METAFORA KOQNİTİV DİLÇİLİK NÖQTEYİ-NƏZƏRİNDƏN
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 2
Abstract
Xülasə Dilçilik tarixində bir anlayış kimi meydana çıxdığı dövrdən indiyə qədər özündə ehtiva etdiyi məzmun-mündəricə etibarilə metafora çox geniş dəyişikliklərə məruz qalmış, müxtəlif tarixi inkişaf mərhələlərində ona müxtəlif yanaşmalar mövcud olmuşdur. Əgər əvvəllər metaforaya, ənənəvi olaraq, dil sistemində çoxmənalılığın inkişaf mexanizmi və üslubi məcaz kimi yanaşılırdısa, hazırda metafora, ilk növbədə, dildə informasiyanın strukturlaşması vasitəsi kimi, gerçəkliyin obrazlı qavranılmasını əks etdirən, dünyanın metaforik mənzərəsinin milli spesifikasını üzə çıxaran koqnitiv instrument kimi tədqiq edilir. Müasir dövrdə linqvistik-üslubi, struktur-semantik və koqnitiv istiqamətlər metafora hadisəsinin öyrənilməsinin əsas istiqamətləri kimi diqqəti cəlb edir. Bu fakt metaforanı məcaz kimi, nominasiya vasitəsi kimi, eləcə də dünyanın dil mənzərəsini yaratma vasitəsi kimi nəzərdən keçirməyə imkan verir.
Authors and Affiliations
Gülarə Quliyeva
FUQAS AVİASİYA BOMBALARINDA İSTİFADƏ OLUNAN PARTLAYICI ATIMIN XARAKTERİSTİKASI
Xülasə Partlamağa çevrilməni həyəcanlandırmaq üçün xaricdən təsir etmək yolu ilə partlayıcı maddə atımına müəyyən qədər enerji vermək lazımdır. Bu xarici təsir başlanğıc impuls adını daşıyır, partlayışın həyəcanlanma...
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ VEB PORTALLARIN TƏTBİQİ XÜSUSİYYƏTLƏRİ VƏ ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
Xülasə Müasir təhsil bazarında veb portallar ali təhsil müəssisələri (ATM) üçün həyati əhəmiyyət kəsb edən alətlərdən birinə çevrilmişdir. Ona görə ki, veb portallar bütün akademik heyət arasında qarşılıqlı əlaqə vas...
SEÇKİ HÜQUQU VƏ ONUN TƏMİNİ MEXANİZMLƏRİ
Xülasə Vətəndaşların siyasi hüquqlarından biri hesab edilən seçki hüququ öz əhəmiyyəti və mühümlüyü ilə digərlərindən fərqlənir. Bu hüququn təmini mahiyyət etibarı ilə demokratik cəmiyyətin əsas ünsürlərindən biri say...
MONGODB VERİLƏNLƏR BAZASININ TƏDQİQİ: SƏHİYYƏ MƏLUMATLARININ TƏCRÜBƏDƏ TƏTBİQİ VƏ AŞAĞI İNNOVATİV İDARƏETMƏ PROBLEMLƏRİ İLƏ MÜBARİZƏ
Xülasə Bu tədqiqat işi MongoDB verilənlər bazasının özündə cəmləşdirdiyi əsas xüsusiyyətləri araşdırır və onun müasir texnologiya dünyasındakı yerini müzakirə edir. O, sənəd yönümlü və ənənəvi verilənlər bazaları aras...
Günümüzdə ingilis dilində təyinin ifadə vasitələri
Xülasə Təyin subyektin əlamətini ifadə edən cümlənin ikinci dərəcəli üzvü olub, aşağıdakı sualları cavablandırır: what? (hansı), what kind of? (necə), whose? (kimin), which (hansı), how much? how many? (neçə, nə qədər...