Tarixin izlərini günümüzə daşıyan memarlıq inciləri (Zülfüqarovların mülkləri)
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 3
Abstract
Təbiətin yaşıl fonunda öz memarlıq abidələrini və planlaşdırma quruluşunun əksər hissəsini yaxşı saxlamış Şəki Azərbaycanın tarixi şəhərlərindən biridir. Şəkidə xalq ustalarının və sənətkarlarının yüksək peşəkarlığı nəticəsində yaranmış abidələr: Xan sarayı, Şəkixanovların evi, məscidlər, hamamlar və digər tikililərlə yanaşı yaşayış evləri də mühüm əhəmiyyət kəsb edir. Şəhərin tariximemarlıq abidələri ilə zəngin 283 ha ərazini əhatə edən “Yuxarı Baş” hissəsində Azərbaycan SSRİ Nazirlər Sovetinin 594 nömrəli qərarı ilə, 24 noyabr 1967-ci il tarixində “Yuxarı Baş” TarixMemarlıq Qoruğu yaradılmışdır. Hal-hazırda qoruq ərazisində dünya, ölkə və yerli əhəmiyyətli 83 abidə dövlət tərəfindən qeydiyyata alınaraq mühafizə olunur. Bu məqalədə məqsəd XIX əsrin sonu, XX əsrin əvvəllərində inşa edilmiş tarixi şəhərimizi bəzəyən memarlıq incilərindən olan tacir hacı Zülqədər Zülfüqarovun mülkləri ilə tanış olmaqdır.
Authors and Affiliations
Sevil Mirzəliyeva
ELEMENTAR FUNKSİYALAR HAQQINDA
Xülasə Elementar funksiyalar hesablamanın öyrənilməsində yaranan ən əsas funksiyalardır. Bunlara elementar cəbrin tədqiqat obyekti olan çoxhədlilər daxildir. Daha ümumi olaraq bunlara bütün cəbr funksiyaları, eləcə də...
MÜHARİBƏ CİNAYƏTLƏRİNƏ GÖRƏ MƏSULİYYƏT MÜƏYYƏN EDƏN NORMALARIN XÜSUSİYYƏTLƏRİ
“Müharibə cinayətlərinə görə məsuliyyəti müəyyən edən normaların xüsusiyyətləri” adlı məqalədə müharibə cinayətlərinə görə məsuliyyətin müəyyən edilməsi prosesində rol oynayan normaların xüsusiyyətlərindən bəhs edilir. B...
Kənd təsərrüfatında yerüstü suvarma texnikalarının və üsullarının əhəmiyyəti
Xülasə Tədqiqatın məqsədi: yerüstü suvarma üsulunun tədqiq olunması, həmçinin tədqiq olunarkən lazım olan optimal suvarma rejimləri haqqında lazımi nəticələrin əldə olunması, bununla yanaşı, bu üsulun və bu üsula aid...
Harri Potter seriyasındakı mifonimlərin leksik və semantik xüsusiyyətləri
Bu tədqiqat C. K. Roulinqin Harri Potter seriyasındakı mifonimlərin leksik və semantik xüsusiyyətlərini araşdırır, onların etimologiyasına, morfoloji strukturlarına və narrativ funksiyalarına diqqət yetirir. Mifonimlər,...
Folklorun ideya mahiyyəti
Xülasə Folklorun həyati məzmununu xalqın həyat gerçəklikləri təşkil etməkdədir. Yuxarıda da qeyd olunduğu kimi, insan həyatı beşikdən məzara qədər folklorla əlaqəlidir. Bu əlaqə dolayı deyil, birbaşadır. Başqa deyiliş...