Nanotexnologiyanın neft sənayesində tətbiqi və nanomayelərin neft hasilatında innovativ rolu

Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 3

Abstract

Nanotexnologiyanın neft və qaz sənayesində, xüsusilə Təkmilləşdirilmiş Neftçıxarma (EOR) proseslərində tətbiqi mühüm elmi və texnoloji əhəmiyyət kəsb edir. Nanohissəcik əsaslı nanoma­yelər süxurların islanma xüsusiyyətlərini dəyişdirməklə, mayelərin reoloji parametrlərini yaxşılaş­dırmaqla və neft hasilatının səmərəliliyini artırmaqla bu sahədə innovativ yanaşma kimi çıxış edir. Bu tədqiqat çərçivəsində nanohissəciklərin sabit dispersiyasını təmin edən amillər, səth potensia­lının rolu və aqreqasiya proseslərinin təsiri araşdırılmışdır. Müşahidələr göstərir ki, nanomayelərin stabilliyi onların kimyəvi tərkibindən, mühitin fiziki-kimyəvi xüsusiyyətlərindən və dispersiya proseslərinin idarə olunmasından asılıdır. Eyni zamanda, ekstremal lay şəraitlərində, o cümlədən yüksək duzluluq, temperatur və təzyiq şəraitində nanomayelərin davamlılığının qorunması və dispersiya xüsusiyyətlərinin optimallaşdırılması əsas tədqiqat istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Əldə olunan nəticələr göstərir ki, nanomayelərin neft hasilatında effektiv tətbiqi üçün onların stabil dispersiyasının təmin edilməsi və mühitə uyğunlaşdırılması zəruridir. Bu sahədə aparılan tədqiqatlar nanomayelərin sənaye miqyasında daha geniş tətbiqi və onların neftçıxarma proseslərində dayanıqlılığının artırılması baxımından mühüm perspektivlər vəd edir.

Authors and Affiliations

Azər Əhmədov

Keywords

Related Articles

FRAZEOLOJİ KONSTRUKSİYALARIN STRUKTUR XÜSUSİYYƏTLƏRİ

Məqalədə ingilis dilində frazeoloji birləşmələrdən, onların struktur xüsusiyyətlərindən bəhs edilmişdir. Leksikologiya elmi bizə frazeologizmlər haqqında dəyərli məlumatlar verir. Frazeologiya uzun müddət həm dilçiliyin...

OPINIONS OF LITERARY CRITICS ABOUT THE EARLY WORK OF THOMAS MANN

This article has been devoted to the early creative activity of the great German writer Thomas Mann and to the impact of time and society on him, in which he lived. It says that the writer criticizes the bourgeois societ...

Ulu Öndər Heydər Əliyevin terrorizmlə mübarizə siyasəti və onun tarixi əhəmiyyəti

Terrorizm müasir dövrümüzdə hələ də qarşısı alına bilinməyən, kütləvi şəkildə insan ölümlərinə səbəb olan, bütün dünya ölkələrinin ən təhlükəli ortaq problemlərindən biridir. Tarixində terrorun hər növünə dəfələrlə mər...

NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏNİN AKTUAL PROBLEMLƏRİ

Xülasə Məqalənin əsas məqsədi ölkədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin aktual problemlərini araşdırmaqdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prek...

MULTİKULTURAL TƏHLÜKƏSİZLİYİN BEYNƏLXALQ NÜMUNƏLƏRİ

Xülasə Multikulturalizm siyasətini həyata keçirmiş ölkələrə nəzər saldıqda, müsbət irəliləyişlərin asan əldə olunmadığı və multikulturalizmə kölgə salan vəziyyətlərin qarşısının alınmasının və dinc sosial həyatı ətmin...

Download PDF file
  • EP ID EP763339
  • DOI 10.36719/2663-4619/112/175-179
  • Views 15
  • Downloads 0

How To Cite

Azər Əhmədov (2025). Nanotexnologiyanın neft sənayesində tətbiqi və nanomayelərin neft hasilatında innovativ rolu. Scientific Work, 19(3), -. https://europub.co.uk/articles/-A-763339