Müstəqillik dövründən sonra Azərbaycan teatrında mövcud olan tendensiyalar
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 5
Abstract
Müstəqillik dövründən sonra Azərbaycan teatrında fərqli üslublar ortaya çıxmağa başlayır. Xüsusilə də, Sovet dövründən sonra milli irsə, milli pyeslərə yenidən müraciətlər olunur. Həmçinin dünya teatrında gedən proseslər, yaranan yeni teatr istiqamətləri Azərbaycan teatrına təsir etməyə başlayır. Sözügedən zaman çərçivəsində novator rejissorlar bu prosesdə yaxından iştirakı ilə seçilib. Həmin dövrdən etibarən Azərbaycan teatrında Hüseynağa Atakişiyevin, Vaqif İbrahimoğlunun, Azər Paşa Nemətovun, Cənnət Səlimovanın, Mehriban Ələkbərzadənin, Bəhram Osmanovun, Bəxtiyat Xanızadənin yaradıcı fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Adlarını qeyd etdiyimiz rejissorlarımız sənətdə hər zaman peşəkar fəaliyyətləri ilə seçilib. Hətta onların bir qismi fəaliyyətləri nəticəsində Azərbaycanda yeni üslublu teatrlar yaratmışdılar. Bu teatrlardan Bakı Kamera Teatrının, YUĞ Teatrının, Pantomima Teatrının adlarını qeyd edə bilərik. Teatr tariximizə nəzər yetirdikdə görürük ki, bu teatrlardan bir qismi təəssüflər olsun ki, öz fəaliyyətini başa vurub. Lakin onlar arasından bəziləri isə bu gün də fəaliyyətini davam etdirir və teatr mədəniyyətimizdə önəmli yer tutur. Bu baxımdan teatr tariximizdə Müstəqillik dövründən sonrakı mərhələ önəmli rola malikdir.
Authors and Affiliations
Suray Ömərova
RIGHT TO LIFE AND RIGHT TO HEALTH AS COMPONENTS OF RIGHT TO PEACE
When we look at the history of the world, there are short periods without wars, conflicts, and destruction, but generally, there is no period in which peace, as we understand it, lasts for centuries. The policies of stat...
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ VEB PORTALLARIN TƏTBİQİ XÜSUSİYYƏTLƏRİ VƏ ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
Xülasə Müasir təhsil bazarında veb portallar ali təhsil müəssisələri (ATM) üçün həyati əhəmiyyət kəsb edən alətlərdən birinə çevrilmişdir. Ona görə ki, veb portallar bütün akademik heyət arasında qarşılıqlı əlaqə vas...
PREDICTING FINANCIAL INFORMATION BY USING SUPERVISED MACHINE LEARNING METHODS
Abstract The use of technology in finance is a rising trend. Although this may seem like an advantage, it also brings with it a great responsibility, because if financial institutions fall behind in technology, it wil...
Kütləvi idman tədbirlərinin təşkili və keçirilməsi zamanı təhlükəsizliyin təmin edilməsində könüllülərin fəaliyyətinin hüquqi aspektləri
Xülasə Hazırkı məqalə kütləvi idman tədbirlərinin təşkil olunması və keçirilməsi zamanı ictimai təhlükəsizliyin təmin edilməsi institutu tətbiq edildikə təcrübəyə gətirilən könüllülərin fəaliyyətindən bəhs edir. İdma...
İqlim dəyişikliyinin canlılara təsiri
Bu məqalədə qlobal iqlim dəyişikliyinin canlı orqanizmlərə – flora və faunaya təsiri araşdırılır. Məqalədə iqlim dəyişikliyinin səbəbləri və nəticələri qısa şəkildə izah olunur, həmçinin müxtəlif canlı növlərinə, onlar...