İNSAN ŞƏXSİYYƏTİNİN FORMALAŞMASINDA MÜƏLLİM FƏALİYYƏTİNİN PEDAQOJİ XÜSUSİYYƏTLƏRİ

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 4

Abstract

Xülasə İşlədiyimiz mövzu müasir müəllimin formalaşmasında etik və pedaqoji ideyaların və mənəvi əqidənini böyük rol oynamasından bəhs edir. Mövzuda əsasən ictimai mühütün müəllim şəxsiyyətinin inkişafında və formalaş-masında mühüm amil kimi çıxış etməsi qeyd olunmuşdur. İnsan şəxsiyyətinin formalaşmasına təsir edən irsiyyət, mühit və tərbiyə amillərinin qarşılıqlı münasibəti mətndə mühüm rol oynayır. Burada həmçinin müəllim-şagird münasibətlərinin mahiyyəti və məzmunu, müəllimin pedaqoji fəaliyyəti, maarifçi, həm pedaqoq, həm də psixoloq olması qeyd olunmuşdur. Müəllim şagirdin yaxın köməkçisi olmalı, tərbiyə prosesində şagird üçün ideala çevrilməlidir. Mövzuda dahi pedaqoqların fikirlərindən istifadə edilmişdir. Pedaqoqlardan Y.Talıbov, Makarenko, Komenski, Suxomlinski və başqalarının pedaqoji etika haqqında məqalədə bir çox maraqlı fikirləri vardır. Suxomlinski “Ürəyimi uşaqlara verirəm” əsərində pedaqoji etika və estetika barədə çox geniş ideyalar irəli sürmüşdür. İşlədiyimiz məqalədə müəllim şəxsiyyətinin formalaşmasında pedaqoji etikanın və mənəvi tərbiyənin əsas rol oynadığı da vurğulanmışdır. Müəllim mənəvi münasibətlər dünyasında səhvə yol verə bilməz.Ona görə ki,müəllimin kiçik bir nöqsanı,kiçik bir hərəkəti şagirdlərin gözündən qaçmır. Müəllimin səsindəki titrəyiş, ahəng, sərtlik və s uşağa dərhal təsir edir. Müəllim üçün bütün uşaqlar əziz olmalıdır.Müəllimin təbəssümü və sevinci şagirdlərin qəlbində xeyirxahlıq,insanlıq münasibətləri,məhəbbət gözlərində isə qığılcım yaradır.Müəllim peşəsi bütün peşələrin anası hesab olunur. Müəllim gənc nəsli həyata hazırlayır.Müəllim sadəlik, təvazökarlıq, nəzakət, mənəvi saflıq, ideallıq rəmzidir. Müəllim nəsillərin ömrünü bir-birinə qaynaq edəndir. Müəllim bilməlidir ki,nüfuzu öz zəhməti ilə,əməyi və biliyi sayəsində əldə edir. Müəllim əməyi məhsuldar əməkdir. Müəllimlərin atesstasiyası bir daha göstərir ki,qabaqcıl və işgüzar müəllimlər müasir dövrün tələblərinə tamamilə cavab verirlər. Onlar gənc nəslin təlim-tərbiyəsində yorulmaq bilmədən çalışırlar.

Authors and Affiliations

Aidə Novruzova

Keywords

Related Articles

Electronic Management and Its Impacts on Achieving Organizational Justice. An Applied Approach in The El-Maa Labiod Cement Factory. Tebessa Province (Algeria)

The current study, titled above, seeks to determine the impact of electronic management on achieving organizational justice within the factory, the field of study. To this end, three research frameworks were adopted, sta...

1989 FERGANA MASSACRE IN TURKISH NEWSPAPERS

Abstract Meskhetian Turks were subjected to forced migration twice throughout their history and were never able to return to their homeland. Although there are different ideas about the roots of the Meskhetian Turks l...

THE ROLE OF LOGIC AND INTUITION IN MATHEMATICS TEACHER TRAINING

Abstract The economic and political potential of each state is inextricably linked with its education system. In the conditions of the information society, the training of pedagogical personnel in accordance with the...

BƏDİİ DİSKURSDA DİNİ METAFORALAR

Xülasə Bədii mətn bədii diskursun əsasını təşkil edir. Bədii nitqin yaranması prosesi digər nitq növləri ilə müqayisədə müəyyən fərqli cəhətə malikdir. Onun yaradıcısı yazıçı və ya şairdir. Bədii diskursda kommunikati...

“Norm” ASC-də vergi əməliyyatlarının uçotu və auditinin təkmilləşdirilməsi istiqamətləri

Xülasə Audit ‒ əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesa­batlarının müstəqil y...

Download PDF file
  • EP ID EP748705
  • DOI 10.36719/2706-6185/34/44-48
  • Views 76
  • Downloads 0

How To Cite

Aidə Novruzova (2024). İNSAN ŞƏXSİYYƏTİNİN FORMALAŞMASINDA MÜƏLLİM FƏALİYYƏTİNİN PEDAQOJİ XÜSUSİYYƏTLƏRİ. Ancient Land, 6(4), -. https://europub.co.uk/articles/-A-748705