QADIN İDMANÇILARDA CİNSİYYƏTİN FORMALAŞMASI PROBLEMLƏRİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 5
Abstract
Xülasə Tibbi ədəbiyyatda qadın idmançıların reproduktiv funksiyasında pozuntuların yüksək tezliyi ilə bağlı həyəcanverici tədqiqat nəticələrinin olması ilə izah olunur. Onlar təkcə idman həkimlərini deyil, ilk növbədə idmançıların özlərini və onların məşqçilərini narahat etməlidir. Bu cəhəti nəzərə alsaq, qadın idmanını ciddi ittihamlar gözləyir. Və hazırda onu aradan qaldırmaq çətindir, çünki qadın idmançıların müayinələrindən əldə edilən mövcud tibbi nəticələrin ziddiyyətli şərhləri, onlarda belə yüksək reproduktiv patologiyanın olması səbəbləri sualına hələ də birmənalı cavab verməmişdir. Eyni zamanda, idman həkimləri və ginekoloqlar bildirirlər ki, patologiyanın tezliyi idmana başladığı yaşdan, həmçinin fiziki fəaliyyətin həcmindən və intensivliyindən asılıdır. Onlar qızların və qadın idmançıların ümumi patologiyasını cinsi inkişafın ləngiməsi ilə bağlayırlar. Hormonal statusun dəyişilməsində (estrogenlərin sintezinin azalması və ya hormonal profildə olmaması) hipotalamusun disfunksiyasını və irsi səbəblərini istisna etmirlər. İdman məşqlərində qadın orqanizminə eyni vaxtda bir sıra amillərin təsiri hipotetik olaraq ay başı pozuntularına (disfunksiya) səbəb olmuşdur. Tədqiq edilmiş qadınlarda kişi tipli dermatoglifik naxış (barmaqların naxışı) – bətndaxili kişi cinsli hormonların dermatogliflərinin formalaşmasına təsir göstərmişdir və bununlada anadangəlmə hiperandrogenizm təsdiqlənmişdir. Nəticədə, hormonal profillərində əsasən androgenlərin üstünlük təşkil etdiyi qadın idmançılar kişi somatotipinə sahib olmuşdurlar.
Authors and Affiliations
Mətanət Qəniyeva
DRAMA METHOD APPLICATION IN LANGUAGE EDUCATION: EXAMPLE OF ARABIC PRONOUNS
In Turkish, Personal Pronouns, Possessive Suffixes, and Genitive Suffixes are derived from the common root. However, in Arabic, they come in different forms. For this reason, students have difficulties in learning the su...
ƏHMƏD BƏY AĞAOĞLUNUN “TANRI DAĞINDA” BƏDİİ-FƏLSƏFİ ƏSƏRİNDƏ TÜRKÇÜLÜK, TƏSƏVVÜF VƏ ŞAMANİZM İDEYASI
Xülasə XX əsr Azərbaycanının publisist, şərqşünas alim, tənqidçi, ictimai xadim, ziyalı Əhməd bəy Ağaoğlunun “Tanrı dağında” əsərində türkçülük, şamançılıq, təsəvvüf ideyalarının ifadəsinə böyük əhəmiyyət verilir. Əsə...
STUDY ON CHINA’S EXPORT POTENTIAL TO CENTRAL ASIA IN THE BACKGROUND OF THE BELT AND ROAD INITIATIVE (BRI)
In the context of COVID-19, international trade has been strongly affected, and it is of great importance to accelerate trade with countries along with the “Belt and Road Initiative” to achieve business transformation. T...
MÜƏSSİSƏNİN BİZNES PROSESİ VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ
Xülasə İqtisadi ədəbiyyatda “biznes” termininin müxtəlif anlayışlarına rast gəlinir. Məsələn, Alan Xosking biznesə belə tərif vermişdir: “Biznes təbii nemətlərin hasilatı, əmtəənin istehsalı, yaxud əldə edilməsi və sa...
DÜZGÜN YAZI QAYDALARINA (ORFOQRAFİYA) YİYƏLƏNMƏYİN BAŞLICA ŞƏRTLƏRİ
Xülasə Düzgün orfoqrafiya və qrammatika standartlarına nail olmaq üçün dilimizi yaxşı qavramaq və onun əsasları öyrənmək üçün fədakarlıq tələb olunur. Hər şeydən əvvəl sözləri düzgün yaza bilmək onların fonetikasını h...