MAHMUD KAŞĞARİNİN “DİVAN”INDA SÖZLƏRİN TARİXİ ÇOXMƏNALILIĞI
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 1
Abstract
Çağdaş dövrdə olduğu kimi, qədim dövrlərdə də sinonimlik, antonimlik, omonimlik polisemiya ilə bağlı hadisədir. Mahmud Kaşğarinin “Divan”ında çoxmənalılığa xidmət edən leksik-semantik söz qruplarının əmələgəlmə yolları rəngarəngdir. Sinonim, antonim, omonim vahidlərin əksəriyyəti mənşə etibarilə dövrün ayrı-ayrı türk ləhcələri hesabına yaranıb, formalaşmışdır. Sinonim, omonim, antonim sözlər də “Divan”ı zənginləşdirən semantik söz qruplarından olub, bəziləri mənşəcə alınma sözlərə aiddir və bunlar olduqca azlıq təşkil edir. Tarixi dövrlərdə də çoxmənalılıq keyfiyyəti sözə bir neçə sinonimik, omonimik, antonimik cərgəyə daxil olmağa şərait yaratmışdır. Bu semantik söz qruplarının zənginləşməsində rəngarəng forma və mənalara malik olan sözlər, nitq vahidləri olduqca mühüm rol oynamışlar. Məqalədə daha çox sinonimlərə diqqət yetirilir və onu yaradan qədim söz formalarının mənalarından danışılır, çağdaş türkcələrdə onların mənaları, formaları müqayisə edilir.
Authors and Affiliations
Mahirə Nağı qızı Hüseynova
ƏDƏBİ DİSKURSUN XARAKTERİK XÜSUSİYYƏTLƏRİ
Xülasə Ümumilikdə diskursun, xüsusən də ədəbi-bədii diskursun tədqiqinin əhəmiyyəti və aktuallığı əsaslandırılır. Müasir dilçilik elmində ədəbi-bədii diskurs anlayışının dərk edilməsinin nəzəri məsələləri işıqlandırıl...
İqtisadi tənzimləmədə sanksiyaların ölkə iqtisadiyyatına təsiri məsələləri: Rusiya nümunəsində
Təqdim olunan araşdırma Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların bu ölkənin iqtisadiyyatı, sosial həyatı və valyuta bazarına təsirlərini əhatə edir. Sanksiyalar əsasən enerji, maliyyə və istehsal sahələrinə...
İnflyasiyanın ölçülməsi: Gürcüstan və Azərbaycan müqayisəsi
Xülasə İnflyasiya iqtisadiyyatın dayanıqlılığı və cəmiyyətin rifahı üçün ən önəmli göstəricilərdən biridir. Çünki təsirini ev təsərrüfatları birbaşa olaraq öz ciblərində, özəl sektor isə istehsal və satışılarında hiss...
DƏNİZ SUYUNDA FİTOPLANKTONDA “XLOROFİL A” TƏYİNİ
Təqdim olunan məqalənin əsas məqsədi dəniz suyundan götürülmüş nümunədə “Xlorofil a`nın” sayını müəyyənləşdirməkdir. Bu proses Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “AzeLab” laboratoriyasında...
HAKİMİYYƏT BÖLGÜSÜ PRİNSİPİ
Hakimiyyətlər bölgüsü nəzəriyyəsi yarandığı andan bu günə qədər hər dövrdə önə çəkilmiş və demokratik dövlətlərin formalaşmasında əsas prinsiplərdən biri kimi qəbul edilmişdir. Müxtəlif dövlətlərdə hakimiyyətlərin bölünm...