Xəstəxanadaxili infeksiyalar və antibiotiklərə davamlılıq
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 1
Abstract
Son onillikdə yoluxucu patologiyanın artması fonunda xəstəliklər getdikcə opportunist mikroorqanizmlərlə əlaqələndirilir və çox vaxt uzanan və ya xroniki xarakter alır. Belə ki, xəstəxanadaxili infeksiyalar (XDİ) xəstəliyin gedişini ağırlaşdırmaqla bərabər müalicənin effektivliyini azaldır, həm də xəstələrin stasionarda çarpayı günlərini artırır ki, bu da maliyyə xərclərinin dəfələrlə artmasına gətirib çıxarır. Xəstəxanadaxili infeksiyalar dünyanın bütün klinikalarında qlobal tibbi problem olaraq hələ də tam həllini tapmamışdır. Bütün bunlarla bərabər XDİ bəzən elə ağırlaşmalara səbəb olur ki, buda xəstələrin həyatında ciddi təhlükə yaradır və çox vaxt ölümlə nəticələnir. Hal-hazırda yalnız rinosinüzit, sistit, bronxit, pnevmoniya kimi "klassik" infeksiyalar deyil, həm də artrit, spondilit, aterosklerotik lövhələrin inkişafı, mədə xorası və başqaları yoluxucu agentlə sıx bağlıdır.
Authors and Affiliations
Fəridə Heydərova, Gülşən Həsənova, Leyla Ələkbərova, Əfsanə Əmrahova
BİRJA İNDEKSLƏRİNİN SƏHİYYƏ SİSTEMİNƏ TƏSİRİ
Xülasə Müasir dünyada maliyyə bazarları səhiyyə sisteminin formalaşmasında və inkişafında mühüm rol oynayır. Bu iş statistik məlumatların təhlilindən istifadə edərək birja indeksləri ilə səhiyyə arasındakı əlaqəni ara...
KÜLƏK ENERJİSİNİN DAĞLIQ ŞİRVAN İQTİSADİ ZONASINDA ENERGETİK XÜSUSİYYƏTLƏRİNİN TƏDQİQİ
Məqalədə Azərbaycan Respublikasında bərpa olunan enerjinin tarixi, inkişafı və statistikası haqqında məlumat verilmişdir. Eyni zamanda Dağlıq Şirvan iqtisadi zonasında bərpa olunan enerjinin bir növü olan, külək enerjisi...
AZƏRBAYCAN RESPUBLİKASININ ARAZ ÇAYI BOYU ƏRAZİLƏRİNDƏ SU-BATAQLIQ QUŞLARININ TREMATOD FAUNASININ TƏHLİLİ
Xülasə 2021-2023-cü illərdə Azərbaycan Respublikası ərazisində Araz çayı boyunca yerləşən ərazilərdə 21 növdən ibarət 108 ədəd bataqlıq quşu nümunəsi tam helmintoloji disseksiya üsulu ilə tədqiq edilmiş, nəticədə müəl...
XARİCİ ÖLKƏLƏRDƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ VƏ SOSİAL TƏHLÜKƏSİZLİYİN İDARƏ EDİLMƏSİNİN HÜQUQİ TƏNZİMLƏNMƏSİNIN MAHİYYƏTİ
Xülasə Xarici ölkələrin yerli özünüidarəetməsi müxtəlif model və yerli təşkilat növlərindən ibarətdir. Yerli özünüidarəetmə sistemlərinin quruluşundakı fərqlər bir çox amillərdən asılıdır: siyasi rejim, ölkədə hökm sü...
Çağdaş şeirimiz və Məhəmməd Füzuli
Xülasə Məhəmməd Füzulinin fikir və sənət dünyası yeni məzmunu və bədii-üslubi tapıntıları ilə Azərbaycan türkcəsindəki şeirin fəaliyyət proqramını təsdiqləmiş, özündən sonra gələn nəsillər üçün istər forma, itərsə d...