TİRƏYƏ SƏPİN ÜSULU VƏ MULÇALAMA TEXNOLOGİYASININ QARĞIDALI BİTKİSİNİN MƏHSULDARLIĞINA VƏ MƏHSULUN QURULUŞ ELEMENTLƏRİNƏ TƏSİRİ

Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 12

Abstract

Xülasə Qarğıdalının məhsuldarlığına iqlim dəyişikliyi fonunda bəzi stress faktorları (temperaturun artıqlığı və nəmlik çatışmazlığı) neqativ təsir göstərir. Məqalədə qlobal istiləşmə fonunda qarğıdalı bitkisinin ekstremal şəraitə dözümlülüyünü artıran və məhsuldarlığa müsbət təsir göstərən adaptiv texnologiya ilə becərilməsindən bəhs edilir. Temperatur və nəmlik stressinin qarğıdalının məhsuldarlığına təsirinin azaldılması üçün tarla təcrübələri Samux rayonunda boz-qəhvəyi torpaqlar şəraitində aparılmışdır. Nəticələrdən məlum olub ki, qarğıdalını səpinini tirələrdə daha erkən müddətdə (adi səpindən 10 gün əvvəl) aparmaq mümkün olur və bu da bitkinin temperatura həssas olan çiçək­ləmə - mayalanma fazalarının yayın isti və quraq iqliminə nisbətən az məruz qal­masına səbəb olur. Tirəyə səpində dənlik qarğıdalı nəzarət variantına nisbətən 15 gün daha tez yetişmişdir. Ən yüksək dən məhsulu (86,1 sent/ha) qarğıdalının tirəyə səpin variantında əldə edilmişdir. Qarğıdalının cərgə aralarının samanla mulçalanması torpaqdan suyun buxar­lan­ma­sı azaltmaqla nəmlik ehtiyatını qoruyub saxlayır.

Authors and Affiliations

Vüqar Bəşirov, Gülnarə Abbasova

Keywords

Related Articles

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA SARKOSPORİDLƏRİN TƏDQİQİ

Xülasə Məqalədə sarkosporidilərin kənd təsərrüfatı heyvanlarını yoluxdurması, fermer təsərrüfatlarına xeyli ziyan vurması və məhsuldarlığın aşağı düşməsi qeyd edilir. Sarkosporidioz xəstəliyinin Naxçıvan Muxtar Respub...

ŞİRVAN RAYONUNUN NEFTLƏ ÇİRKLƏNMİŞ TORPAQLARINDA RAST GƏLİNƏN YARIMSƏHRA BİTKİLİYİNİN FİTOEKOLOJİ XARAKTERİSTİKASI

Xülasə Əhalinin sağlamlığının, ərzaq təhlükəsizliyinin təmin olunmasında ətraf mühitin, ekologiyanın çox mühüm rolu nəzərə alınaraq ekoloji tarazlığın qorunması yönündə ölkəmizdə ardıcıl və səmərəli dövlət siyasəti...

XXI ƏSRİN İDEAL KƏND TƏSƏRRÜFATI BİTKİSİ OLAN AMARANTIN (AMARANTHUS) BİOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ

Xülasə Amarantın tərkibi digər yem bitkilərindən fərqli olaraq zəngindir. Amarantın vegetativ orqanları gövdəsi, yarpağı, çiçəyi və toxumu zülallarla, vitaminlərlə, lipidlərlə və mineral maddələrlə zəngindir. Amarantı...

CHEMISTRY EXPERIMENTATION IN SECONDARY SCHOOLS AS A WAY TO BUILD COMPETENCE IN STUDENTS

Abstract This article is devoted to the description of competencies as one of the important issues in developing and forming the student's personality in modern times. The article shows the types of chemical experimen...

Azərbaycan Xalq Cümhurİyyətİ tarİxİndə aqrar İslahatların layİhələndİrİlməsİ

Xülasə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Cənubi Qafqaz regionunun keşməkeşli tarixində mühüm səhifə kimi dayanır. Birinci Dünya Müharibəsinin və 1917-ci il Rusiya İnqilabının baş verməsində sonra yaranan AXC müstəqil...

Download PDF file
  • EP ID EP749920
  • DOI 10.36719/2707-1146/39/66-72
  • Views 3
  • Downloads 0

How To Cite

Vüqar Bəşirov, Gülnarə Abbasova (2023). TİRƏYƏ SƏPİN ÜSULU VƏ MULÇALAMA TEXNOLOGİYASININ QARĞIDALI BİTKİSİNİN MƏHSULDARLIĞINA VƏ MƏHSULUN QURULUŞ ELEMENTLƏRİNƏ TƏSİRİ. Nature & Science, 5(12), -. https://europub.co.uk/articles/-A-749920