Şeir dilində sifətdən ibarət dialektizmlərin linqvistik xüsusiyyətləri

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 9

Abstract

Xülasə Azərbaycan şeir dilində sifətdən ibarət dialektizmlərin linqvistik xüsusiyyətləri ilə bağlı maraqlı cəhətlər özünü göstərir və poeziyada belə sifətlərdən söz sənətkarlarımız özlərinəməxsus üslubi çalarları yaratmaqdan məharətlə istifadə etmişlər. Poeziya dili əşya, hadisə və s. adlarını bildirən isimlər qədər də onların əlamətlərini, keyfiyyətlərini bildirən sözlərlə olduqca zəngindir və onların bir hissəsini də sifətdən ibarət dialektizmlər təşkil edir. Zəngin poetik örnəklərə istinadən qətiyyətlə demək olar ki, sinonimlik cəhətdən sifətlik bildirən dialektizmlərdən şairlərimiz daha çox istifadə etmişlər. Ba da tamamilə qanunidir: çünki bir əşyanın, hadisənin bir deyil, bir neçə əlaməti, keyfiyyəti olur və bu əlamət və keyfiyyətlər də müxtəlif dərəcələr ilə, müxtəlif incəlikləri ilə mövcud olur. Şeir dilində bütün bu incəlikləri, bu cəhətləri, əlamət və keyfiyyətləri ifadə etmək üçün sifətdən ibarət dialektizmlərə də şairlərimiz müraciət etməli olurlar ki, məqalədə onların linqvistik xüsusiyyətlərindən bəhs olunur. Poeziyanın deyim modelində - struktur-semantikasında sifətdən ibarət dialektizmlər də mühüm yerlərdən birini tutur və onlar həm təklikdə, həm də sinonim variantları ilə çıxış edərək poetik mətn quruculuğunda, müxtəlif üslubi çalarların yaradılmasında misilsiz rola malik olurlar.

Authors and Affiliations

Yeganə Salahova

Keywords

Related Articles

ŞAGİRDLƏRDƏ REFLEKSİYANIN FORMALAŞDIRILMASI ÜÇÜN ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ VƏ İDDİA SƏVİYYƏSİNİN ƏHƏMİYYƏTİ

Xülasə Şagirdlərin təlim fəaliyyətində qiymətləndirilmə və refleksiya proseslərinin öyrənilməsi təlimin təkmilləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Refleksiya biliklərin mənimsənilməsi prosesinin bütün mə...

Kartofun yetişdirilmə texnologiyası

Xülasə Məqalədə kartofun insanların həyatında necə önəmli rol oynaması, əkilmə texnologiyası, kartof bitkisinə qulluq qaydaları, məhsuldarlığı qeyd edilir. Eyni zamanda kartof bitkisinin torpaq iqlim şəraiti, vegetasi...

“Qara” arxaik komponentli toponimlər leksik-semantik müstəvidə

Xülasə Məqalədə Azərbaycan toponimiyasında “qara” arxaik apelyativli Qarayazı, Qarabağlar, Qara­bağlı və Qarabağlılar toponimlərinin leksik-semantik, etimoloji təhlilindən bəhs olunur. Azərbaycan ərazisində Qarabağ...

Cümlədə söz sırası sintaktik təkamülün aspektlərindən biri kimi

Xülasə Məqalədə Azərbaycan dilində cümlədə söz sırası ilə bağlı məsələlər qohum və qohum olmayan dillərlə müqayisə və qarşılaşdırma yolu ilə araşdırılır. Məlum olduğu kimi, türk dillərində, o cümlədən Azərbaycan dili...

Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibində ingilis mənşəli alınmalar

Xülasə Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibi dövrün tarixi-siyasi, ictimai hadisələrinin təsiri ilə dəyişmiş, yeni keyfiyyət qazanmışdır. Azərbaycan dilinin uzun illər Avropa dilləri ilə əlaqələri, hə...

Download PDF file
  • EP ID EP747441
  • DOI 10.36719/2789-6919/37/30-34
  • Views 6
  • Downloads 0

How To Cite

Yeganə Salahova (2024). Şeir dilində sifətdən ibarət dialektizmlərin linqvistik xüsusiyyətləri. Scientific Research, 4(9), -. https://europub.co.uk/articles/-A-747441