İNGİLİS DİLİNDƏ İDİOMATİK İFADƏLƏRİN TƏRCÜMƏ YOLLARI
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 3
Abstract
Xülasə İdiomlar dil öyrənməyin vacib bir hissəsidir və dilin səriştəli öyrənilməsində özünəməxsus yeri var. İngilis dilində idiomlar dili öyrənənlər tərəfindən mənimsənilməli olan mədəni elementlərin bir hissəsidir. İdiomatik ifadələr kimi məcazi dil haqqında aydın bir anlayış inkişaf etdirərək dili öyrənənlər əsas söz səviyyəsindən kənarda məcazi və leksik mənalar olan mətnləri daha yaxşı dərk edə bilərlər. İngilis dili minillik tarixə malikdir. Bu müddət ərzində dildə adamların uğurlu, dəqiq və obrazlı hesab etdikləri çox miqdarda ifadə toplanmışdır. Məhz bu yolla dilin xüsusi layı olan, müstəqil mənaya malik sabit söz birləşmələrinin məcmusu – idiomlar yaranmışdır. İngilis dilində idiomlar müxtəlif mənalı hadisədir. Tərifə görə idiom bu və ya digər dilə məxsus, digər dilə tərcümə olunmayan, mənası onu təşkil edən elementlərinin mənasından alınmayan sabit, daşlaşmış birləşmədir.
Authors and Affiliations
Urqiyə Hacıyeva, Vəfa Muxtarova, Nuranə Musayeva
Əli Səmədovun uşaq nağıllarının mətn informasiyası
Xülasə Azərbaycan uşaq nəsrinin inkişafında Əli Səmədovun ayrıca yeri vardır. Ümumiyyətlə, iyirminci əsrin 60-cı illəri ədəbi-nəzəri fikirdə xüsusi mərhələ olaraq səciyyələnir. Bunun isə əsaslı səbəbləri vardır və tək...
THE PROBLEM OF THE INTERACTION OF LANGUAGES AND CULTURES IN THE CONTEXT OF AZERBAIJAN
Abstract In a dynamic postmodern civilization, the rate of renewal of science and technology, art and economics, politics and law is increasing. Our presence in the present is limited. The period of life and stable op...
YÜKSƏK MÖHKƏMLİKLİ ÇUQUNLARIN KÜRƏLƏŞDİRMƏ TEXNOLOGİYALARI
Xülasə Kürşəkilli qrafitli çuqun istehsalında qrafitin kürəşəkilli bir şəkildə çökəlməsini əldə edə bilmək üçün, maye metalı bir maqnezium prosesindən keçirik. Bu prosesi, maye çuqunun üst gərilimini azaldan və sonund...
DƏNİZ NEFT-QAZ QURĞULARININ YERDƏYİŞMƏSİ VƏ DƏNİZ DİBİNƏ BƏRKİDİLMƏSİ XÜSUSİYYƏTLƏRİ
Xülasə Dəniz neft və qaz sənayesi davamlılığı, təhlükəsizliyi və səmərəliliyi təmin etmək üçün innovativ yanaşmalar tələb edərək qlobal enerji təchizatında mühüm rol oynayır. Məqalə dənizdəki neft və qaz qurğularının...
MÜASİR ŞƏRAİTDƏ MÜƏSSİSƏDƏ MALİYYƏ MENECMENTİNİN TƏŞKİLİ
Xülasə Məqalədə əvvəlcə, maliyyə kateqoriyası pul münasibətləri sisteminin əsası kimi müəyyən edilmiş, maliyyə menecmenti sisteminin formalaşması xüsusiyyətləri və prinsipləri, eləcə də pul axınları maliyyə menecment...