Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibində ingilis mənşəli alınmalar

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 9

Abstract

Xülasə Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibi dövrün tarixi-siyasi, ictimai hadisələrinin təsiri ilə dəyişmiş, yeni keyfiyyət qazanmışdır. Azərbaycan dilinin uzun illər Avropa dilləri ilə əlaqələri, həmin dillərdən sözalma prosesi rus dilinin vasitəçiliyi ilə reallaşmışdır. Azərbaycan dilinin inkişafının müstəqillik mərhələsi, Avropa dilləri, xüsusilə ingilis dili ilə kontaktsız dillərarası əlaqə qura bilməsi ilə xarakterizə olunur. Məqalədə Azərbaycan və ingilis dil əlaqələri, hazırkı durumu və eləcə də bu əlaqələrə qloballaşan dünyanın tələbləri prizmasından baxılmışdır. İngilis mənşəli sözlərin Azərbaycan dilinin lüğət tərkibində yeri və işlənmə sahələri nəzərdən keçirilmişdir. Ayrı-ayrı lüğətlərdən seçilmiş ingilis mənşəli sözlərin ən çox texnologiya, kommunikasiyaya aid sahələr və müasir texniki avadanlıqların adları ilə bağlı olduğu müəyyənləşdirilmişdir. Müxtəlif illərdə nəşr olunmuş lüğətlər üzərində aparılan statistik hesablamaya əsasən, ingilis dilindən alınmaların kəmiyyətcə çoxaldığı qənaətinə gəlinmişdir. Əvvəlki illərə nisbətən son 10 ildə ingilis mənşəli sözlərin işləndiyi sahələrin sayının artması müşahidə olunur. Eyni zamanda məişət üslubunda, insanların gündəlik fəaliyyətlərində də bu qəbildən olan sözlər yer almaqdadır.

Authors and Affiliations

Sevinc Talıbova

Keywords

Related Articles

Trichoderma cinsinə aid göbələk növlərinin antoqonist xüsusiyyətlərinin qiymətləndirilməsi

Xülasə Aparılan tədqiqatlardan aydın olmuşdur ki, Trichoderma cinsinə aid göbələklərin bioloji aktivliyi torpaq tipindən, hidrotermiki rejimdən və həmin biotopa xas olan mikobiotanın tərkibindən asılıdır və konkret şə...

Məhəmməd Tağı Sidqi ədəbi irsində termin yaradıcılığı problemi

Xülasə Azərbaycan maarifçiliyinin fədakar nümayəndələrindən olan Məhəmməd Tağı Sidqi Naxçıvanda yeni üsullu məktəb hərəkatında öncüllərdən olmaqla bərabər, yaradıcılığında dilçiliklə bağlı bir çox ciddi məsələlərə ayd...

Modernləşən Naxçıvanın sənaye iqtisadiyyatı: tədarük zəncirinə sistemli yanaşma

Xülasə Məqalədə qloballaşan dünyada ticarətin tədricən sərbəstləşdirilməsi rəqabətin və təşkilatların artması ilə yanaşı, daşıma yollarının uzanması sürət amilini önə çıxarmışdır. Qloballaşmanın hökm sürdüyü müasir dü...

Ekoloji dilçilik

Xülasə XX yüzilliyin ikinci yarısında, Eynar Haugen (1970-ci ildə) “dil ekologiyası” paradiqmasını yaratmışdır. Bu zaman alim, həm insan şüurunda, həm də çoxdilli icmalarda dillər arasında qar­şılıqlı əlaqənin yeni ek...

Naxçıvan musiqi folklorunun özünəməxsus cəhətləri

Xülasə Naxçıvan – yaşı min illərlə ölçülən çoxəsrlik tarixə, zəngin maddi və mənəvi mədəniyyətə, bəşər tarixinin ilk dövrlərinə və sonrakı yüzilliklərə aid özünəməxsus arxeoloji və etnoqrafik abidələrə malik olan qədi...

Download PDF file
  • EP ID EP747440
  • DOI 10.36719/2789-6919/37/25-29
  • Views 1
  • Downloads 0

How To Cite

Sevinc Talıbova (2024). Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibində ingilis mənşəli alınmalar. Scientific Research, 4(9), -. https://europub.co.uk/articles/-A-747440