TÜRKİYƏ CÜMHURİYYƏTİNİN ERKƏN DÖVRLƏRİNDƏ OSMANLI RUHUNUN AYNASI OLAN TÜRK ƏDİBƏLƏRİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 3
Abstract
Xülasə Tənzimat dövründən başlayaraq cümhuriyyətin qurulmasına qədər olan dövrdə türk cəmiyyəti ictimai-siyasi sahədə xeyli təbəddülat yaşamışdır. Böyük bir imperatorluğun varisi olduğunu türk insanı heç vaxt unutmamış, osmanlı ruhunu cümhuriyyətə inikas etdirmək üçün yeni dövlətin qurulması, düşmənlərə qarşı mübarizə, mədəni quruculuq işlərində əzmli və təşəbbüskar olmuşdur. Bir sözlə, XX əsrin başlanğıcında qərb dövlətləri Osmanlı dövlətinin tənəzzülünü düşünsə də, Cümhuriyyətin qurulması ilə türk cəmiyyəti öz müqədərratını damarındakı qanın hökmüylə həll etmiş, dünya dövlətləri ilə bir sırada addımlaya bilən modern bir türk cəmiyyətinin siyasi-hərbi, mənəvi-mədəni gücünü isbat edə bilmişdi. Türk qadını bu mərhələdə cəmiyyətin yeniliklərinə ayaq uydurmaya çalışmış, mədəni-maarif işlərinə bilavasitə qoşulmuşdur. Osmanlı-türk modernləşməsi olaraq dəyərləndirilən bu keçid dövründə Nəzihə Mühiddin, Şükufə Nihal Başar, Leyla Saz, Güzidə Səbri Aygün, Müfidə Fərid Tək kimi bəzi türk ədibələri Osmanlıdan Cümhuriyyətin erkən dövrlərinə qədər milli duyğu və düşüncələri ilə osmanlı ruhunu, izlərini yaşada bilmişlər. Yazdıqları əsərlər və məqalələr, qoşulduqları dərnəklər və konfranslar nəticəsində qadın hərəkatlarında ilkin və mühüm nailiyyətlər əldə etmişlər. Dövrün sosial-mədəni şərtləri məhdud olduğu üçün qadınlarla bağlı fəaliyyətlər tənqidi qarşılanır, bəzən rədd edilirdi. Bütün maneələrə rəğmən, adı çəkilən seçkin türk xanımları türk qadınının haqq və hüququnu, təhsilini dəstəkləmək üçün, cəmiyyətdə və məslək həyatında təmsil və təbliğini müdafiə etmək üçün əsərləri və maddi varlıqları ilə zəmin hazırlayırdılar. Təəssüf ki, cümhuriyyət dövründə müxtəlif ədəbi janrlarda qadınları nəzərə alaraq maraqlı mövzularda yazdıqları əsərlərlə türk ədəbiyyatına məlahətli xanım nəfəsi və qətiyyətli yazıçı qadın mövqeyi gətirən bu ədibələrin çoxlarının adı dərsliklərə daxil edilməmiş, təbliğatdan uzaq qalmış, əsasən unudulmuşdur. Məqaləmizdə bu fədakar ədibələrin osmanlıdan cümhuriyyətə qədər keçdikləri həyat yolu və təşəbbüs etdikləri mədəni fəaliyyətlər gözdən keçiriləcəkdir.
Authors and Affiliations
Aidə Babutcu
Adaptiv honeypot şəbəkələri: kiber təhlükəsizlikdə yeni yanaşma
Müasir kiber hücumların mürəkkəbliyi və miqyası artdıqca, ənənəvi təhlükəsizlik mexanizmləri, xüsusilə statik honeypot sistemləri yeni və mürəkkəb hücumlara qarşı yetərsiz qalır. Adaptiv honeypot şəbəkələri dinamik uyğun...
Ümumtəhsil məktəblərinin V siniflərində “Natural ədədlər. Say sistemləri. Çoxrəqəmli ədədlər” mövzusu üzrə materialların mənimsədilməsi texnologiyası
Xülasə Məqalədə ümumtəhsil məktəblərinin V siniflərində riyaziyyat fənninin məzmununda özünə yer alan “Natural ədədlər. Say sistemləri. Çoxrəqəmli ədədlər” mövzusu üzrə materialların tədrisi prosesində şagirdlərin sub...
ƏMLAK HÜQUQU KİMİ UZUFRUKTLA BAĞLI QANUNVERİCİLİK NORMALARININ TƏHLİLİ VƏ MÖVCUD PROBLEMLƏR
Roma hüququna görə, məhdud əşya hüquqları fərdlərin əmlaka tam sahiblik etmədən müəyyən hüquq və fayda əldə etmələrinin ümumi yolu idi. Bu məhdud əşya hüquqları uzufrukt, servitutlar və s. kimi bir neçə müxtəlif növ qanu...
MÜASİR İNGİLİS DİLİNDƏ CAVAB AKTINDA İŞLƏNƏN NİTQ FEİLLƏRİNİN SEMANTİK XÜSUSİYYƏTLƏRİ
Məqalə cavab aktında işlənən nitq feillərininin semantik xüsusiyyətlərinə həsr olunur. Nitq feilləri dildə sayca azlıq təşkil etsələr də onların tədqiq edilməsinin əhəmiyyəti böyükdür. Çünki cavab prosesində işlənən nitq...
DAXİLİ TURİZM BAZARININ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ GÖRÜLƏN DÖVLƏT TƏDBİRLƏRİ VƏ PROQRAMLARI
Xülasə Tədqiqatın məqsədi: Məqsəd, axili turizm bazarını gücləndirmək üçün dövlət tərəfindən həyata keçirilən müxtəlif tədbirləri və proqramları qiymətləndirmək və təhlil etməkdir. Yerli turizmin təşviqinə yönəlmiş ma...