NAĞILLAR TƏLİM-TƏRBİYƏ VASİTƏSİ KİMİ

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 4

Abstract

Xülasə Azərbaycan xalqının zəngin el yaradıcılığı növlərindən biri də xalq nəsridir. Xalq nəsri öz fantastik mahiyyətinə görə digər janrlardan fərqlənir. Burada əməkçi xalqın arzu və istəkləri öz əksini tapır. Xalq nəsrinin tarixi çox qədimdir. Onlar insan cəmiyyətinin formalaşdığı ilk gündən yaranmağa başlamışdır. Xalq nəsri xalq düşüncəsinin və onun keçdiyi tarixi yolun, bu yolda keçirilən həyəcanın yaddaşı rolunu oynayır. Xalq nəsrində mifaloji süjetlərə tez-tez rast gəlmək olur. Bu süjetlər zaman etibarı ilə çox qədimdir. Belə xalq nəsri onu yaradan, öz mühitində bəsləyən və yaşadan insanın tarixi rolunu oynayır. Nağıl xalq ruhunun daşıyıcısıdır. Şərq xalqları üçün bu janr xüsusilə əhəmiyyətlidir. Çünki o, xalq ruhunun, hiss və duyğularının ifadəçisidir. Qəlbində insani ləyaqət hissləri şölələnən insanlar böyük xariqalər yaratmaq gücünə malikdirlər. Nağıla “köhnəlmiş”, “arxaik” epitetləri yapışdırmaq, onu gözdən salmaq olmaz. Alman klassik fəlsəfəsinin ən böyük nümayəndəsi Hegel yazır: “Ruh hələ o dərəcədə mücərrədləşməmiş, təbii başlanğıcından ayrılmamışdır”. Bu, o deməkdir ki, bədii ədəbiyyatın aparıcı gücü olan ruhun ən tükənməz mənbəyi olan nağılların orta məktəbdə tədrisi hələ uzun illər aktual olaraq qalacaqdır.

Authors and Affiliations

Fatma Sultanova

Keywords

Related Articles

FUQAS AVİASİYA BOMBALARINDA İSTİFADƏ OLUNAN PARTLAYICI ATIMIN XARAKTERİSTİKASI

Xülasə Partlamağa çevrilməni həyəcanlandırmaq üçün xaricdən təsir etmək yolu ilə partlayıcı maddə atımına müəyyən qədər enerji vermək lazımdır. Bu xarici təsir başlanğıc impuls adını daşıyır, partlayışın həyəcanlanma...

ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ DİSTANT TƏHSİLİN İDARƏOLUNMASINDA YENİ PERSPEKTİVLƏR

Xülasə Məqalədə distant təhsilinin səmərəli idarəolunmasında virtual öyrətmə sistemləri üzrə yeni tövsiyələr təklif olunur və hər birinin əsas xüsusiyyətləri göstərilmiş, təlim prosesində tətbiqi modelləri haqqında ye...

MÜXTƏLİF DƏYİŞƏNLƏRİN İNKLÜZİV TƏHSİLƏ OLAN MÜNASİBƏTƏ TƏSİRİNİN AZƏRBAYCAN KONTEKSTİNDƏ TƏHLİLİ

Xülasə Azərbaycanda inklüziv təhsil məsələsinə dair hələ də fikir müxtəlifliyi mövcuddur. Bir çox insan bu anlayışın tam mənasını dərk etmir. Bu da hətta bəzən onların inklüziv təhsil yanaşmasına qarşı çıxmasına gətir...

AUDİT FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİNİN HÜQUQİ-NORMATİV ƏSASLARI

Xülasə Bazar münasibətlərinə keçidlə Azərbaycan Respublikasında müstəqil auditor xidmətinin formalaşması prosesi başlanmışdır. Bu prosesin əsasını etibarlı maliyyə və uçot informasiyalarına dövlətin, müəssisə rəhbərlə...

ELEMENTAR FUNKSİYALAR HAQQINDA

Xülasə Elementar funksiyalar hesablamanın öyrənilməsində yaranan ən əsas funksiyalardır. Bunlara elementar cəbrin tədqiqat obyekti olan çoxhədlilər daxildir. Daha ümumi olaraq bunlara bütün cəbr funksiyaları, eləcə də...

Download PDF file
  • EP ID EP748663
  • DOI 10.36719/2663-4619/101/115-120
  • Views 20
  • Downloads 0

How To Cite

Fatma Sultanova (2024). NAĞILLAR TƏLİM-TƏRBİYƏ VASİTƏSİ KİMİ. Scientific Work, 18(4), -. https://europub.co.uk/articles/-A-748663