir və evfemistik ifadələrlə əvəz oluna bilər. Adətən konkret konseptləri adlandırmaq üçün məqsədyönlü linqivistik manipuluyasiyalar həyata keçirilir. Bu tədqiqatın əsas hədəfi evfemizm və disfemizmlərin koqnitiv-diskursiv işlənmə prinsiplərini müəyyən etməkdən ibarətdir.

Authors and Affiliations

Nərgiz Səlimova

Keywords

Related Articles

MİLLİ TƏHLÜKƏSİZLİYİN TƏMİN OLUNMASINDA GEOİNFORMASİYA TEXNOLOGİYALARININ TƏTBİQİ (ARCGİS PROQRAM TƏMİNATI NÜMUNƏSİNDƏ)

Xülasə Məqalədə geoinformasiya texnologiyaları (GİT) və coğrafi informasiya sistemləri (CİS) anla­yışları, yaranması və inkişafının qısa tarixi, geoməkan məlumatlarının fərqli sahələrdə emalı mərhələlərinin xüsusiyyət...

DÜZGÜN YAZI QAYDALARINA (ORFOQRAFİYA) YİYƏLƏNMƏYİN BAŞLICA ŞƏRTLƏRİ

Xülasə Düzgün orfoqrafiya və qrammatika standartlarına nail olmaq üçün dilimizi yaxşı qavramaq və onun əsasları öyrənmək üçün fədakarlıq tələb olunur. Hər şeydən əvvəl sözləri düzgün yaza bilmək onların fonetikasını h...

Molecular Mechanics Simulation and Ftir Spectrocopy Optimization of Secondary Structure of Aβ (25-35) Peptide

Abstract In this study, we probed the secondary structure of a soluble Aβ (25-35) peptide in water solution by applying a molecular mechanics method as well as infrared spectroscopy. We have used Fourier Transformed I...

DÖVLƏT SATINALMALARI MÜQAVİLƏ HÜQUQU KONTEKSTİNDƏ

Xülasə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) dövlət orqanları tərəfindən dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edir...

MÜSTƏQİLLİK DÖNƏMİNDƏN SONRA REGİONAL İQTİSADİYYATIN XÜSUSİYYƏTLƏRİ

Xülasə Cənubi Qafqaz coğrafiyasının bir hissəsi olan Azərbaycan həm regionunun geostrateji aspektləri, həm də öz torpaqlarının yerləşməsi baxımından böyük əhəmiyyətə və geostrateji mövqeyə malikdir. Cənubi Qafqaz resp...

Download PDF file
  • EP ID EP748407
  • DOI 10.36719/2663-4619/102/58-65
  • Views 22
  • Downloads 0

How To Cite

Nərgiz Səlimova (2024). EVFEMİZM VƏ DİSFEMİZMLƏRİN KOQNİTİV – DİSKURSİV XÜSUSİYYƏTLƏRİ. Scientific Work, 18(5), -. https://europub.co.uk/articles/-A-748407