MAGİSTRATURA SƏVİYYƏSİNDƏ GƏLƏCƏK PEDAQOQLARDA TƏŞKİLATİ-İNZİBATÇILIQ SAHƏSİ ÜZRƏ FORMALAŞMASI ZƏRURİ OLAN KOMPETENSİYALAR
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 4
Abstract
Məqalədə magistratura səviyyəsində gələcək pedaqoqlarda təşkilati-inzibatçılıq sahəsi üzrə formalaşması zəruri olan kompetensiyalara dair təhlillər aparılmışdır. Müasir qanunvericilik bazası kontekstində kompetensiya əsaslı yanaşmanın tətbiqi təhsil sisteminin idarə edilməsinin yeni keyfiyyətlərini təmin edə bilən pedaqoqlar hazırlanmasını tələb edir. Bu da peşə kompetensiyalarının formalaşmasının əhəmiyyətini artırır, bu kompetensiyanın formalaşması problemini nəzərdən keçirməyi aktuallaşdırır. Təşkilati-inzibatçılıq kompetensiyasının formalaşması və inkişafı təhsil fəaliyyətinin xüsusi şəraitində peşəkar hərəkətləri yerinə yetirməyə imkan verən komponentlər toplusu kimi təkcə bir tələb deyil. Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin magistratura səviyyəsinin ixtisas üzrə təhsil Proqramında əksini tapan peşə kompetensiyaları sırasında yer alan peşəkar fəaliyyətin keyfiyyətinin göstəricisidir. Magistratura səviyyəsində gələcək pedaqoqun təşkilati-inzibatçılıq sahəsi üzrə formalaşması zəruri olan kompetensiyaları ilə yanaşı, innovativ təfəkkürün inkişafına da diqqət edilməlidir. Çünki təkcə tipik problemləri deyil, həm də pedaqoji problemləri müəyyən etməyi, hərtərəfli düşünməyi bacaran mütəxəssisin hazırlanması nəzərdə tutulur.
Authors and Affiliations
Lalə Allahverdiyeva
MONGODB VERİLƏNLƏR BAZASININ TƏDQİQİ: SƏHİYYƏ MƏLUMATLARININ TƏCRÜBƏDƏ TƏTBİQİ VƏ AŞAĞI İNNOVATİV İDARƏETMƏ PROBLEMLƏRİ İLƏ MÜBARİZƏ
Xülasə Bu tədqiqat işi MongoDB verilənlər bazasının özündə cəmləşdirdiyi əsas xüsusiyyətləri araşdırır və onun müasir texnologiya dünyasındakı yerini müzakirə edir. O, sənəd yönümlü və ənənəvi verilənlər bazaları aras...
AZƏRBAYCAN TURİZM SEKTORUNDA FRANÇAYZİNQ FƏALİYYƏTİNİN MÜASİR VƏZİYYƏTİ VƏ GƏLƏCƏK İMKANLARI
Xülasə Hansısa bir bir şəxs və ya qrup yaşadığı yeri 1 gündən 6 aya qədər müddət ərzində yeni yerlər kəşf etmək, sağlamlığının qeydinə qalmaq, dünyagörüşünü artırmaq, əylənmək, idman yarışlarını izləmək və s. kimi məq...
ZEYTUN YAĞINDA KEYFİYYƏT
Zeytun bəşəriyyətə bəxş edilmiş mühüm meyvədir. Bu səbəbdən zeytunlardan əldə edilən və heç bir kimyəvi təsirə məruz qalmadan istehsal edilən zeytun yağı da insan sağlamlığı üçün əhəmiyyətlidir. İnsan sağlamlığı üçün vac...
Şifahi akademik kommunikasiya
Xülasə Akademik kommunikasiya elmi ictimaiyyətdə istifadə olunan professional ünsiyyət növlərinin məcmusudur. Akademik kommunikasiyaya bakalavriatura, magistratura, doktorantura təhsil pillələrində, elmi seminar...
MARKETİNQ ƏSASLARI VƏ STRATEGİYALAR
Məqalədə marketinqin əsasları və strategiyalarından bəhs edilir. Baxmayaraq ki, marketinq bütün fəaliyyət sahələrində tətbiq olunur, amma konkret qəbul edilən marketinq tərifi və qaydası yoxdur. Tədqiqatın məqsədi müxtəl...