MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ UŞAQLARA SƏS VƏ SÖZLƏRİN TƏLƏFFÜZÜNÜN ÖYRƏDİLMƏSİ ÜZRƏ İŞİN TƏŞKİLİ

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 6

Abstract

Xülasə Bu gün məktəbəqədər yaşlı uşaqların ana dilinə yiyələnməsi təlim-tərbiyə işinin mühüm vəzifələrindən biridir. Uşağın nitq və düşüncəsinin inkişaf etdirilməsi, ətraf aləmi dərk etməsi, şəxsiyyətinin hərtərəfli formalaşması ilə sıx surətdə bağlıdır. Böyüməkdə olan gənc nəslə məişətdə, əməkdə, ictimai fəaliyyətdə ana dilinin zənginliklərindən istifadə etməyi öyrətmək təlimin bütün mərhələlərində mühüm bir vəzifədir. Uşaq hər şeydən əvvəl, nitq səs və sözləri düzgün tələffüz etməyi öyrənməlidir. Nitq səsləri üzrə iş dilimizin fonetikası və orfoepiyasına əsaslanır. Bunun əsa­sında sözlərin dilin normalara uyğun tələffüzü formalaşır. Səsləri və sözləri düzgün tələffüz etməyən uşağın söz ehtiyatı nə qədər zəngin olsa da, o, qrammatik cəhətdən nə qədər mükəmməl danışsa da, onun sözləri aydın olmayacaqdır. Buna görə də uşaqlarda hələ kiçik yaşlarından nitqin fonetik cəhətini, səsləri və sözləri düzgün ifadə etmək vərdişlərini inkişaf etdirmək lazımdır. Ümumiyyətlə, uşaqların nitqindəki tələffüzün nöqsanlarını islah etmək üçün tərbiyəçi hər bir səsin düzgün artikulyasiyasını bilməklə yanaşı, bu iş prosesində aşağıdakı kimi üsullardan da istifadə edə bilər: düzgün tələffüzün nümunəsi, xorla və fərdi təkrar, bağlı inikasedici nitq, göstəriş, izah: səsin düzgün artikulyasiyasının göstərilməsi.

Authors and Affiliations

Yeganə Məmmədova

Keywords

Related Articles

Kartofun yetişdirilmə texnologiyası

Xülasə Məqalədə kartofun insanların həyatında necə önəmli rol oynaması, əkilmə texnologiyası, kartof bitkisinə qulluq qaydaları, məhsuldarlığı qeyd edilir. Eyni zamanda kartof bitkisinin torpaq iqlim şəraiti, vegetasi...

Qərbi Azərbaycana qayıdış

Xülasə Qərbi Azərbaycan torpaqlarında hər daş, hər qaya sanki: “Mən qədim oğuz eli, türk yurduyam”- deyir. Yerin altından da, yerin üstündən də türk izləri çıxır. Yerin üstündəkiləri saxtalaşdıran ermənilər yerin altı...

Məhəmməd Tağı Sidqi ədəbi irsində termin yaradıcılığı problemi

Xülasə Azərbaycan maarifçiliyinin fədakar nümayəndələrindən olan Məhəmməd Tağı Sidqi Naxçıvanda yeni üsullu məktəb hərəkatında öncüllərdən olmaqla bərabər, yaradıcılığında dilçiliklə bağlı bir çox ciddi məsələlərə ayd...

Trichoderma cinsinə aid göbələk növlərinin antoqonist xüsusiyyətlərinin qiymətləndirilməsi

Xülasə Aparılan tədqiqatlardan aydın olmuşdur ki, Trichoderma cinsinə aid göbələklərin bioloji aktivliyi torpaq tipindən, hidrotermiki rejimdən və həmin biotopa xas olan mikobiotanın tərkibindən asılıdır və konkret şə...

ROBOT TOZSORANLARIN ESTETİK DİZAYN HƏLLİ

Xülasə Müasir zamanda müxtəlif məişət işlərini yerinə yetirən bir çox məhsul istehsal olunur. Bu tip avadanlıqların içərisində robot tozsoranlar özünəməxsus yer tutur. Təqdim edilmiş məqalədə robot tozsoranların estet...

Download PDF file
  • EP ID EP747771
  • DOI 10.36719/2789-6919/34/14-18
  • Views 1
  • Downloads 0

How To Cite

Yeganə Məmmədova (2024). MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ UŞAQLARA SƏS VƏ SÖZLƏRİN TƏLƏFFÜZÜNÜN ÖYRƏDİLMƏSİ ÜZRƏ İŞİN TƏŞKİLİ. Scientific Research, 4(6), -. https://europub.co.uk/articles/-A-747771