POST PANDEMİYA DÖVRÜNDƏ BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİNİN MÖVCUD VƏZİYYƏTİ

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 1

Abstract

Xülasə Müasir beynəlxalq iqtisadi əlaqələrin inkişafı şəraitində ölkələrin beynəlxalq təşkilatlarda iştirakı yeni koronavirus infeksiyası pandemiyasına qarşı mübarizədə iqtisadi inteqrasiyanı gücləndirməyə imkan verir. 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində ortaya çıxan və qısa müddətdə qlobal pandemiyaya çevrilən Covid-19 beynəlxalq münasibətlər sahəsində köklü dəyişikliklərə və transformasiyalara səbəb olub. Beynəlxalq sistemin bütün iştirakçıları, xüsusilə dövlətlər, Covid-19 böhranına qarşı iqtisadi, siyasi və sosial dəyişikliklərin necə nəticə verəcəyi ilə bağlı cavablar axtarmağa başlayıblar. İlk növbədə pandemiyanın səbəbi və necə yarandığı ilə bağlı suallar bütün dünyanı iqlim böhranı və ekologiya kimi qlobal problemlər üzərində yenidən düşünməyə vadar edib. Növbəti prosesdə Covid-19 böhranı, inkişaf səviyyəsindən asılı olmayaraq dövlətlərin böhrandan çıxma imkanlarının zəifliyini də ortaya qoydu. Ölkələr beynəlxalq təşkilatlarda əməkdaşlıq çərçivəsində hüquqi tənzimləmə sahəsində səylərini əlaqələndirirlər. Covid – 19 pandemiyası zamanı iqtisadi əməkdaşlıq və iqtisadi inteqrasiya sahəsində ekspertlər beynəlxalq görüşlər və konfranslar keçirirdilər. Bu tədbirlər çərçivəsində beynəlxalq iqtisadiyyatın vəziyyəti, habelə hüquqi tənzimləmə sahəsində planların müzakirəsi, yeni beynəlxalq hüquqi aktların nəşri nəzərdə tutulur.

Authors and Affiliations

Humay Ələkbərova

Keywords

Related Articles

TRANSPORT AND ENVIRONMENTAL PROBLEMS

Abstract The article pays special attention to environmental protection and notes that in the modern world, issues of ecology and energy saving are finding new solutions, this is facilitated by large corporations and...

ŞƏKİ “YUXARI BAŞ” MİLLİ TARİX MEMARLIQ QORUĞUNUN İLK ADDIMLARI

Xülasə Şəki öz tarixi, mədəniyyəti, memarlıq abidələri, sənətkarlığı və mətbəxi ilə hər zaman diqqət çəkən bir məkan olmuşdur. XVIII əsrdə Şəki xanlığının paytaxtı olmuş şəhərin tarixi hissəsində 1967 ci ilin noyabrın...

Çağdaş şeirimiz və Məhəmməd Füzuli

Xülasə Məhəmməd Füzulinin fikir və sənət dünyası yeni məzmunu və bədii-üslubi tapıntıları ilə Azər­baycan türkcəsindəki şeirin fəaliyyət proqramını təsdiqləmiş, özündən sonra gələn nəsillər üçün is­tər forma, itərsə d...

NEFT KƏMƏRLƏRİNDƏ TƏMİR VƏ BƏRPA İŞLƏRİNİN APARILMASINDA MÜASİR TEXNOLOGİYALARIN TƏTBİQİ

Xülasə Neft kəmərlərində təmir və bərpa işləri neft sənayesinin infrastrukturunu daima işlək və təhlükəsiz saxlamaq üçün əhəmiyyətli bir məsələdir. Müasir texnologiyaların bu sahədəki tətbiqi inkişaf edən neft və qaz...

SİNİFDƏNXARİC İŞLƏRDƏ ŞAGİRDLƏRDƏ KİMYADAN TƏDQİQATÇILIQ BACARIĞININ FORMALAŞDIRILMASI

Xülasə Məqalədə kimya fənindən şagirdlərdə tədqiqat bacarığının formalaşdırılması üsulları verilmiş, şagirdlərin yüksək səviyyədə təhsilini təmin etmək üçün onların təfəkkürünü hərtərəfli inkişaf etdirmək, biliklərin...

Download PDF file
  • EP ID EP749521
  • DOI 10.36719/2663-4619/98/97-101
  • Views 21
  • Downloads 0

How To Cite

Humay Ələkbərova (2024). POST PANDEMİYA DÖVRÜNDƏ BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİNİN MÖVCUD VƏZİYYƏTİ. Scientific Work, 18(1), -. https://europub.co.uk/articles/-A-749521