MARQARET TETÇERİN NİTQİNİN LİNQVOKOQNİTİV TƏHLİLİ
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 8
Abstract
Məqalə Böyük Britaniyanın keçmiş Baş naziri Marqaret Tetçerin (1925-2013) nitqinin linqvokoqnitiv nöqteyi-nəzərdən öyrənilməsinə həsr olunmuşdur. Hal-hazırda linqvistik şüur və mürəkkəb proses olan elmi qavrayış geniş təhlil olunur; cəmiyyət və mədəniyyət haqqında yeni düşüncələrin yaranması davam edir. Müasir dövrdə dil və qeyri-dil paradiqmaları əsasında təzahür edən müxtəlif mətn nümunələrinin nəzəri və praktiki öyrənilməsi, işlənib hazırlanması tələb olunur. Buna görə də koqnitiv diskursiv yanaşma çərçivəsində aparılan tədqiqatlar əsas ictimai-siyasi münasibətləri, müasir dil şüurunun vəziyyəti haqqında məlumatı əldə etmək imkanı verir. Dil dünyanın müəyyən mənzərəsini formalaşdırmağa xidmət edir və koqnitiv dilçilik hər hansı bir insanın şüuru və qavrayışı haqqında təsəvvür yaradır. Diskurs texnoloji tərəqqi, cəmiyyətin tələbləri və elmdə üstünlük təşkil edən ideyaları nəzərə alaraq yeni ünsiyyət formalarının qarşılıqlı təsirini nəzərdən keçirən çoxölçülü və dinamik bir hadisədir. Diskursda mental təsvirlərlə linqvistik vasitələrin qarşılıqlı əlaqəsini öyrənmək üçün ünsiyyət prosesi iştirakçılarının empirik biliklərini, idrak sahəsini ümumi sosial məkanda təhlil etmək vacibdir. Məqalədə Marqaret Tetçerin nitqinə həm linqvistik, həm də koqnitiv aspektdən yanaşılmışdır. Bundan əlavə, tədqiqatda siyasi xadimin çıxışındakı metaforlara, metonimiyalara, intertekstuallıq nümunələrinə və s. üslubi, ritorik fiqurların təsvirinə geniş yer verilmişdir.
Authors and Affiliations
Aysel Şükürova
MÜXTƏLİF LİDERLİK ÜSLUBLARININ MOTİVASİYA ÜZƏRİNDƏKİ TƏSİRLƏRİ
Lider və liderlik anlayışları son illərdə idarəetmə sahəsində ən çox diqqət çəkən məsələlərdən biridir. Lider, təşkilatda işçiləri motivasiya etməklə təşkilatdakı səmərəliliyin artırılmasına cavabdehdir. Liderin üslubu v...
81 MM TÜSTÜ QUMBARALARININ TƏSNİFATI VƏ TƏSİRLƏRİ
Xülasə Məqalədə 81 mm-lik ЗD6 tipli qumabaranın pirotexniki tüstü tərkibi komponentlərinin təyinatının əsaslandırılması, tüstü tərkiblərində istifadə olunan oksidləşdiricilərinin nəzəri təhlili, komponentlərin miqdarı...
Steven Krashen's Theory of the Second Language Acquisition
Abstract Among modern language teaching methods, the theory of second language acquisition is one of the leading methods. Stephen Krasche's theory of second language acquisition represents an important shift in the wa...
QEYRİ-İNFEKSİON XƏSTƏLİKLƏRİN ÖYRƏNİLMƏSİNDƏ EPİDEMİOLOJİ DİAQNOSTİKANIN TƏTBİQİ
Xülasə Məqalədə qeyri-infeksion xəstəliklərin epidemiologiyasına dair qısa məlumatlar verilmiş, son illər bu xəstəliklərin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübədə epidemioloji diaqnostikanın tətbiqi paylaşıl...
AZƏRBAYCAN RESPUBLİKASININ ÜTT-YƏ ÜZVLÜYÜNÜN FAYDA VƏ RİSKLİ TƏRƏFLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə İkinci dünya müharibəsindən sonra meydana gələn vəziyyətdən qurtulmağa çalışan bir çox ölkə azad ticarət təcrübələrini həyata keçirməyi seçmişdir. Bu istiqamətdə həyata keçirilən araşdırmalar və tətbiqlər zaman...