İNTERNET PROVAYDERLƏRİNİN YERLƏŞDİRİLƏN MƏZMUNA NƏZARƏTLƏ BAĞLI ƏSAS HÜQUQ VƏ AZADLIQLARLA ƏLAQƏSİ

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 4

Abstract

Xülasə Təqdim edilmiş məqalədə sosial şəbəkə provayderlərinin məzmun baxımından nəzarəti ilə əsas hüquq və azadlıqlar arasındakı əlaqə araşdırılaraq beynəlxalq aspektdə qiymətləndirilmiş, Azərbaycan qanunvericiliyindəki tənzimləmələr müzakirə edilmişdir. Burada bəhs edilən əsas hüquq və azadlıqlarla sosial şəbəkə istifadəsində paylaşılan məzmuna nəzarət arasındakı əlaqə müzakirə olunmuşdur. Əsas hüquq və azadlıqlar haqqında 1950-ci il Avropa Konvensiyası və Azərbaycan Respublikasının Konstitusiyasında təminat verilmiş sözügedən hüquqlar təhlil edilmiş, əsas hüquq və azadlıqların məzmun baxımından təsnifatı təhlil olunaraq, milli-hüquqi tənzimləmə üçün vacib olan redaktələrin məzmunu müəyyən olunmuş, normalarda olan çatışmazlıqlar aşkar edilmiş, onların aradan qaldırılmasına dair təkliflər təqdim olunmuşdur. Müdaxiləni tələb edən əsas hüquq və azadlıqlar qismində yaşamaq hüququ, şəxsi və ailə həyatına hörmət hüququ, ayrı-seçkiliyin qadağan edilməsi nəzərdən keçirilmişdir. Hüquq və azadlıqların məhdudlaşdırılmasını tələb edən əsas hüquq və azadlıqlar kimi isə fikir, vicdan və din azadlığı, toplaşmaq və birləşmək azadlığı, ifadə azadlığı təhlil edilmişdir. Sözügedən məqalədə sosial şəbəkə provayderlərinin istifadəçilər tərəfindən yerləşdirilən məzmunla bağlı məsuliyyət məsələsinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarları məlumat və ifadə azadlığı konteksində qiymətləndirilmişdir.

Authors and Affiliations

Aysel Mürşüdlü

Keywords

Related Articles

Torpaq və bitki uyğunluğunun qiymətləndirilməsində qeyri-səlis çoxluqların rolu

Xülasə Optimal torpaq-bitki cütünün seçilməsi davamlı kənd təsərrüfatı məhsuldarlığını təmin etmək üçün çox vacibdir. Ənənəvi olaraq, bu təyinat torpağın xüsusiyyətləri, iqlim şəraiti və bitki tələbləri ilə bağlı eksp...

MOTİVASİYA ÜSULLARININ ƏMƏK KOLLEKTİVİNİN İDARƏEDİLMƏSİNDƏ TƏTBİQİ

Xülasə Motivasiya üsulları insan resurslarının idarə edilməsində əhəmiyyətli rol oynayır, çünki bu üsullar işçilərin performansını, məşğulluğunu və iş məmnunluğunu artırmaq üçün istifadə olunan əsas faktorlardır. Moti...

Azərbaycan musiqişünaslığının araşdırılmasında Leopold və Mstislav Rostropoviçlərin xatirə ev muzeyinin rolu

Azərbaycan musiqisinin inkişafına bir çox görkəmli şəxsiyyətlərin əhəmiyyətli təsiri olmuşdur ki, onların arasında Leopold və Mstislav Rostropoviçlər də əsas rol oynamışlar. Onların təsiri həm dünya, həm də Azərbaycan...

FUAD KÖPRÜLÜNÜN ELMİ İRSİNDƏ “KİTABİ-DƏDƏ QORQUD” DASTANININ YERİ

Xülasə Oğuz türklərinin ortaq abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı eyni zamanda bəşər mədəniyyətinin də zəngin mənəvi xəzinəsidir. Abidənin öyrənilməsi həm yerli, həm də dünya alimlərinin daim diqqət mərkəzində o...

LOGİSTİK STRATEGİYALARIN İŞLƏNMƏSİNİN NƏZƏRİ ƏSASLARI, KONSEPSİYALARI VƏ VƏZİFƏLƏRİ

Xülasə Logistika maddi texniki ehtiyatların axını və saxlanmasının səmərəliliyini planlaşdırma, həyata keçirmə və izləmə prosesidir. Bir məhsulun nəqliyyat, saxlama, gömrük rəsmiləşdirilməsi, qablaşdırma, paylama kimi...

Download PDF file
  • EP ID EP748639
  • DOI 10.36719/2663-4619/101/234-240
  • Views 68
  • Downloads 0

How To Cite

Aysel Mürşüdlü (2024). İNTERNET PROVAYDERLƏRİNİN YERLƏŞDİRİLƏN MƏZMUNA NƏZARƏTLƏ BAĞLI ƏSAS HÜQUQ VƏ AZADLIQLARLA ƏLAQƏSİ. Scientific Work, 18(4), -. https://europub.co.uk/articles/-A-748639